Oskanyan: Paşinyanın dövründə iqtisadi sabitlik xeyli pozulub


Digərləri 01 May 2025 08:36:00 71 0

Oskanyan: Paşinyanın dövründə iqtisadi sabitlik xeyli pozulub

Milli təhlükəsizlik, xarici siyasət, demokratik idarəçilik, iqtisadi sabitlik, milli həmrəylik sahələri Paşinyan hakimiyyəti dövründə xeyli pozulub və zəifləyib.

Son.az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

O bildirib ki, ölkə müasir tarixinin ən təhlükəli döngələrindən birində dayanır: Bu gün ermənilərin əksəriyyəti bir əqidə ətrafında birləşib: Baş nazir Nikol Paşinyan getməlidir. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. 2018-ci ildə ümid və transformasiya vədləri ilə başlayan şey - şəffaflıq, ədalət və dirçəliş - bu gün özbaşınalıq, bacarıqsızlıq və strateji uğursuzluq dövrünə çevrildi.

Göz qabağındadır ki, Paşinyan nəinki mövcud çağırışlara tab gətirə bilib, həm də əldə olunan nailiyyətləri sıradan çıxarıb və ölkənin zəifliyini dərinləşdirib. O, Ermənistanın gələcəyi üçün getməlidir. Yeni yol açmağın vaxtıdır".

Sabiq nazir söyləyib ki, Paşinyanın uğursuzluğunun kökündə onun xarici və təhlükəsizlik siyasətini fəlakətli idarə etməsi dayanır: "Paşinyan müharibədən sonra vəziyyəti sabitləşdirmək əvəzinə daha da pisləşdirdi. O, Ermənistanı strateji ziddiyyətlərə salıb, xarici tərəfdaşlara aydın olmayan mesajlar verib, aydın siyasi xətt formalaşdıra bilməyib. Onun səhvləri bütün əsas personajları özündən uzaqlaşdırdı. Moskva İrəvanı etibarsız hesab edir, Tehran isə şübhə ilə yanaşır.

Bir vaxtlar ona demokratik dirçəlişin simvolu kimi baxan Qərb indi onu xarici maraqlara xidmət edən itaətkar agentdən başqa bir şey kimi görmür. Ermənistanın beynəlxalq aləmdən təcrid olunması təsadüfi deyil. Bu, səlahiyyətdən, strateji fikirdən və diplomatik bacarıqdan tamamilə məhrum olan liderin fəaliyyətinin proqnozlaşdırıla bilən nəticəsidir.

Siyasətçi, həmçinin məhkəmə sisteminin zəiflədiyinə diqqət çəkib: "Vətəndaş cəmiyyəti sıxışdırılıb, müxalifət kriminallaşdırılıb, mətbuata məhdudiyyətlər qoyulub. İnflyasiya, durğun əmək haqqı, artan borclar və kifayət qədər investisiya qoyuluşu - bu gündəlik reallıqdır. Eyni zamanda Ermənistanın sosial quruluşu da dağılır. Qütbləşmə, inamsızlıq və siyasi tükənmə: bunlar ictimai həyatın xüsusiyyətləridir. Dövlət çətin günlərdə milləti birləşdirmək əvəzinə parçalanmanı daha da dərinləşdirir. Bununla belə, nüfuzunun və ictimai dəstəyin görünməmiş şəkildə azalması fonunda belə, Paşinyan hakimiyyətdən ictimai maraqlara xidmət etmək üçün deyil, öz mövqeyini təmin etmək üçün yapışır".

V.Oskanyanın fikrincə, Ermənistan artıq bu rəhbərliyə dözə bilməz: "Paşinyanın hakimiyyətdə qalması təkcə böhranın nəticəsi deyil. Böhranın özü budur. Onun mövcudluğu bərpa imkanlarını daraldır, xarici əlaqələri çətinləşdirir, demokratik və milli yenidənqurmaya mane olur. Onun uzaqlaşdırılması bütün problemləri həll etməyəcək. Lakin bu, Ermənistanın ləyaqətini, etibarını və strateji istiqamətini bərpa etmək üçün zəruri ilk addımdır. Ölkə dəyişiklik gözlədiyi halda, vəziyyətin ciddiliyini aydın şəkildə dərk etmək lazımdır. Ermənistana xalqı birləşdirə bilən, regional münaqişəni bacarıq və uzaqgörənliklə idarə edə bilən liderlik lazımdır". Son.az

Qadınlara bir, kişilərə ayrı dərd olub – Həkim qorxulu xəstəlikdən DANIŞDI like
  • 01 May 08:08  
Digərləri Qadınlara bir, kişilərə ayrı dərd olub – Həkim qorxulu xəstəlikdən DANIŞDI

Hormonal Pozuntu - bu problem getdikcə ciddi təhlükəyə çevrilib. Hazırda

arrow Ətraflı
“X”dən daha bir yenilik like
  • 01 May 07:34  
Digərləri “X”dən daha bir yenilik

"X" platforması 4K video yükləmək imkanı təklif etməyə başlay

arrow Ətraflı
Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI like
  • 01 May 07:07  
Digərləri Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI

Hazırda gənclərin sevərək içdiyi enerji içkiləri sağlamlıq üçün cid

arrow Ətraflı
İş axtaranların nəzərinə: Ən çox tələb olunan like
  • 01 May 06:35  
Digərləri İş axtaranların nəzərinə: Ən çox tələb olunan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı

arrow Ətraflı
İdmansız incə belin sirri  Bu qidaları nə qədər yesəniz də kökəltmir like
  • 01 May 06:06  
Digərləri İdmansız incə belin sirri Bu qidaları nə qədər yesəniz də kökəltmir

Tanınmış qarın bölgəsindəki piylərdən qurtulmağın yollarını açıql

arrow Ətraflı
Səhərlər bu içkini içmək ürəyi qoruyur, ömrü uzadır like
  • 01 May 04:04  
Digərləri Səhərlər bu içkini içmək ürəyi qoruyur, ömrü uzadır

Səhərlər içilən qəhvənin sağlamlığa əhəmiyyətli faydaları olduğu

arrow Ətraflı
Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyin like
  • 01 May 03:03  
Digərləri Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyin

Quru şampundan istifadə saç yumağın yerini vermir - səbəbləri bunlardır

arrow Ətraflı
2050ci ilə qədər milyonlarla insan xərçəng riski ilə üzüzə qalacaq  Düyüyə görə like
  • 01 May 02:02  
Digərləri 2050ci ilə qədər milyonlarla insan xərçəng riski ilə üzüzə qalacaq Düyüyə görə

ABŞ-da aparılan bir araşdırma iqlim böhranı səbəbiylə düyüdə arsen

arrow Ətraflı
Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır like
  • 01 May 01:05  
Dünya Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır

Kiyev Ukraynadakı münaqişənin nizamlanması üçün bəzi ərazilərdən gü

arrow Ətraflı
2025ci ilin 7 ən yaxşı yolsuzluq avtomobili like
  • 01 May 01:01  
Digərləri 2025ci ilin 7 ən yaxşı yolsuzluq avtomobili

SUV-lər, digər yüngül avtomobillərlə müqayisədə sürücülərə daha ç

arrow Ətraflı
Bir ailənin iki üzvü qəzaya düşdü: Ölən və yaralanan var like
  • 01 May 00:53  
Digərləri Bir ailənin iki üzvü qəzaya düşdü: Ölən və yaralanan var

Sabirabadda avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digə

arrow Ətraflı
İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyir like
  • 01 May 00:52  
Dünya İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyir

İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üç

arrow Ətraflı
Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı like
  • 01 May 00:39  
Şou-biznes Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı

Əməkdar artist Sevinc Sarıyeva efirdə canlı oxuya bilməyən tələbəsin

arrow Ətraflı
Masallıda məktəbli qızlar arasında dava like
  • 01 May 00:35  
Digərləri Masallıda məktəbli qızlar arasında dava

Masallıda şagirdlər arasında insident yaşanıb.

arrow Ətraflı
Moskva metrosunda uşaq doğuldu like
  • 01 May 00:26  
Digərləri Moskva metrosunda uşaq doğuldu

Rusiyanın paytaxtı Moskvada metroda uşaq dünyaya gəlib.

arrow Ətraflı