Rusiya Bakıya indi nə "SÜRPRİZ" HAZIRLAYIB?
Siyasət 27 Dek 2022 16:20:00 447 0
"Oktyabrın sonunda Soçi görüşü öncəsi ilk olaraq Xankəndidə Vardanyanın iştirakı ilə Azərbaycan əleyhinə aksiya təşkil edildi, ikinci belə aksiya isə Sankt-Peterburqda MDB dövlət başçılarının görüşündən bir gün öncə keçirildi. Bu aksiyaların Rusiya tərəfindən təşkil edilməsindən hər hansı şübhə yoxdur".
Bu xəbəri də oxu: İrəvanın “gizli rəhbəri” hərəkətə keçdi
"Nikol Paşinyandan fərqli olaraq keçmiş "Qarabağ klanı" birbaşa Rusiyaya tabedir. Bu aksiya da birbaşa Putinin dostu Köçəryanın, Rusiyanın digər vassalı Serj Sarkisyanın rəhbərlik etdiyi Ruisyaya yaxın keçmiş "Qarabağ klanı"nın təşkil etdiyi aksiyadır. Bu klan Ermənistanda hakimiyyəti itirsə də, - düzdür, güc strukturlarında nəzarəti müəyyən qədər saxlayıb, - Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında hakimiyyət tamamilə bu klanın əlindədir.
Hətta buna görə də vaxtaşırı olaraq Ermənistan rəhbərliyi ilə biz onların konflikt yaşadığını görə bilərik. Eyni şəkildə Ruben Vardanyan Vladimir Putinin göndərdiyi bir emisardır. Rusiya bundan əvvəl də məxməri inqilablara qarşı "xeyriyyəçi inhisar" kartından istifadə edib. Hansı ölkədə məxməri inqilab qalib gəlibsə, həmin ölkəyə bir emisar göndərir. O, xeyriyyəçi kimi ad çıxarır, müəyyən pullar xərcləyir, daha sonra əhalinin rəğbətini qazanıb, hakimiyyətə gəlir.
Burada da Vardanyanın əsas hədəfi Qarabağda məşhurlaşmaq, valyuta rezervlərini cəlb etmək, onları xərcləmək, daha sonra Ermənistanda Paşinyanı əvəz etməkdir. Düşünürəm ki, burada Vardanyanın öz xahişi ilə Rusiya vətəndaşlığından azad edilməsi, əslində onun Ermənistan prezidentinə və Ermənistan baş nazirinə, yəni Ermənistandakı hakimiyyət dəyişikliyinə yolunun açılması məqsədilə atılan addımdır, nəyinki daha çox Qarabağda.
Amma sırf onun nəyə görə bu ərizəni verdiyindən Rusiya XİN-in xəbəri var və nəyə görə onun bu istəyi dərhal yerinə yetirilib, demək olar ki, bununla bağlı heç bir açıqlama yoxdur. Halbuki Lavrov da, Putin də onu tanımadıqlarını bildirirlər. Amma nə əcəbsə, minlərlə müraciətə baxılmır, onun müraciətinə həmən o dəqiqə, dərhal reaksiya verilir. Eyni zamanda əgər o sıradan bir vətəndaşdırsa, niyə Lavrovun onun bu müraciətindən və Putinin cavabından onun xəbəri yoxdur.
Aydın məsələdir ki, bütün bunlar qurmadır. Rusiya Qarabağı özününküləşdirmək istəyir. Burada iki məqsəd var:
1. Rusiya Qarabağda daimi qalaraq bölgəyə nəzarət etmək istəyir
2. Rusiya Qarabağ üzərindən həm Ermənistana nəzarət etmək istəyir, həm də lazım gəldikdə orada Vardanyan üzərindən dövlət çevrilişi etmək istəyir
Amma əgər Paşinyan necəsə Rusiyanın təsirindən çıxa və Qərbə inteqrasiya edə bilərsə, o zaman Rusiya hətta Ermənistandakı hərbi bazasını Qarabağa keçirmək bartədə də düşündüyü istisna edilə bilməz. Aydın məsələdir ki, Azərbaycan buna hər vəchlə yol verməyəcək. Bu, bizim üçün qırmızı xəttdir.
Biz nəyinki Rusiyanın hərbi bazasının Qarabağda qalmasına, hətta sülhməramlıların belə müddətinin uzadılmasını düşünmürük. Ancaq burada qarşı tərəf - Rusiya hər vəchlə "erməni Qarabağını" "Rusiya Qarabağına" dəyişdirməyə çalışır və faktiki olaraq bunu da bizə nümayiş etdirərək bir "güc nümayişi" həyata keçirməyə çalışır.
Bu şəkildə Rusiya Azərbaycanı hansısa şərtlərlə razılaşmağa məcbur edir. Azərbaycanda isə qırmızı xətlər bağlıdır. Biz nə ərazi bütövlüyümüzdən, nə də Qarabağdakı suverenliyimizdən vaz keçməyəcəyik. Eyni zamanda sülhməramlıların qalma müddətini də daha 15-20 il uzatmağı düşünmürük".
Təhməz Əsədov Son.az
Çin yanvarın 8-dən etibarən bəzi anti-COVID məhdudiyyətlərini aradan qal
Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan İranla artıq Araz çayı üzərin
Paytaxt Bakıda Bülbülə gölünün ətrafında bulvar salınması üçün aba
ABŞ-ın Kopernik olimpiadasının mükafatlandırma mərasimi keçirilib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhn
Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə