Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalandı
Siyasət 22 Apr 2025 18:56:00 59 0
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində ölkəmizin Energetika Nazirliyi ilə Çin şirkətləri arasında bir sıra sənədlər imzalanıb.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Çinə səfər etdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, imzalanmış sənədlər arasında "Azərbaycan Respublikasının Hökuməti və "Universal Solar Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "China Energy Overseas Investment Co. Ltd." şirkəti arasında Azərbaycan Respublikasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi", "Azərbaycan Respublikasının Energetika Nazirliyi, "China Datang Overseas Investment Co. Ltd" və "SOCAR Green" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən Günəş Elektrik Stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, "Azərbaycan Respublikasının Energetika Nazirliyi, "PowerChina Resources Limited" və "SOCAR Green" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 160 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi (mübadilə ediləcək)", Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında "Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması"na dair Anlaşma Memorandumu" və "Azərbaycan Respublikasının Energetika Nazirliyi, "SOCAR Green" Məhdud Məsuliyyətli Cəmiyyəti, "China Datang Overseas Investment Co. Ltd" və "PowerChina Resources Limited" arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu" yer alıb. Son.az
18:51 Partlayışdan sonra Vladimir vilayətinin Kirjaçsk rayonunda fövqəl

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiyanın növbəti iki il ə

Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən, fiziki

Nazirlər Kabineti "Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Q

"Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Əməkdar artisti Va

İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsənov Toğrul Nizaməddin o

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Bir çox insanlar ucuz avtomobillərin avtomobil almağa çox pul xərcləmək i

Fransada aparılan analizlər zamanı məşhur "Perrier" mineral qazl�

Azad olunmuş ərazilərdə öz dədə-baba torpaqlarına yaşamağa qayıdanlar

"Google" bu yaxınlarda "Pixel 9a" modelini təqdim etdi - b

Türkiyə Səhiyyə Nazirliyi tibbi zərurət olmadan özəl xəstəxanalarda pl

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasit

Lökbatanda göl mənzərəli evlər gözəllikdən çox təhlükəlidir. Burda
