Milli Etalon Vaxtının yaradılması istiqamətində Azərbaycan Metrologiya İnstitutu tərəfindən mühüm addımlar atılıb FOTO
Digərləri 18 Apr 2025 10:26:00 103 0
Azərbaycan Metrologiya İnstitutunun yeni Vaxt və tezlik ölçmələri laboratoriyasında Milli Etalon Vaxtının yaradılması məqsədilə sezium atom saatları quraşdırılıb.
Bu xəbəri də oxu: Bu şəxslər hərbi xidmətə çağırılmayacaq
Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda ölkəmizdə vaxtın düzgün və koordinasiyalı şəkildə paylaşılması (vaxt sinxronizasiyası) müxtəlif xarici mənbələrdən və üsullardan istifadə edilərək həyata keçirilir. Bu isə xarici sistemlərdən asılılığı artırmaqla yanaşı, vaxtın daha dəqiq sinxronizasiyasını çətinləşdirir. Nəticə etibarilə, maliyyə, logistika, kommunikasiya və digər sahələrdə bir sıra maneələrin yaranması ehtimalı artır.
Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən bu məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22.07.2022 tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planının 1.1.21-ci "Ölkədə məhsul və xidmət istehsalının müasir keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi" bəndinin icrası çərçivəsində AzMİ-nin yeni yaradılan Vaxt və tezlik ölçmələri laboratoriyasında artıq sezium atom saatları və GNSS (Global Navigation Satellite System - Qlobal Naviqasiya Peyk Sistemi) qəbulediciləri quraşdırılıb. Sözügedən avadanlıqların quraşdırılması Milli Etalon Vaxtının yaradılması ilə bağlı prosesdə mühüm əhəmiyyət kəsb edir. Bu çərçivədə GNSS peyklərindəki atom saatları ilə AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyasındakı atom saatları arasındakı zaman fərqi hər gün mütəmadi ölçüləcək, əldə edilən məlumatlar Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroya (Bureau International des Poids et Mesures - BIPM) göndəriləcəkdir. Bu metodla dünya standartı olan UTC-nin (Coordinated Universal Time - Koordinasiyalı Universal Vaxt) Azərbaycanın milli etalon vaxtı (UTC-AZ) ilə müqayisə edilməsi sayəsində zaman fərqinin izlənməsi mümkün olacaq.
Beynəlxalq izlənəbilən zaman yaradıldıqdan sonra laboratoriyada quraşdırılan NTP (Network Time Protocol - Şəbəkə Vaxtı Protokolu) sistemi vasitəsilə ölkənin milli etalon vaxtı ilə internet üzərindən sinxronizasiya mümkün olacaq. Beləliklə, respublikada vahid zamanın istifadəsi təmin ediləcək. Bu da öz növbəsində ölkə daxilində müxtəlif sahələrin daha səmərəli və etibarlı fəaliyyət göstərməsinə imkan yaradacaq. Məlumat üçün bildirək ki, Milli Etalon Vaxtının yaradılması prosesinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu addımlar Azərbaycanı həm daxili, həm də beynəlxalq səviyyədə daha etibarlı və koordinasiya olunmuş vaxt sisteminə sahib ölkəyə çevirəcək.
Məşhur "Altıncı Hiss" (The Sixth Sense) filminin ulduzu, amerikal�

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri �

Tanınmış bloger Səbuhi Xanlarov avtomobili ilə qəzaya düşüb.

Bakının Xəzər, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qa

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

ABŞ-nin keçmiş Prezidenti Co Bayden tədbirlərdə çıxış qiymətini aç�

Yer kürəsinin səthinin dörddə üçünü əhatə edən okeanlar zamanla rən

Xalq şairi Vahid Əziz Sevgililər Günü ilə bağlı maraqlı açıqlamalar v

Birbaşa qulaq kanalına yerləşdirilən kanaldaxili qulaqcıqlar, qulaq pərd�

Meqa-star Tarkanın anası Neşe Tevetoğlunun vida mərasimi keçirilib.

Çində fəaliyyət göstərən bir şirkətin qərarı ölkə mediasında geni�

Astroloqların fikrincə, bəzi bürc kişiləri xüsusilə qaynanaların seviml

Rusiyada ana körpəsini divara çırpıb.

Qırmızı kələm zəngin antioksidant tərkibi və vitamin-mineral baxımında
