Hindistanın Cimisi varsa, Azərbaycanın da Çinası var...
Şou-biznes 27 Dek 2022 18:44:00 449 0
Bu gün onun yubileyidir...
Bu xəbəri də oxu: Məşhur fransız xanəndə Pərviz Qasımovu paylaşdı
Son.az moderator.az-a istinadən xəbər verir ki, dekabrın 27-sində budəfəki söhbətimin qəhrəmanının 60 yaşı tamam olur. Elə bu münasibətlə də onun ömür yoluna işıq tutmaq, haqqında bildiklərimi sizinlə bölüşmək istəyirəm...
On yaşından televiziyanın uşaq verilişlərində iştirak edib. Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Əliağa Ağayev kimi sənətkarlarla ünsiyyətdə olub. Sonradan istedadlı olduğunu görən əməkdar artist Ofelya Məmmədzadə onu musiqili komediya teatrının direktoru Balağa Qasımovun yanına aparıb. Teatrda boş ştat olmadığı üçün, direktor onu xora işə götürüb. Beləcə, dörd il xorda çalışa-çalışa tamaşalarda da müxtəlif rollar alıb. 1989-cu ildə Cahangir Novruzov teatra baş rejissor gələndə onu aktyor truppasına keçirərək, əsas rolları verməyə başlayıb...
Deyir ki,- "1990-cı ildə teatrımız durğunluq dövrünü yaşayırdı. Hamımız teatrdan getmək istəyirdik. 1991-ci ildə bizə Qəzənfər Topçiyev adlı bir müdir qoydular. Onun teatra gəlməsi ilə Ofelya Aslan, Ofelya Məmmədzadə, Nəsibə Zeynalova, Məsumə Rzayeva, mən və bir neçə aktyor teatrdan uzaqlaşdıq. Elə bil ki, aktyorları incitməyə, küsdürməyə gəlmişdi. Mən Dövlət Gənclər Teatrına- Hüseynağa Atakişiyevin yanına üz tutdum. Onunla uzun müddət işlədim. 2001-ci ildə ANS telekanalına "Yeriniz məlum"u aparmağa dəvət etdilər. Ora böyük korifeyləri çağırırdım. Maraqlı əhvalatlar, söhbətlər edirdik. Bir gün mənə dedilər ki, Hacıbaba Bağırov gəlmir verilişə. Dedim ki, bu saat zəng edərəm, gələr. Onu yığdım, dedim ki, "Hacıbaba müəllim, necəsiniz, nə var-nə yox? Verilişə baxırsan?". Dedi ki, bəli, baxıram. Dedim, səni verilişə dəvət edirəm, dedi ki, bir şərtlə sənin verilişinə gəlirəm ki, sən teatra qayıdasan. Dedim, mənim vaxtım yoxdu, çəkilişdəyəm. Dedi, aktyora teatr lazımdı. Dedim ki, teatrda işləyirəm də. Dedi, "səni o teatrda görmürəm. Sən burda uzun müddət işləmisən, sonra buranı tərk eləmisən". Dedim ki, "sizə qədər Səyavuş Aslan deyirdi ki, qayıt ata ocağına, mən də ona dedim ki, gəlmirəm". Amma komandanın yanında biabr olmamaq üçün Hacıbaba müəllimə "yaxşı" dedim. Nə isə, getdim. Qapıdan içəri girəndə masanın üstündən bıçağı götürüb atdı ayağımın altına. Dedi ki, sən də bura gələrsənmiş...
Gördüm, ərizəm artıq hazırdır. Dedi ki, bir dənə bura qol çək, mən də çəkdim. Qaytdı ki, sevinirəm, sən ata ocağına qayıtdın, sən teatra lazımsan. Özünün oynadığı iki rolu verdi mənə. Yusif Əkbərovun rejissoru olduğu "Bir günlük siğə", bir də Anarın "Aldın payını, çağır dayını" əsəri əsasında hazırlanmış eyniadlı tamaşalardakı rollarını. İki il onunla işlədim. 2006-cı ildə rəhmətə getdi..."
Yəqin ki, bugünkü qəhrəmanımı tanıdınız. Bəli, yaratdığı obrazları, duzlu-məzəli söhbətləri ilə geniş auditoriya qazanmış aktiyor, əməkdar artist Çingiz Əhmədov haqqında danışıram. Çingiz Əli-Əşrəf oğlu 1962-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1983-1991-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1991-2003-cü illərdə Dövlət Gənclər Teatrında işləyib. 2003-cü ildə yenidən Musiqili Komediya Teatrına qayıdıb. Bununla yanaşı bir sıra televiziya verilişlərinin aparıcısı kimi tanınıb. Hal-hazırda Spece Tv-də çalışır. 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Bir neçə ildir ki, Prezident mükafatı alır...
27 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Na
Tanınmış meyxana ifaçısı Samirə Yusifqızı ailə qurmağa hazırlaşır.
"Əvvəllər xanımlar bu qədər qısqanc deyildilər. Demək olar ki, qı
İranın molla rejimi xalqın pulunu xaricə daşıyıb.
Türkiyədə tanınmış aparıcı Esra Erol proqramında gərgin anlar yaşanı
Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır.
Gürcüstanda fəaliyyət göstərən bir qrup ictimai fəalın təşəbbüsü v
Türkiyənin məşhur sənətçiləri - aparıcı, aktrisa Defne Samyeli və bə
Cadenza Contemporary Orchestra 28 dekabr saat 19:00-da Muzey Mərkəzində "
Silsilə qətllərə görə Nepal həbsxanasında 19 il yatdıqdan sonra dekabr�
Hakerlər evdəki rəqəmsal məişət cihazlarını sındıra və şəxsi məlu
Saatlı Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sabiq dire
Müğənni Tuncay Bərdəli özünə yenidən toy edib.
Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər açıqlanıb.