Zərərçəkmiş şəxs: Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü


Siyasət 02 May 2025 14:20:00 64 0

Zərərçəkmiş şəxs: Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadələri və suallara cavab verməsi ilə aparılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, zərərçəkmiş şəxs, Qaradağlı kənd sakini Rafiq Quliyev Ermənistan Silahlı Qüvvələri hərbçilərinin kəndə dəfələrlə hücum etməsi, avtobusları atəşə tutması, azərbaycanlılara işgəncə verilməsi, qətlə yetirməsi və sair barədə danışıb və kəndin işğalı ilə bağlı sualları cavablandırıb.

"Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın gedin", - deyə R.Quliyev qeyd edib.

O, Qaradağlı kəndi işğal olunan zaman özünün, atasının və anasının Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü bildirib. R.Quliyev özünün, atası Əlastan Quliyevin digər azərbaycanlılarla birlikdə "KamAz"lara mindirilərək Xankəndiyə aparıldığını, yolda "Bəylik bağı" adlanan yerdə maşını saxlayaraq girovların bir qisminin qətlə yetirildiyini deyib. Zərərçəkmişin atası Ə.Quliyev bir müddət girovluqda qalandan sonra Ermənistan hərbçilərinin verdiyi işgəncələr nəticəsində ölüb. "Anam 13 gün girovluqda saxlanıldıqdan sonra qaytarıldı. Mən isə 45 gündən sonra girovluqdan azad edildim. Girovluqda olan zaman bizi hər axşam döyürdülər. Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək, sağ qalaq. Amma işgəncə verməkdə davam edirdilər", - deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Toylara girib tort yeyib, oğurluq edib qaçır  FOTO like
  • 02 May 14:12  
Digərləri Toylara girib tort yeyib, oğurluq edib qaçır FOTO

Türkiyədə qeydi-adi oğurluq hadisəsi baş verib.

arrow Ətraflı
Bu tarixdən metroda ciddi dəyişiklik olacaq  Rəsmi açıqlama like
  • 02 May 14:10  
Digərləri Bu tarixdən metroda ciddi dəyişiklik olacaq Rəsmi açıqlama

"28 May" stansiyası bağlanmır, müəyyən istiqamətlərdə hərək

arrow Ətraflı
Xocalı soyqırımını təsdiqlətmək: nəyi necə etməliyik? like
  • 02 May 13:49  
Siyasət Xocalı soyqırımını təsdiqlətmək: nəyi necə etməliyik?

Soyqırımı sadəcə kütləvi qətl deyil. Bu, yalnız şəkillərdə və şah

arrow Ətraflı
Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi like
  • 02 May 13:39  
Digərləri Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi

Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şə

arrow Ətraflı
Əlizadə hava limanında SAXLANILDI: polis bölməsinə aparılıb like
  • 02 May 13:30  
Şou-biznes Əlizadə hava limanında SAXLANILDI: polis bölməsinə aparılıb

Azərbaycanlı reper Asya Alizadenin başına iş gəlib. 

arrow Ətraflı
Əgər elektromobil həvəskarısansa  bu modeli seç like
  • 02 May 13:24  
Digərləri Əgər elektromobil həvəskarısansa bu modeli seç

Mütəxəssislər bazarın liderinə diqqət yetirməyi və hələ də geridə q

arrow Ətraflı
"WhatsApp"a yenilik gəldi  Şəkilli izah like
  • 02 May 13:16  
Digərləri "WhatsApp"a yenilik gəldi Şəkilli izah

"WhatsApp"ın veb versiyası tezliklə daxili səsli və video zəng x

arrow Ətraflı
SON DƏQİQƏ  Kosmik peyk Yerə yaxınlaşır  Bu ərazilərə düşə bilər like
  • 02 May 13:07  
Digərləri SON DƏQİQƏ Kosmik peyk Yerə yaxınlaşır Bu ərazilərə düşə bilər

Uzun illər əvvəl işləməyən Sovet peykinin mayın əvvəlində Yerə düş

arrow Ətraflı
Türkiyə yenidən silkələndi like
  • 02 May 13:05  
Digərləri Türkiyə yenidən silkələndi

Bu gün Türkiyənin Mərmərə dənizində 3,2 bal gücündə zəlzələ baş v

arrow Ətraflı
Şirkət müdiri aktrisanı vurduğuna görə işdən qovuldu  FOTO like
  • 02 May 13:00  
Digərləri Şirkət müdiri aktrisanı vurduğuna görə işdən qovuldu FOTO

Aktrisaya vurduğu şillə baha başa gəldi - Yüksək vəzifəsindən kənarla

arrow Ətraflı
Leysan, dolu, sulu qar  Sabahın HAVASI like
  • 02 May 12:56  
Digərləri Leysan, dolu, sulu qar Sabahın HAVASI

Mayın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
May ayında bu 4 bürcə MÜJDƏ  Nəhayət... like
  • 02 May 12:43  
Digərləri May ayında bu 4 bürcə MÜJDƏ Nəhayət...

Yazın sonunda, dörd bürc daha əvvəl heç ağlından belə keçirmədikləri

arrow Ətraflı
"2 minə kafedə oxumaq şoubiznes deyil" like
  • 02 May 12:37  
Şou-biznes "2 minə kafedə oxumaq şoubiznes deyil"

Meyxanaçı Balaəli Maştağalı maraqlı açıqlamalar verib.

arrow Ətraflı
Çiyələyin qiyməti üz qızardır like
  • 02 May 12:29  
Digərləri Çiyələyin qiyməti üz qızardır

Cəlilabaddda bir neçə həftədir ki, çiyələk yığımına başlanılıb. �

arrow Ətraflı