HindistanPakistan arasında barıt çəlləyi: "Bölgədə yeni bloklar formalaşır"


Siyasət 30 Apr 2025 10:10:00 84 0

HindistanPakistan arasında barıt çəlləyi: "Bölgədə yeni bloklar formalaşır"

"Geosiyasi silkələnmə: Hindistan-Pakistan münasibətləri qırılma nöqtəsində"

Cənubi Asiyada barıt qoxusu yenidən hiss olunur. Son günlər Hindistan və Pakistan arasında artan gərginlik bölgədə böyük geosiyasi silkələnmələrin siqnalını verir. Sadə bir sərhəd toqquşmasından daha artıq olan bu gərginlik artıq regional ittifaqların, super güclərin mövqeyini aydınlaşdırır və "soyuq müharibə"nin lokal təzahürlərini xatırladır. Söhbət təkcə iki dövlətin münasibətlərindən getmir - artıq bu, qlobal güclərin iştirak etdiyi çoxqütblü bir qarşıdurmaya çevrilmək üzrədir.

Politoloq Turab Rzayevin Son.az-a verdiyi açıqlamaya görə, Hindistan və Pakistan arasında gərginliyin sürətlə artması bölgəni kritik nöqtəyə gətirib. 

Onun sözlərinə görə, bu münasibətlər artıq nəzarətdən çıxa biləcək vəziyyətə gəlib:

"Əgər Pakistan tərəfinə qarşı növbəti hücum həyata keçirilərsə, bu dəfə cavab daha sərt və genişmiqyaslı olacaq. Hindistan isə artıq strateji addımlar atmağa başlayıb. Hava sahəsini və limanlarını Pakistanın üzünə bağlamaq planları müzakirə edilir. Bundan öncə də Pakistan vətəndaşlarına vizalar ləğv edilmiş və ölkədən çıxarılmışdılar".

Turab Rzayev həmçinin bildirib ki, Hindistanın Hind çayını bağlamaq ehtimalı vəziyyəti dramatik şəkildə dəyişə bilər:

"Hind çayı Pakistanın əsas su mənbələrindən biridir. Əgər Hindistan bəndlər inşa edərək suyun qarşısını kəsərsə, bu, Pakistan üçün kütləvi aclıq və susuzluq fəlakəti demək olacaq. Bu isə hərbi qarşıdurma riskini daha da artırır".

Politoloq qeyd edib ki, bu gərginlikdə beynəlxalq güclər də birbaşa olmasa da, dolayı yollarla iştirak edir:

"Çin tam şəkildə Pakistanı dəstəkləyir və ehtiyac yaranarsa, onu tək buraxmayacaq. ABŞ isə daha çox Hindistanın tərəfini tutur. Türkiyə, ənənəvi olaraq, Pakistanın yanında dayanacaq. Rusiya isə mürəkkəb mövqe tutur - bir tərəfdən Hindistanla münasibətləri qorumağa çalışır, digər tərəfdən isə Çinlə ittifaq çərçivəsində dolayısıyla Pakistanı dəstəkləyə bilər".

Onun fikrincə, bu vəziyyət bölgədə yeni güc bloklarının formalaşmasına səbəb olur:

"Yeni bloklamalar yaranır və bunlar arasında qarşılıqlı münasibətlərin daha da gərginləşməsi qaçılmaz görünür. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, Hindistan-Pakistan münasibətləri kontroldan çıxma ehtimalı ən yüksək olan geosiyasi risklərdən biridir".

Xəyal Abdullayev Son.az

Tbilisidə ticarət mərkəzində güclü YANĞIN like
  • 30 Apr 10:05  
Digərləri Tbilisidə ticarət mərkəzində güclü YANĞIN

Gürcüstanın paytaxtı Tbilisidə, "Vağzal meydanı" metro stansiya

arrow Ətraflı
Türkiyədə yenə zəlzələ oldu like
  • 30 Apr 09:58  
Digərləri Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ olub.

arrow Ətraflı
Göbəyi açıq gəzməyi sevənlər üçün mükəmməl idman növü  Bunu bilmirdiniz like
  • 30 Apr 09:51  
Digərləri Göbəyi açıq gəzməyi sevənlər üçün mükəmməl idman növü Bunu bilmirdiniz

Mükəmməl qarın əzələlərinə sahib olmağı arzulayırsınız, amma uzun

arrow Ətraflı
Abituriyentlərin NƏZƏRİNƏ  Sabah başa çatır  RƏSMİ like
  • 30 Apr 09:39  
Digərləri Abituriyentlərin NƏZƏRİNƏ Sabah başa çatır RƏSMİ

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci c

arrow Ətraflı
Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR like
  • 30 Apr 09:30  
Digərləri Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

arrow Ətraflı
Avro ucuzlaşdı, bu valyuta isə bahalaşdı  RƏSMİ like
  • 30 Apr 09:21  
Digərləri Avro ucuzlaşdı, bu valyuta isə bahalaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
"Ürəyimin gözəlliyi üzümə vurub" like
  • 30 Apr 09:07  
Şou-biznes "Ürəyimin gözəlliyi üzümə vurub"

Müğənni Gülay Zeynallı maraqlı açıqlamalar verib.

arrow Ətraflı
İslamda ən savab əməl nə sayılır? like
  • 30 Apr 09:01  
Digərləri İslamda ən savab əməl nə sayılır?

İslam dinində ən savab əməl mövzusunda Qurani-Kərim və hədislərdə mü

arrow Ətraflı
"Şüşə dəri" üçün bir qəpik də xərcləməyə gərək yoxdur  Sadə üsul like
  • 30 Apr 08:08  
Digərləri "Şüşə dəri" üçün bir qəpik də xərcləməyə gərək yoxdur Sadə üsul

"TikTok"da 2,8 milyondan çox baxış toplayan "şüşə dəri&q

arrow Ətraflı
Trampın sosial şəbəkədəki paylaşımlarını o, yazırmış like
  • 30 Apr 07:37  
Dünya Trampın sosial şəbəkədəki paylaşımlarını o, yazırmış

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesablarındakı paylaşımları

arrow Ətraflı
Ağ tüklərdən təbii yollarla qurtulun – Salona getməyə ehtiyac yoxdur like
  • 30 Apr 07:07  
Digərləri Ağ tüklərdən təbii yollarla qurtulun – Salona getməyə ehtiyac yoxdur

Ağ saçları boyamağa pul xərcləmədən təbii rənginə qaytarmaq mümkünd

arrow Ətraflı
Bağ evi almaq istəyənlərin NƏZƏRİNƏ like
  • 30 Apr 06:35  
Digərləri Bağ evi almaq istəyənlərin NƏZƏRİNƏ

Son vaxtlar bağ evlərinə maraq xeyli artıb. Belə evlər ya kirayə götür�

arrow Ətraflı
TVlər, hotellər, hektarlarla ərazi  Tatlısəsin dodaq uçuqladan sərvəti like
  • 30 Apr 06:06  
Şou-biznes TVlər, hotellər, hektarlarla ərazi Tatlısəsin dodaq uçuqladan sərvəti

Türkiyə musiqisinin əfsanəvi siması İbrahim Tatlısəs təkcə sənət sah

arrow Ətraflı
Çılpaq yatmağın sağlamlığa faydaları   Alimlər tövsiyə edir like
  • 30 Apr 04:04  
Digərləri Çılpaq yatmağın sağlamlığa faydaları Alimlər tövsiyə edir

Çıpaq yatmaq təkcə rahatlıq üçün deyil, həm də sağlamlığın qorunma

arrow Ətraflı
Burunda çıxan sızanaq nəyi bildirir? like
  • 30 Apr 02:02  
Digərləri Burunda çıxan sızanaq nəyi bildirir?

Burunda çıxan sızanaq adətən orqanizmdəki bəzi daxili problemlərin və y

arrow Ətraflı