Azərbaycanda bu ailələr üçün ev tikiləcək
Digərləri 24 Apr 2025 11:03:00 65 0
Azərbaycanın bir sıra rayonlarında təbiət hadisəsi nəticəsində zərərçəkmiş ailələr üçün ev tikiləcək.
Bu xəbəri də oxu: Xəzərin dibi ilə kabel çəkirlər
Son.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hazırlıqları başa çatdırıb.
Məlumata görə Lənkəranda 2 ədəd, Siyəzəndə isə 1 ədəd 3 otaqlı fərdi yaşayış evləri tikiləcək.
Sözügedən evlərin tikintisini həyata keçirən şirkət müəyyənləşib və onunla Dövlət Agentliyi arasında müqavilə bağlanılıb. Müqaviləyə əsasən, üç evin tikintisi 268 min manata başa gələcək.
Agentlik daha əvvəl isə Zaqatalada təbiət hadisəsi nəticəsində zərərçəkmiş ailələr üçün 34 ədəd fərdi yaşayış evinin tikintisinə, qəzalı vəziyyətə düşən 9 çoxmənzilli binanın və əlavə olaraq daha 1 fərdi yaşayış evinin bərpasına bu ilin yanvar ayında başlayıb. Zaqataladakı tikinti və bərpa işlərinə isə 4 milyon manata yaxın vəsait ayrılıb.
Məlumat üçün bildirək ki, hazırda Hacıqabul rayonunun Nəvai qəsəbəsində 11 ədəd fərdi yaşayış evinin, Salyan və Sabirabad rayonlarında 4 ədəd 2 otaqlı fərdi yaşayış evinin, Şamaxı, Ağsu rayonlarında 5 ədəd fərdi yaşayış evinin tikintisi və 1 ədəd fərdi yaşayış evinin bərpası, cənub bölgəsində 14 ədəd fərdi yaşayış evinin tikintisi, Qobustan rayonunda 1 ədəd fərdi yaşayış evinin, Gədəbəy şəhərində 24 mənzilli binada və Daşkəsən şəhərində 1 ədəd istinad divarının bərpası da nəzərdə tutulub. Bu tikinti və bərpa işlərinə isə ümumilikdə 3,4 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
Qeyd edək ki, təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərinin təşkili, bu işlərlə bağlı sifarişçi funksiyasının yerinə yetirilməsi Agentliyin vəzifələrindən biridir.
Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Azadlıq 4 ünvanında yerləşən bin

Təmizləyici yağ son zamanlar dərini təmizləmək üçün populyar bir məhs

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən güclü z�

Ötən gün Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun bir neçə müstəqil i

Vatikan Roma Papası Fransiskin vəfatı ilə bağlı 9 günlük matəm elan edi

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini m

Misir və Azərbaycanda bir çox gözəllik yarışmalarında münsif qismində

"Bu gün Azərbaycanın əməkdaşlıq əlaqələrinin dinamik şəkildə i

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün axşam saatlarında İrə

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verən ağ�

Ötən gün vətəndaşların bank kartlarından 20332 manat oğurlanıb.

Bəzən hətta ən diqqətli və güclü insanlar başqalarının intriqaların�

Bu gün səhər saatlarında İstanbulun qərbində yerləşən Böyükçəkməc
