Ali məktəbə qəbul uğrunda savaş: itirilən uşaqlıq, plansız gələcək
Digərləri 21 Apr 2025 20:15:00 60 0
Son.az Azərbaycan Müəllimi qəzetinə istinadla Çingiz Səfərlinin yazısını təqdim edir Uzun illərdir ki, repetitorluq məsələsinin gündəmdən düşməməsi, məktəblilərin sanki bir yarışa təşviq edilməsi aktual olaraq qalır.
Bu xəbəri də oxu: Sabunçu Rayon İcra Hakimiyyətində
İnsan ömrü 60-65, uzağı 70-75 ildir. Onun da ən gözəl çağları, yəqin ki, uşaqlıq, ilk gənclik və gənclik illərinə təsadüf edir. Amma biz nə edirik? Uşaq məktəbdən gələn kimi əlavə hazırlıqlara göndəririk ki, "sən mütləq ən yüksək nəticə ilə ali təhsil müəssisəsinə daxil olmalısan". Ona görə də uşaqların ən gözəl çağlarını əllərindən almış oluruq. Gün boyu o hazırlıqdan bu hazırlığa, ondan o birinə gedir və axşam gec saatlarda gəlib evə çatır. Və növbəti gün də həmin ssenari təkrarlanır. Demirəm, uşaq vaxtını tamamilə boş keçirsin. Amma akademik nailiyyət üçün xərclənən bu qədər vaxtı maraq dairəsinə uyğun digər bacarıqlar əldə etməyə sərf etməsi daha yaxşı olmazmı? Məsələn, elə götürək musiqi sahəsini. Şərt deyil ki, uşaq virtuoz ifaçı olsun. Ən azından onun musiqi ruhu formalaşar, mədəni səviyyəsi yüksələr, yaradıcılıq tərəfi də inkişaf etmiş olar.
Bu gün məktəblilər Azərbaycan bəstəkarlarını, heykəltaraşlarını, rəssamlarını, mədəniyyət xadimlərini tanımırlar.
Yaxud fərqli idman sahələrinə, peşə istiqamətlərinə yönəltməklə yaxşı bir idmançı, gələcəyin bacarıqlı bir ustasını yetişdirmiş olarıq.
Amma biz nə edirik? Deyirik ki, yox, sən bu 3-5 fənni mənimsəyib ali təhsil almalısan.
Yaxşı, görək aldığı ali təhsil müəssisələrinə qəbul üçün əladə etdiyi bilik nə qədər qalıcı və faydalı olur?
İnanın ki, uzağı ali təhsilinin ilk semestrinin sonunda oxuduğu hər şey yadından çıxır. Çünki əldə etdiyi bilik də qalıcı deyil. Xüsusən də humanitar fənlər üzrə.
Ədəbiyyat hansısa şairin doğum və ölüm tarixlərini öyrənmək, əsərlərinin adlarını əzbərləmək deyil. Belə olsaydı, bu məlumatlar ədəbiyyat fənninin tərkibində deyil, tarix dərslərində tədris olunardı. Əgər uşaq ölkəsinin şair və yazıçılarının əsərlərini mütaliə etmirsə, bir şeir belə yaddaşında saxlamırsa, aldığı ədəbiyyat biliyi mənasız informasiya yığınından başqa bir şey olmur.
Bakıda kirayənişin qaldığı evin sahibini çoxsaylı bıçaq xəsarətləri

Birjada qızılın qiyməti aprelin 21-də keçirilən hərraclarda bir Troya un

May-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin I

Son.az xəbər verir ki, Hatay bölgəsində əsgərlik çəkən aktyor 30 gün

Aralarında yaşanan qalmaqalları ilə medianın gündəmindən düşməyən m�

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin yeni sərəncamı ilə İkin

Səbail rayonunda yerləşən marketlərin birindən oğurluq edilib.

Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava �

Lənkəran rayonu, Mamusta kəndində fəaliyyət göstərən çörək istehsal�

Şahmat üzrə Azərbaycanın əməkdar məşqçisi, qadınlar arasında Azərba

Mədəniyyət nazirinə yeni müşavir təyin edilib.

Son dövrlərdə elektrikli avtomobil bazarında yaşanan durğunluq və tələb

Tanınmış meyxanaçı Rəşad Dağlının ad günü efirdə qeyd olunub.
