Göygöldən müharibəyə çağırıldı, 156 düşmən əsgərini əsir götürdü, Qazaxıstana sürgün edildi


Digərləri 18 Apr 2025 00:05:00 79 0

Göygöldən müharibəyə çağırıldı, 156 düşmən əsgərini əsir götürdü, Qazaxıstana sürgün edildi

Uzun illər Azərbaycanda yaşamış bu hərbçinin hesabında 156 düşmən əsiri var. Onun başı üçün almanlar 25 min, canlı ələ keçirilməsi ümün isə 50 min reysmarka təklif edirdi. Xidmət dövrü ərzində 2 dəfə ağır olmaqla, 5 dəfə yaralanmışdı. Buna baxmayaraq, 1945-ci ilkdə o, Berlin şəhəri uğrunda döyüşlərə də qatıldı və  yalnız 1949-cu ildə təqaüdə çıxdı.

Son.az Azərbaycanın Göygöl şəhərində yaşamış yunan əsilli sovet hərbçisi Vasili Fisatidi və onun şücayət yoluna işıq salır.

Jurnalistlər öz nəşrlərində onu fərqli formalarda adlandırıblar. Ancaq qəhrəmanın xarakterini və əməllərini əks etdirən ən uğurlu ləqəb "Kəşfiyyat Şahini"dir. 1940-cı ildə Azərbaycanın Xanlar şəhərindən (indki Göygöl) Qırmızı Ordu sıralarına rəssamlıq məktəbinin məzunu, Anapa şəhərində doğulmuş19 yaşlı yunan əsilli Vasili Fisatidi çağırılır. Tutqun baxışı və fotoqrafik yaddaşı olan gənc hərbi kəşfiyyat məktəbini bitirir. O hətta SSRİ-Almaniya müharibəsi zamanı cəbhədə xidmət edərkən peşə qabiliyyəti üçün imtahan verməli idi. 118-ci atıcı diviziyanın 69-cu artilleriya alayının topoqrafiya xidmətinin əməkdaşı kimi xidmət aparan Fisatidi ilk dəfə 1942-ci ilin avqust ayında özü haqda söz etdirdi. O vaxta qədər bir neçə dəfə düşmən döyüş birləşmələrinin yerləşdiyi yerə gedən hərbçi, 6 düşmən hədəfini təyin etdi və hücum zamanı üç yaralı həmkarını döyüş meydanından çıxara bildi. Buna görə "Döyüş Xidmətlərinə Görə"medalına layiq görüldü. Sonra o 140-cı piyada diviziyasının 69-cu kəşfiyyat bölüyündə tağım komandiri kimi fəaliyyət göstərdi və bir neçə yüksək mükafata: Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz, həmçinin Aleksandr Nevski Ordeni ilə təltif olundu. Döyüş tapşırıqlarını yerinə yetirən leytenant Fisatidi qətiyyətlə hərəkət edir və şəxsi nümunəsi ilə döyüşçülərini ruhlandırırdı. Vasili Fisatidinin günün istənilən vaxtında və istənilən vəziyyətdə alman əsiri tuta biləcəyinə inanılırdı. 1943-cü ilin avqustunda düşmənin arxasına keçən kəşfiyyatçılar, alman qərargahına qumbara atdılar, 9 əsgəri məhv etdilər, əsir götürdülər və sənədləri ələ keçirdilər. Həmin ilin sentyabr ayında bir qrup kəşfiyyatçı ilə Vasili Fisatidi düşmən müdafiəsinin ön cəbhəsində 43 alman əsgərini və zabitini əsir götürdü və hamısını bölmənin qərargahına apardı. 1944-cü ilin avqustunda leytenant Fisatidinin tağımı Volkovo kəndi uğrunda döyüşlərdə iştirak etdi. Kəşfiyyatçılar özlərini yaxşı göstərdilər, 40 düşməni məhv etdilər və 35 düşmən əsgərini əsir götürdülər. Ümumilikdə, müharibə illərində Vasili Fisatidi qərargahına 156 alman əsiri gətirdi. Kəşfiyyatçı müharibəni kapitan rütbəsi ilə bitirdi. 1949-cu ilə qədər Almaniyada Sovet işğalçı qüvvələri qrupunda xidmət etdi və sonra ailəsinin yerləşdiyi Azərbaycanın Zaqatala şəhərinə qayıtdı. Tezliklə yunan milliyətindən olan şəxslərin Qazaxıstana sürgünü ilə bağlı Fisatidi də deportasiyaya uğradı. Qazaxıstanda yaşayan, Sovet İttifaqı Qəhrəmanı adını almayan müharibə qəhrəmanı 1984-cü ilin noyabrına qədər yaşadı. /lent.az Son.az

Başlıbel faciəsinin ildönümüdür like
  • 18 Apr 00:02  
Digərləri Başlıbel faciəsinin ildönümüdür

Bu gün Başlıbel faciəsinin ildönümüdür.

arrow Ətraflı
Günün qoroskopu: Özünə qayğı göstər like
  • 18 Apr 00:01  
Digərləri Günün qoroskopu: Özünə qayğı göstər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Çavuşoğluya ağır itki like
  • 17 Apr 23:56  
Digərləri Çavuşoğluya ağır itki

Türkiyənin sabiq xarici işlər naziri, AKP-nin Antalyadan olan millət vəkil

arrow Ətraflı
“Bu həftə Rusiyadan cavab alacağıq”  Tramp like
  • 17 Apr 23:48  
Dünya “Bu həftə Rusiyadan cavab alacağıq” Tramp

"ABŞ bu həftə Ukrayna ilə atəşkəslə bağlı Rusiyanın cavabını a

arrow Ətraflı
"Onlar həssasdırlar, çox şeyi ürəklərinə salırlar və mənə demirlər" like
  • 17 Apr 23:36  
Şou-biznes "Onlar həssasdırlar, çox şeyi ürəklərinə salırlar və mənə demirlər"

Müğənni Sevda Sanaliyeva bir ildir efirlərdə görünməməsinin səbəbini

arrow Ətraflı
Orqanizm üçün ən faydal 7 balıq növü like
  • 17 Apr 23:23  
Digərləri Orqanizm üçün ən faydal 7 balıq növü

Balıq insanın sağlam qidalanmasının vacib hissəsidir. Mütəxəssislər h�

arrow Ətraflı
ABŞdə universitetdə atışma  xeyli yaralı var like
  • 17 Apr 23:11  
Dünya ABŞdə universitetdə atışma xeyli yaralı var

Florida Dövlət Universitetində (FSU), Tallahassee şəhərində baş verən a

arrow Ətraflı
Yaşı 18dən az olanlar cinsiyyətini dəyişdirə bilməyəcək like
  • 17 Apr 23:10  
Dünya Yaşı 18dən az olanlar cinsiyyətini dəyişdirə bilməyəcək

Bu ölkədə cinsiyyət dəyişdirmək yaşı 18-ə qaldırılıb.

arrow Ətraflı
Köhnə avtomobil mühərrikinə hansı yağ tökülməlidir? –  Vacib məqamlar like
  • 17 Apr 22:56  
Digərləri Köhnə avtomobil mühərrikinə hansı yağ tökülməlidir? – Vacib məqamlar

Avtomobil sahiblərinin tez-tez qarşılaşdığı suallardan biri də köhnə m

arrow Ətraflı
Xoşqədəm anasının vəfatından sonra ilk dəfə efirə çıxdı like
  • 17 Apr 22:43  
Şou-biznes Xoşqədəm anasının vəfatından sonra ilk dəfə efirə çıxdı

Aparıcı Xoşqədəm Hidayətqızı anası Ofeliya Baxşəliyevanın vəfatınd

arrow Ətraflı
Gözləri görməyən şəxs Bakıda dəhşətli cinayət törətdi like
  • 17 Apr 22:31  
Kriminal Gözləri görməyən şəxs Bakıda dəhşətli cinayət törətdi

Bakıda uzaq qohumunu qətlə yetirməkdə təqsirləndirilən görmə məhdudiy

arrow Ətraflı
Uitkoff Putinin tərəfinə keçib  Zelenski like
  • 17 Apr 22:21  
Dünya Uitkoff Putinin tərəfinə keçib Zelenski

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna ətrafında gedən müharib

arrow Ətraflı
ABŞ Çinlə ticarət müqaviləsi bağlayacaq  Tramp like
  • 17 Apr 21:56  
Dünya ABŞ Çinlə ticarət müqaviləsi bağlayacaq Tramp

ABŞ prezidenti Donald Tramp onun administrasiyasının Çinlə ticarət razıla

arrow Ətraflı
Rejissor Ruslan Şahmalıyev vəfat etdi like
  • 17 Apr 21:43  
Şou-biznes Rejissor Ruslan Şahmalıyev vəfat etdi

Azərbaycanəsilli rejissor və ssenarist Ruslan Şahmalıyev bu gün 88 yaşın

arrow Ətraflı
Fərda efirə zəng vurub onu təhqir edən şəxsə əsəbiləşdi like
  • 17 Apr 21:25  
Şou-biznes Fərda efirə zəng vurub onu təhqir edən şəxsə əsəbiləşdi

"Tarixin bir günü" verilişində gərgin anlar yaşanıb.

arrow Ətraflı