Azərbaycan və İran arasında Bakıda imzalanan sənədlər dövlətlərarası münasibətlərdə yeni mərhələnin əsasını qoyur – Sevil Mikayılova


Siyasət 30 Apr 2025 16:48:13 67 0

Azərbaycan və İran arasında Bakıda imzalanan sənədlər dövlətlərarası münasibətlərdə yeni mərhələnin əsasını qoyur – Sevil Mikayılova

Azərbaycan-İran münasibətləri əsrlər boyu davam edən tarixi bağlara əsaslanır. İki ölkə arasındakı əlaqələr Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra davamlı olaraq inkişaf edib. İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin uzunmüddətli siyasi irsinin və Prezident İlham Əliyevin praqmatik xarici siyasəti nəticəsində mümkün olub. Bu əlaqələr yalnız hər iki ölkənin müstəqil və milli maraqlarını qorumaqla məhdudlaşmır, həm də regional və qlobal səviyyədə qarşılıqlı hörmət prinsipi əsasında irəliyə aparılır. Ortaq tarixi irs, mədəniyyət, yaxın qonşuluq və qardaşlıq münasibətləri Azərbaycan və İran arasında davamlı və uğurlu əməkdaşlığın özülünü təşkil edir və gələcək layihələrin yeni istiqamətlərini müəyyənləşdirir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S. Mikayılova qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir.

"Pezeşkianın bu səfəri Azərbaycan-İran arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək və yeni strateji hədəflərə yönəltmək məqsədi daşıyır. Səfər çərçivəsində aparılan danışıqlar iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində konkret addımların atılmasına stimul verir. Həmçinin, Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında imzalanan Birgə Bəyanat ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və regional əməkdaşlığın inkişafında mühüm addım olduğunu əyani şəkildə göstərir. Bu sənədlər, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın hüquqi bazasını möhkəmləndirərək praktiki fəaliyyətin genişlənməsinə xidmət edəcək", - deyə deputat əlavə edib.

Sevil Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla mətbuata birgə bəyanatı Azərbaycan və İranın beynəlxalq arenada bir-birini dəstəkləyərək regional səviyyədə daha güclü bir mövqe tutduqlarını göstərir.

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər iki ölkə istər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Bu ifadə, Azərbaycan və İran arasındakı güclü və uzunmüddətli əlaqələrin bir təzahürüdür. Eyni zamanda, iki ölkənin bir-birinə qarşılıqlı dəstəyini və əməkdaşlıq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. Çünki Azərbaycanın xarici siyasəti çoxşaxəlidir və beynəlxalq əməkdaşlıq formatı zəngindir. Həmçinin, İran Prezidenti Məsud Pezeşkianın Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna dair açıq dəstəyi yalnız Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləmək deyil, həm də beynəlxalq hüquq normalarına, ədalətə və regional əməkdaşlıq prinsiplərinə uyğun bir yanaşmadır. Bu dəstək, həm İranın, həm də beynəlxalq ictimaiyyətin ərazi münaqişələrinə yanaşmasında əsas götürülən hüquqi prinsiplərinə sadiqliyini nümayiş etdirir", - deyə o əlavə edib.

Deputat bildirib ki, Azərbaycan və İran arasındakı əlaqələr tarixi köklərə və müasir əməkdaşlığa bağlıdır. Bu münasibətlər 1991-ci ildə Azərbaycanın müstəqilliyini qazandığı gündən rəsmi şəkildə inkişaf etməyə başlayıb.

"Diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur və bu, iki ölkə arasında güclü əməkdaşlıq əlaqələrinin əsasını qoyub. İran, Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb və bundan sonra iki ölkə arasında diplomatik münasibətlər qurulub. İranın Bakı şəhərində 1969-cu ildən fəaliyyət göstərən konsulluğu, 1992-ci ilin mart ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb. İranın Naxçıvan şəhərində Baş Konsulluğu 1992-ci ilin mart ayından, Azərbaycanın Təbriz şəhərində isə Baş Konsulluğu 2004-cü ilin oktyabrından fəaliyyət göstərir", - deyə S. Mikayılova əlavə edib.

Deputatın sözlərinə görə, Azərbaycan və İran arasında son illərdə müxtəlif sahələri əhatə edən ümumilikdə 147 sənəd imzalanıb.

"Bu sənədlərin imzalanması, iki ölkə arasındakı əməkdaşlığın nə qədər geniş və dərin olduğunu göstərir. İqtisadi sahədə də əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq daha da möhkəmlənir. Azərbaycan-İran əməkdaşlığı həmçinin, 3+3 regional məşvərət mexanizmi çərçivəsində də davam edir. Bu mexanizm, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Gürcüstan-Türkiyə kimi regional əməkdaşlıq formatlarını əhatə edir. Bu cür əməkdaşlıq regionda iqtisadi inteqrasiyanı təşviq etməklə yanaşı, həm də sabitlik və təhlükəsizliyin təmin edilməsinə kömək edir. Ümumiyyətlə, Azərbaycan-İran əlaqələri strateji əhəmiyyət kəsb edir və regionda sabitliyin təmin edilməsində konstruktiv rol oynayır", - deyə S. Mikayılova fikrini tamamlayıb.

Alman bəstəkarı Paul Hindemithin 130 illiyinə həsr olunmuş proqram təqdim olunub  FOTO like
  • 30 Apr 16:48  
Kriminal Alman bəstəkarı Paul Hindemithin 130 illiyinə həsr olunmuş proqram təqdim olunub FOTO

Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq və respublika müsabiqələr laure

arrow Ətraflı
İllərlə axtarırdılar, Türk arxeoloqlar tapdı like
  • 30 Apr 16:44  
Digərləri İllərlə axtarırdılar, Türk arxeoloqlar tapdı

İtmiş sivilizasiya çox inkişaf etmiş və sosial baxımdan çox mürəkkəb

arrow Ətraflı
Gəncə Dövlət Filarmoniyasinda "Piano musiqi axşami" adli konsert proqrami baş tutub – FOTO like
  • 30 Apr 16:30  
Kriminal Gəncə Dövlət Filarmoniyasinda "Piano musiqi axşami" adli konsert proqrami baş tutub – FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gənc və istedadlı p

arrow Ətraflı
Anası və nənəsini eyni gündə faciəvi şəkildə itirən müğənni: "Nəvə sevinci çox çəkmədi" like
  • 30 Apr 16:23  
Şou-biznes Anası və nənəsini eyni gündə faciəvi şəkildə itirən müğənni: "Nəvə sevinci çox çəkmədi"

Bir müddət əvvəl anası və nənəsini faciəvi şəkildə itirən müğənn

arrow Ətraflı
Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi like
  • 30 Apr 16:15  
Digərləri Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi

Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e

arrow Ətraflı
Əlillik düzgün təyin edilməyib  "1ci qrup əvəzinə 3cü qrup"  ŞİKAYƏT like
  • 30 Apr 16:05  
Digərləri Əlillik düzgün təyin edilməyib "1ci qrup əvəzinə 3cü qrup" ŞİKAYƏT

Tovuzun Aşağı Quşçu kəndində anadan gəlmə müxtəlif xəstəliklərdən

arrow Ətraflı
3 gün su olmayacaq like
  • 30 Apr 15:52  
Digərləri 3 gün su olmayacaq

Sumqayıtın bəzi ərazilərində suyun verilməsində fasilələr yaranacaq.

arrow Ətraflı
Günayın bu sürprizi Zauru təəccübləndirdi  VİDEO like
  • 30 Apr 15:45  
Şou-biznes Günayın bu sürprizi Zauru təəccübləndirdi VİDEO

"Deyirsiniz ki, Günayı niyə çox istəyirsən?"

arrow Ətraflı
Maşınınızda bu aksesuarlar varsa, çıxarın  CƏRİMƏSİ VAR like
  • 30 Apr 15:33  
Digərləri Maşınınızda bu aksesuarlar varsa, çıxarın CƏRİMƏSİ VAR

Hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böy�

arrow Ətraflı
Azərbaycanlı iş adamı oğurlandı like
  • 30 Apr 15:26  
Digərləri Azərbaycanlı iş adamı oğurlandı

Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndə

arrow Ətraflı
"Ana olmadan ölməkdən qorxuram"  efirdə göz yaşı tökdü  VİDEO like
  • 30 Apr 15:21  
Şou-biznes "Ana olmadan ölməkdən qorxuram" efirdə göz yaşı tökdü VİDEO

Xanəndə Aytən Məhərrəmova etirafı ilə sevənlərini kövrəldib.

arrow Ətraflı
Yunus Oğuzun ““TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb like
  • 30 Apr 15:12  
Digərləri Yunus Oğuzun ““TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun ""TÜRK&

arrow Ətraflı
Azərbaycan ən təhlükəsiz rayonları  Zəlzələ riski çox azdır  SİYAHI like
  • 30 Apr 15:08  
Digərləri Azərbaycan ən təhlükəsiz rayonları Zəlzələ riski çox azdır SİYAHI

Son günlər Türkiyənin müxtəlif bölgələrində baş verən ardıcıl zəl

arrow Ətraflı
Adnan Oktar illər sonra üzə çıxdı  FOTO like
  • 30 Apr 15:00  
Digərləri Adnan Oktar illər sonra üzə çıxdı FOTO

Cinayətkar şəbəkə qurmaq və idarə etmək, cinsi istismar və cinsi zorak�

arrow Ətraflı