Heydər Əliyev Mərkəzində italyan heykəltəraşın “Təbiətin nemətləri” adlı sərgisi açılıb


Siyasət 06 Mar 2025 23:12:00 191 0

Heydər Əliyev Mərkəzində italyan heykəltəraşın “Təbiətin nemətləri” adlı sərgisi açılıb

Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltəraş Cüzeppe Kartanın (Giuseppe Carta) "Təbiətin nemətləri" ("Gifts of nature") adlı fərdi sərgisi açılıb. 

Son.az xəbər verir ki,  ekspozisiyada böyük meyvə və tərəvəz heykəllərinin müəllifi Cüzeppe Kartanın müxtəlif əsərləri sərgilənir. Müəllif bu əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim olunur.

Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, Mərkəz yarandığı gündən burada çoxsaylı tədbirlər keçirilir. O, bu gün çox maraqlı heykəltəraş Cüzeppe Kartanın əsərlərinin təqdim olunacağını deyib və sərginin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib. Anar Ələkbərov vurğulayıb ki, sərgidə Cüzeppe Kartanın 40-a yaxın əsəri təqdim olunur. Həmçinin bildirib ki, ölkəmiz bu yaxınlarda Venesiya Bienallesində də iştirak edəcək və həmin Bienalledə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın bir sıra memarlıq əsərləri təqdim olunacaq. O qeyd edib ki, artıq bu istiqamətdə hazırlıqlara başlanılıb. Xüsusi olaraq Zəfər muzey və park komplekslərinə önəm veriləcək, Zəngilan və Şuşa məscidləri, "Ağ şəhər" Kompleksi Venesiya Bienallesində təqdim olunacaq.

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko çıxışı zamanı sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O, Fondun İtaliya incəsənətini, italyan mədəniyyətini hər zaman təşviq etdiyini diqqətə çatdırıb, yüksək səviyyədə və hərtərəfli əməkdaşlığa görə minnətdarlığını ifadə edib. Səfir bundan sonra da bir sıra digər çoxsaylı təşəbbüslərə dəstək veriləcəyini qeyd edib. Tədbirdə çıxış edən heykəltəraş Cüzeppe Karta Heydər Əliyev Mərkəzinin gözəl, əhəmiyyətli və nüfuzlu məkanlar sırasında olduğunu bildirib.  

O, incəsənət sahəsində fəaliyyəti barədə məlumat verərək, artıq 30 ildir heykəltəraşlıqla məşğul olduğunu söyləyib, öz əsərlərini olduqca sadə formada ərsəyə gətirdiyini qeyd edib.

Heykəltəraş bildirib ki, yaratdığı bütün əsərləri "cücərmə" adlandırır və əsərlərində "cücərmə"ni əks etdirməyə çalışır. Onun sözlərinə görə, hər kəs öz üzərinə düşən işi etməklə, təbiətə minnətdar olmalıdır. 

Sonra sərgiyə baxış keçirilib. 

Mərkəzin park ərazisində və sərgi zalında nümayiş olunan əsərlər arasında xüsusi sənətkarlıqla işlənilən, yaradılması böyük zaman tələb edən fındıq, moruq, şaftalı, Çili bibərinin unikal heykəlləri və instalyasiyalar yer alıb. 

Əsərlər mövzunun sadəliyi baxımından tamaşaçıya çox yaxındır, eyni zamanda, təbiətin bizə bəxş etdiyi nemətlərin nə qədər dəyərli olduğunu ifadə edir. Məhz bu xüsusiyyət Cüzeppe Karta yaradıcılığının incəsənət nöqteyi-nəzərindən ümumbəşəri mesajını çatdırır.

Nar, zeytun, üzüm və s. heykəlləri Cüzeppe Kartanı dünyaya sülhü, torpağı və xalqların mədəniyyətini təbliğ edən incəsənət xadimi kimi tanıdıb. Onun sənətinin əsas mövzusu təbiət və torpağın nemətləridir. O, bu mövzunu həyatın, ümidin, yenidən doğuluşun və cücərmənin universal rəmzi kimi təsvir edir.

ABŞ, Avstraliya, Böyük Britaniya, Çin, Fransa, İsveçrə, İtaliya, Yeni Zelandiyada təşkil edilən sərgilərdə, festivallarda, Venesiya Biennalesində təmsil olunan, çoxsaylı beynəlxalq mükafatların sahibi Cüzeppe Kartanın əsərlərini paytaxt Bakıda bir ilə yaxın müddətdə izləmək mümkün olacaq.  

"Təbiətin nemətləri" sərgisi Heydər Əliyev Mərkəzində 2026-cı ilin yanvar ayınadək davam edəcək. Son.az

Orqanını satmaq istəyənlər: çarəsizlik, xeyirxahlıq, yoxsa dələduzluq? like
  • 06 Mar 23:10  
Digərləri Orqanını satmaq istəyənlər: çarəsizlik, xeyirxahlıq, yoxsa dələduzluq?

Son vaxtlar insan orqanlarının satışına dair elanlar artıb. Bəziləri bun

arrow Ətraflı
Azərbaycanda ən çox hansı sosial şəbəkə istifadə edilir? like
  • 06 Mar 23:00  
Digərləri Azərbaycanda ən çox hansı sosial şəbəkə istifadə edilir?

"Statcounter" beynəlxalq şirkəti Azərbaycanda ən çox istifadə o

arrow Ətraflı
2030cu ildə Ramazan ayı iki dəfə qeyd olunacaq like
  • 06 Mar 22:53  
Digərləri 2030cu ildə Ramazan ayı iki dəfə qeyd olunacaq

2030-cu il müsəlman dünyasında nadir bir hadisə ilə yadda qalacaq.

arrow Ətraflı
ABŞ nümayəndə heyəti Ukrayna rəsmiləri ilə görüşəcək like
  • 06 Mar 22:40  
Dünya ABŞ nümayəndə heyəti Ukrayna rəsmiləri ilə görüşəcək

ABŞ nümayəndə heyəti Ukrayna rəsmiləri ilə görüşmək üçün martın

arrow Ətraflı
Mehriban Əliyeva Gəncəyə səfərdən görüntülər paylaşıb like
  • 06 Mar 22:36  
Siyasət Mehriban Əliyeva Gəncəyə səfərdən görüntülər paylaşıb

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifə

arrow Ətraflı
Ramazanın yeddinci gününün duası  İmsak və iftar vaxtı like
  • 06 Mar 22:12  
Digərləri Ramazanın yeddinci gününün duası İmsak və iftar vaxtı

Sabah Azərbaycanda Ramazan ayının yeddinci günüdür.

arrow Ətraflı
Vadim Pşeniçnıy: "ARDNFnin investisiya portfeli 60 milyard dollara çatıb" like
  • 06 Mar 22:00  
Digərləri Vadim Pşeniçnıy: "ARDNFnin investisiya portfeli 60 milyard dollara çatıb"

"ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəl

arrow Ətraflı
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb like
  • 06 Mar 21:56  
Digərləri Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə �

arrow Ətraflı
Biləsuvarda 57 yaşlı kişi faciəvi şəkildə öldü like
  • 06 Mar 21:50  
Digərləri Biləsuvarda 57 yaşlı kişi faciəvi şəkildə öldü

Biləsuvar rayonunda ov tüfəngindən açılan atəş nəticəsində 57 yaşlı

arrow Ətraflı
Hüseyn Həsənova ağır itki like
  • 06 Mar 21:42  
Şou-biznes Hüseyn Həsənova ağır itki

Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənova ağır itki üz verib.

arrow Ətraflı
Azərbaycanda tanınmış iş adamı öldü like
  • 06 Mar 21:37  
Digərləri Azərbaycanda tanınmış iş adamı öldü

Azərbaycanda tanınmış iş adamı vəfat edib.

arrow Ətraflı
Azərbaycanda daha bir körpə  doğuş zamanı öldü like
  • 06 Mar 21:28  
Digərləri Azərbaycanda daha bir körpə doğuş zamanı öldü

Tovuzda doğuş zamanı körpə ölümü baş verib.

arrow Ətraflı
Azərbaycanda 136 min manatlıq lizinq şirkəti bağlanır like
  • 06 Mar 20:57  
Digərləri Azərbaycanda 136 min manatlıq lizinq şirkəti bağlanır

"SOA Leasing" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunur.

arrow Ətraflı
Davit Manukyan: Xankəndidəki mənzilimdə tapılan silahlar Ermənistan Polis İdarəsində qeydiyyatdadır like
  • 06 Mar 20:55  
Siyasət Davit Manukyan: Xankəndidəki mənzilimdə tapılan silahlar Ermənistan Polis İdarəsində qeydiyyatdadır

Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Er

arrow Ətraflı