Bu görüntülər Bakıda çəkilib Hər kəs bu sürücüdən danışır
Digərləri 02 May 2025 10:37:00 73 0
Texniki nasaz avtomobilin yolun orta zolağında qalması, təhlükəsizlik tədbirlərinin görülməməsi və ara məsafəsinin saxlanılmaması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Bu xəbəri də oxu: "Səhərlər oyanmağa çətinlik çəkirəm" Putin
Son.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.
Bildirilib ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verən qəzadan sürücülər nəticə çıxarmalıdır:
"Prospektdən mərkəz istiqamətində hərəkət edən "QAZel" markalı yük avtomobilində texniki nasazlıq yaranıb və sürücü belə məqamda "Yol hərəkəti haqqında" qanunun 55-ci maddəsinin müvafiq bəndlərini əsas götürmək əvəzinə, avtomobildə yaranan nasazlığı həll etməyə çalışıb. Nəticədə yolda hərəkət edən nəqliyyat vasitələri üçün qəza şəraiti yaranıb və digər sürücünün ara məsafəsi saxlamaması da yol-nəqliyyat hadisənin baş verməsini qaçılmaz edib.
Mərkəzin müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlilləri onu deməyə əsas verir ki, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda bəzi sürücülər təhlükəsizlik qaydalarına riayət etmirlər. Sürücülərin diqqətinə çatdırırıq ki, avtomobildə texniki problem yarandıqda sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsi ilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyninə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. Bu zaman qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir".
Sumqayıt şəhər 39 saylı orta məktəbin 7B sinif şagirdi Fuad Bəylərli v

Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda 2-ci F

Hindistanın Bihar əyalətində yerləşən Mokama şəhərindəki hökumət m�

Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə yol açıb.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti uc

Erməni diasporunda, habelə bu diasporun marionet kimi istifadə etdiyi fiqurla

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

"Mən hələ arvadıma "səni sevirəm, ölürəm" deməmişəm&q

Sumqayıt şəhərində "Konstitusiya və Suverenlik İli" çərçivə

Dünyanın ən məşhur gəmi qəzası "Titanik"də sağ qalan sərni�

Alış-veriş zamanı insanların ən çox yol verdiyi səhvlər həm maddi ziya

Müğənni Türkan Vəlizadə açıqlaması ilə diqqət çəkib.

Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstə
