Əhaliyə şad xəbər: Bayramqabağı bu qiymətlər
Digərləri 07 Mar 2025 07:35:00 102 0
Mart ayında iki mühüm bayram - Novruz və Ramazan bayramları qeyd olunacaq. Bu səbəbdən qeyri-iş günləri ardıcıl şəkildə düzülüb və insanlar üçün istirahət etmək, səyahətə çıxmağa kifayət qədər zaman yaranıb. Bu fürsətdən yararlanmaq istəyənlər həm ölkə daxilindəki regionlara, həm də xaricə səyahət etməyi planlaşdırırlar.
Bu xəbəri də oxu: Bu gecə ilə bağlı əhaliyə vacib XƏBƏRDARLIQ
Bəs qiymətlər necə olacaq? Ötən illə müqayisədə istirahət üçün ciddi bahalaşma gözlənilirmi? Yenisabah.az məsələni turizm məsələləri üzrə ekspert Ceyhun Aşırovla müzakirə edib.
Ekspert bildirib ki, bu il ardıcıl qeyri-iş günləri ilə əlaqədar olaraq insanlar əvvəlcədən səyahət planlarını qurmağa başlayıblar:
"Regionlarda fəaliyyət göstərən otellər bayram günləri üçün xüsusi kampaniyalar elan ediblər. Səyahət etməyi planlaşdıran insanlar əsasən iki qrupa bölünür: bir qismi ölkə daxilində istirahət etməyi üstün tutur, digərləri isə xaricə səfər etməyə hazırlaşır.
Turizm şirkətləri də bu fürsətdən yararlanaraq müxtəlif endirimli turlar təklif edirlər. Xaricə səyahət edənlər üçün ən çox Türkiyə və Gürcüstan kimi ənənəvi istiqamətlərlə yanaşı, Misir, Doha, Dubay, Maldiv Adalarına olan turlar geniş şəkildə təbliğ olunur. Bəzi istiqamətlər üzrə xüsusi endirimlər və daha sərfəli qiymətlər təqdim edilir ki, bu da turistlərin seçim imkanlarını artırır".
C.Aşırov nəzərəçarpacaq dərəcədə bahalaşmanın gözlənilmədiyini də açıqlayıb:
"Ölkə daxilində istirahət etməyi planlaşdıranlar üçün isə müxtəlif kampaniyalar nəzərdə tutulub. Otellər bir günlük qalmağı planlaşdıran qonaqlara əlavə bir gün bonus, yaxud əlavə xidmətlər təqdim edirlər. Ramazan ayının bu dövrə təsadüf etməsi isə müəyyən təsirini göstərir - oruc tutan insanların bir qismi aktiv səyahətlərdən çəkinərək istirahətlərini yaşadıqları şəhərdə keçirməyə üstünlük verirlər.
Qiymətlərə gəldikdə, ölkə daxilində turizm xidmətlərinin ötən illə müqayisədə ciddi şəkildə bahalaşması gözlənilmir. Həm yerli, həm də xarici turlara tələbat artsa da, kəskin qiymət artımı müşahidə olunmur. Bu isə vətəndaşların daha əlverişli şərtlərlə səyahət etməsinə şərait yaradır". Son.az
"Qadınlar güclü çiyin istəyir. Bu, onlar üçün çox böyük bir həd

Qarlı hava şəraitində baş vermiş hadisələrə görə 3 milyon manata yax�

"Çocuklar Duymasın" serialının Duyğu obrazını canlandıran Ayş

"Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin o

Magazin dünyası yeni bir eşq iddiası ilə çalxalanır. Eyni serialda rol al

Tehranda ardıcıl olaraq beş il quraqlıq davam etdiyi və yağıntıların 45

Yaşlandıqca yuxu keyfiyyəti dəyişir və bir çox yaşlı insan gecə boyunc

İranın paytaxtı Tehranın şərqində yerləşən hərbi obyektdə yanğın v

Ukrayna ordusu Avropada Rusiya ordusundan sonra ikinci ən böyük ordudur.

Müğənni Emil Bədəlov açıqlaması ilə diqqət çəkib.

Rusiyanın Belqorod vilayətində hərbi və mülki avtobusların toqquşması n

"Rusiyaya Ukraynada sülhün elə bir variantı lazımdır ki, o, ölkənin
