Ev almaq istəyənlərin nəzərinə!


Digərləri 18 Apr 2025 12:36:00 72 0

Ev almaq istəyənlərin nəzərinə!

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı son dövrlərdə xüsusilə nəzərə çarpır. 2025-ci ilin birinci rübündə mənzillərin qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Bu artım həm yeni, həm də təkrar bazar mənzillərində müşahidə olunub və iqtisadi şərtlərin dəyişməsi ilə əlaqədar müxtəlif faktorlar üzərində dayanılır. Ekspertlər qiymət artımının əsas səbəbləri arasında manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, daşınmaz əmlakın investisiya olaraq daha cəlbedici hala gəlməsi və bazardakı tələbin artması kimi faktorları qeyd edirlər. Eyni zamanda, qəzalı binaların sökülməsi və ipoteka kreditlərinin artması da bu bahalaşmada mühüm rol oynayıb. Bu vəziyyət bazarda yeni dinamikanın yaranmasına və ev alqı-satqısında dəyişikliklərə səbəb olub.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə mənzillərin qiyməti 2024-cü ilin eyni dövrünə nisbətən ortalama 14,4 faiz qalxıb. Artım ilk dəfə satışa çıxan mənzillərin qiymətində 12,9 faiz, təkrar bazarda isə 14,4 faiz təşkil edib. Qiymət artımı sözügedən dövr üzrə inflyasiya göstəricisindən 2,6 dəfə çox olub.

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə bu artımın iqtisadi əsasları var:

"Həm manatın alıcılıq qabiliyyəti, həm də daşınmaz əmlakın investisiya cazibədarlığının yüksəlməsi və hazırda Azərbaycanda kapital yığımının əsas istiqamətlərindən biri kimi müəyyən olunması evlərin qiymətlərinin artmasına səbəb olur". Vüqar Oruc deyir ki, mənzillərin bahalaşmasının digər səbəbi qəzalı binaların sökülməsinə başlanılmasıdır. Prosesin mənzil bazarında tələbatın artacağı ilə bağlı gözləntilər yaratması qiymətlərin yüksəlməsinə səbəb olur".

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə bahalaşmanı ipoteka kreditlərinin verilməsi ilə əlaqələndirir. Mərkəzi Bankın maliyyə sabitliyi hesabatında bildirilib ki, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunsa da, sonrakı illərdə artım davam edib. Bütövlükdə rəsmi statistikaya görə, 2020-ci ilin sonu ilə müqayisədə 2024-cü ilin eyni dövründə mənzillərin qiymətləri orta hesabla 32,4 faiz artıb.

Asya Son.az 

Sabah Bakıda 20 dərəcə isti olacaq like
  • 18 Apr 12:26  
Digərləri Sabah Bakıda 20 dərəcə isti olacaq

Aprelin 19-da gözlənilən hava şəraitiaçıqlanıb.

arrow Ətraflı
"Üzeyiri nümunə göstərmək FACİƏDİR" like
  • 18 Apr 12:24  
Şou-biznes "Üzeyiri nümunə göstərmək FACİƏDİR"

Müğənni Vüsal Hacıyev qalmaqallı açıqlama verib. 

arrow Ətraflı
Bu şadlıq evinin fəaliyyəti dayandırıldı like
  • 18 Apr 12:12  
Digərləri Bu şadlıq evinin fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti dah

arrow Ətraflı
Azərbaycanda əxlaqsızlıq edən 85 yaşlı molla həbs olundu like
  • 18 Apr 12:04  
Digərləri Azərbaycanda əxlaqsızlıq edən 85 yaşlı molla həbs olundu

Naxçıvan Muxtar Respublikasının kəndlərindən birinin mollası olan 1940-c

arrow Ətraflı
Paşinyan absurd iddialardan imtina edə bilərmi? like
  • 18 Apr 12:00  
Siyasət Paşinyan absurd iddialardan imtina edə bilərmi?

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasından Müstə

arrow Ətraflı
Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu"  DİQQƏT like
  • 18 Apr 11:55  
Kriminal Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" DİQQƏT

Azərbaycanda bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə al�

arrow Ətraflı
Şəhid Mübariz Hüseynov dəfn olundu like
  • 18 Apr 11:50  
Digərləri Şəhid Mübariz Hüseynov dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra

arrow Ətraflı
Bu işarə varsa deməli "WhatsApp" mesajlarınızı başqası oxuyur like
  • 18 Apr 11:45  
Digərləri Bu işarə varsa deməli "WhatsApp" mesajlarınızı başqası oxuyur

Son günlərdə WhatsApp tətbiqində "üçüncü mavi işarə" funksi

arrow Ətraflı
Hikmət Mirzəyevə ağır itki üz verdi like
  • 18 Apr 11:34  
Digərləri Hikmət Mirzəyevə ağır itki üz verdi

Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı general-p

arrow Ətraflı
"Hababam sınıfı" 50 il sonra eyni sırada  FOTO like
  • 18 Apr 11:24  
Şou-biznes "Hababam sınıfı" 50 il sonra eyni sırada FOTO

Türk kino tarixinin əfsanəsi sayılan "Hababam Sınıfı" filminin

arrow Ətraflı
Nuridə Allahyarova vəzifəsindən getdi  "Qorxulu olan ədalətsizlikdir..." like
  • 18 Apr 11:20  
Digərləri Nuridə Allahyarova vəzifəsindən getdi "Qorxulu olan ədalətsizlikdir..."

"Yeni Klinika"nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova

arrow Ətraflı
Azərbaycanlı müğənninin 29 yaşlı bacısı vəfat edib  FOTO like
  • 18 Apr 11:18  
Şou-biznes Azərbaycanlı müğənninin 29 yaşlı bacısı vəfat edib FOTO

Müğənni Aygül Səfərova şəxsi həyatından danışıb.

arrow Ətraflı
“Başçı idi, hər kəsi göndərə bilərdi, amma...” like
  • 18 Apr 11:14  
Digərləri “Başçı idi, hər kəsi göndərə bilərdi, amma...”

"Hadisə baş verəndə gedib gördük ki, Pərviz müəllim də oradadır.

arrow Ətraflı
Maşının üstünə ağac aşdı, dəyən ziyanı kim ödəməlidir? like
  • 18 Apr 10:36  
Digərləri Maşının üstünə ağac aşdı, dəyən ziyanı kim ödəməlidir?

Təbii fəlakət zamanı maşına dəyən ziyanı kim ödəyir?

arrow Ətraflı