POSterminalların quraşdırılması bu obyektlər üçün məcburidir


Digərləri 19 Apr 2025 22:46:00 76 0

POSterminalların quraşdırılması bu obyektlər üçün məcburidir

Son günlər sosial şəbəkə platformalarında şadlıq evlərində POS-terminalların quraşdırılmaması və ödəniş zamanı qəbz təqdim edilməməsi ilə bağlı narazı fikirlər səsləndirilir. İstifadəçilər eyni halın gözəllik salonları, mehmanxanalar və digər xidmət obyektlərində də müşahidə olunduğunu bildirirlər. Bu isə sual doğurur: hansı obyektlərdə POS-terminal quraşdırılması və müştəriyə qəbz təqdim edilməsi məcburidir?

Oxu.Az məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlayıb.

Xidmətdən bildirilib ki, dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, bir sıra təsərrüfat subyektləri üçün POS-terminalların quraşdırılması məcburi hesab olunur:

"Nazirlər Kabinetinin "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"na əsasən, bu obyektlərə ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə məkanları, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, nəqliyyatda (hava, su, dəmir yolu və avtomobil) biletlərin satış məntəqələri, turizm şirkətləri daxildir".

Qurumdan, həmçinin bildirilib ki, rüb üzrə ortaaylıq dövriyyəsi 2 000 manatdan artıq olan vergi ödəyicilərinin təsərrüfat subyektləri, hüquqi və fiziki şəxslərə məxsus taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri, eləcə də vergilərin və digər dövlət rüsumlarının ödənişini qəbul edən dövlət orqanları da siyahıya daxil edilib.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, POS-terminalların quraşdırılmaması və ya quraşdırılmış terminallarda nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:

"Təqvim ili ərzində ilk pozuntu halında - 1 000 manat, ikinci dəfə - 3 000 manat, üç və daha çox pozuntu halında isə - 6 000 manat cərimə nəzərdə tutulub".

"Dövlət Vergi Xidməti sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə çağırır", - deyə məlumatda qeyd olunub. Son.az

"Anamın arzusunu gerçəkləşdirdim"   FOTO like
  • 19 Apr 22:32  
Şou-biznes "Anamın arzusunu gerçəkləşdirdim" FOTO

"Verilşə üç dərman içib çıxmışam. Atamı da çox sevirəm, ürəy

arrow Ətraflı
Beynəlxalq "Talantlar Aləmi" festivalı Bakıda yaradıcılıq işıqlarını yandırdı like
  • 19 Apr 22:31  
Kriminal Beynəlxalq "Talantlar Aləmi" festivalı Bakıda yaradıcılıq işıqlarını yandırdı

Bakı bir daha istedad və ilham paytaxtına çevrildi. Rəşid Behbudov adına

arrow Ətraflı
62 şagird sabahkı imtahanda iştirak edə bilməyəcək like
  • 19 Apr 22:21  
Digərləri 62 şagird sabahkı imtahanda iştirak edə bilməyəcək

Qubanın Xınalıq, Söhüb və Xaltan istiqamətində yerləşən 12 ümumtəhs

arrow Ətraflı
"Aramızda sevgi olmayıb" like
  • 19 Apr 22:00  
Şou-biznes "Aramızda sevgi olmayıb"

"Sevərək ailə qurmamışam".

arrow Ətraflı
İnsan ölümləri daha çox bu fəsildə baş verir like
  • 19 Apr 21:37  
Digərləri İnsan ölümləri daha çox bu fəsildə baş verir

Yaz fəslində havaların isinməsi və atmosfer təzyiqinin dəyişməsi bəzi

arrow Ətraflı
Tanınmış müğənni səhnədə mahnı oxuduğu yerdə qusdu  VİDEO like
  • 19 Apr 21:26  
Şou-biznes Tanınmış müğənni səhnədə mahnı oxuduğu yerdə qusdu VİDEO

Böyük Britaniyada tanınmış müğənni 24 yaşlı Lola Yunq konsert zamanı

arrow Ətraflı
"Allahdan möhlət istəyirəm"  FOTO like
  • 19 Apr 21:00  
Şou-biznes "Allahdan möhlət istəyirəm" FOTO

"Düz 16 il öncə bu gün. İkinci övladımın dünyaya gəldiyi gün&quo

arrow Ətraflı
Bu marşrut xəttinin hərəkət sxemi dəyişir like
  • 19 Apr 20:44  
Digərləri Bu marşrut xəttinin hərəkət sxemi dəyişir

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində - Bak

arrow Ətraflı
Yaxşılıqdan xəbəri olmayan bürclər  Öz maraqları hər şeydən üstündür like
  • 19 Apr 20:36  
Digərləri Yaxşılıqdan xəbəri olmayan bürclər Öz maraqları hər şeydən üstündür

Xəyanətkarlar çox vaxt vədlərinə əməl etmirlər. Qeybətə meylli olan b

arrow Ətraflı
3 dost Bakının məşhur restoranında yeyibiçib qaçdılar like
  • 19 Apr 20:23  
Kriminal 3 dost Bakının məşhur restoranında yeyibiçib qaçdılar

Bakıda məşhur restoranda yeyib-içdikdən sonra hesabı ödəmədən qaçan e

arrow Ətraflı
“50 yaşında “uşaq bezi” oynadım?"  FOTO like
  • 19 Apr 20:12  
Şou-biznes “50 yaşında “uşaq bezi” oynadım?" FOTO

Müğənni Xatirə İslam açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Tiktokerlər Nuh və "Xan"dan xəbər var like
  • 19 Apr 19:38  
Digərləri Tiktokerlər Nuh və "Xan"dan xəbər var

Polis tərəfindən keçirilən "TikTok" əməliyyatlarında saxlanıl

arrow Ətraflı
Ülviyyənin123 minlik avtomobilinə "göz dəydi" like
  • 19 Apr 19:35  
Şou-biznes Ülviyyənin123 minlik avtomobilinə "göz dəydi"

Müğənni Ülviyyə Namazova bahalı avtomobili ilə gündəmə gəlib.

arrow Ətraflı
"Tanınmış, evli rejissordan əxlaqsız təklif aldım"  FOTOlar like
  • 19 Apr 19:00  
Şou-biznes "Tanınmış, evli rejissordan əxlaqsız təklif aldım" FOTOlar

Tanınmış aktrisa Yağmur Bircan Çətin sektora yeni başladığı vaxt tanı

arrow Ətraflı