Enerji və nəqliyyat sahələrindəki nəhəng infrastruktur layihələri yalnız Azərbaycan və Gürcüstanın deyil, bütöv Avrasiya məkanının rifahına xidmət edir Sevil Mikayılova


Siyasət 17 Apr 2025 17:31:00 88 0

Enerji və nəqliyyat sahələrindəki nəhəng infrastruktur layihələri yalnız Azərbaycan və Gürcüstanın deyil, bütöv Avrasiya məkanının rifahına xidmət edir  Sevil Mikayılova

Azərbaycan və Gürcüstan arasındakı tarixi və mədəni əlaqələr əsrlər boyu xalqlarımızı bir-birinə bağlamış, iki ölkəni strateji tərəfdaşlığa doğru aparıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət və mehriban qonşuluq prinsipləri iki ölkə arasında əlaqələrin müxtəlif sferalarda sürətli inkişafına əsas yön verən amildir. Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatlar da ikitərəfli münasibətlərin inkişaf səviyyəsini bir daha göstərir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, müasir dövrdə bu münasibətlər regionun iqtisadi, nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən, beynəlxalq əməkdaşlıq üçün nümunə göstərilən dinamik inkişaf mərhələsindədir:

"Xalqlarımız qonşuluq və ortaq tarix sayəsində sülh, mehribanlıq və qardaşlıq ənənələrini qoruyub saxlayır. Bu ənənələr müasir zamanda da siyasət və cəmiyyətlərarası münasibətlərə mühüm təsir göstərir, hökumətlər səviyyəsində yüksək etimada əsaslanan dialoqun formalaşmasına təkan verir".

Deputat bildirib ki, Prezident İlham Əliyevin və Prezident Mixeil Kavelaşvilinin qarşılıqlı rəsmi və işgüzar səfərləri siyasi dialoqu gücləndirir:

"Xarici işlər nazirlərinin və hökumətlərarası komissiyaların fəaliyyəti ikitərəfli gündəmin müxtəlif sahələr üzrə davamlı müzakirəsinə şərait yaradır. Hər iki ölkə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əmin‑amanlığın təmin edilməsində fəal iştirak edir".

İki ölkənin enerji sahəsindəki əməkdaşlığına toxunan deputat Sevil Mikayılova bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi (Şahdəniz-TANAP-TAP) Avropanın enerji təhlükəsizliyinə strateji töhfədir:

"Azərbaycandan Gürcüstan vasitəsilə 12 ölkəyə ixrac olunan təbii qaz regionun enerji xəritəsini zənginləşdirir. Bu layihələr bütün Avrasiya regionu üçün enerji tədarükü mənbələrinin diversifikasiyasına xidmət edir.

Bakı-Tbilisi-Qars dəmiryolu Şərq-Qərb arasında ən effektiv və qısa marşrutlardan biridir. Yeni inşa edilmiş dəmir yolu şəbəkəsi və liman infrastrukturu "Orta Dəhliz" layihəsinin ayrılmaz hissəsinə çevrilərək yük axınını artırır və logistika xərclərini azaldır. İldən‑ilə tranzit həcmlərinin genişləndirilməsi üçün birgə layihələr icra olunur".

S.Mikayılova sonda əlavə edib ki, ikitərəfli münasibətlərimizin dinamik inkişafı siyasi etimad, iqtisadi tərəfdaşlıq və ortaq region strategiyası üzərində qurulub.

"Enerji və nəqliyyat sahələrində reallaşan nəhəng infrastruktur layihələri yalnız Azərbaycanın və Gürcüstanın deyil, bütöv Avrasiya məkanının rifahına xidmət edir. Gələcəkdə də bu yüksələn xətt davam edəcək, əməkdaşlığımız yeni səviyyələrə qalxacaqdır" - deputat qeyd edib.

Maksimum bal toplayan Bakı məktəbliləri like
  • 17 Apr 17:24  
Digərləri Maksimum bal toplayan Bakı məktəbliləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhs

arrow Ətraflı
Şabranda çayda batan 2 nəfərin like
  • 17 Apr 17:17  
Digərləri Şabranda çayda batan 2 nəfərin

Xəbər verdiyimiz kim, ötən gün Şabrançayın Şabran rayonu, Xəlifələr

arrow Ətraflı
“Müharibəni unudun!”  Paşinyandan ÇAĞIRIŞ like
  • 17 Apr 17:10  
Siyasət “Müharibəni unudun!” Paşinyandan ÇAĞIRIŞ

"Ermənistanla Azərbaycan arasındakı müharibəni unudun".

arrow Ətraflı
Günlərdir axtarılan 7 yaşlı uşağın meyiti görün haradan tapıldı  FOTO like
  • 17 Apr 16:54  
Digərləri Günlərdir axtarılan 7 yaşlı uşağın meyiti görün haradan tapıldı FOTO

Adananın Karataş rayonunda günlərdir axtarışda olan 7 yaşlı Cumali Timin

arrow Ətraflı
Bölgələrdə yaşayanların DİQQƏTİNƏ like
  • 17 Apr 16:17  
Digərləri Bölgələrdə yaşayanların DİQQƏTİNƏ

Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar nəti

arrow Ətraflı
"2 milyard 420 milyon dollar satmışıq" like
  • 17 Apr 16:02  
Digərləri "2 milyard 420 milyon dollar satmışıq"

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2025-ci ilin

arrow Ətraflı
Çin satmasa dünya "iflic" olar: Bir cümləsi ilə hər şeyi məhv etdi like
  • 17 Apr 16:00  
Digərləri Çin satmasa dünya "iflic" olar: Bir cümləsi ilə hər şeyi məhv etdi

Çin ABŞ-nin tətbiq etdiyi vergi sanksiyalarına cavab olaraq nadir torpaq el

arrow Ətraflı
Güzəştli ipotekanın verilməsində nöqsanlar aşkarlandı  Əksәriyyәti Bakıda cәmlәnib like
  • 17 Apr 15:56  
Digərləri Güzəştli ipotekanın verilməsində nöqsanlar aşkarlandı Əksәriyyәti Bakıda cәmlәnib

Hesablama Palatası (HP) İpoteka vә Kredit Zәmanәt Fondunda güzəştli ipot

arrow Ətraflı
Ziraat Bank Azərbaycan ABA tərəfindən yenidən 5 nominasiya üzrə mükafatlandırılıb like
  • 17 Apr 15:55  
Digərləri Ziraat Bank Azərbaycan ABA tərəfindən yenidən 5 nominasiya üzrə mükafatlandırılıb

11 Aprel 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəa

arrow Ətraflı
Cahangir Atakişiyevə yüksək vəzifə verildi like
  • 17 Apr 15:43  
Digərləri Cahangir Atakişiyevə yüksək vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnforma

arrow Ətraflı
Orduxan da Baş Prokurorluğa çağırıldı like
  • 17 Apr 15:34  
Digərləri Orduxan da Baş Prokurorluğa çağırıldı

Orduxan Bəbirov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

arrow Ətraflı
Tanya Fayon Şəhidlər xiyabanını və Mehdi Hüseynzadənin abidəsini ziyarət edib like
  • 17 Apr 15:28  
Siyasət Tanya Fayon Şəhidlər xiyabanını və Mehdi Hüseynzadənin abidəsini ziyarət edib

Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavin

arrow Ətraflı
Arkadi Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib like
  • 17 Apr 15:22  
Siyasət Arkadi Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində t�

arrow Ətraflı
Onlara heç minimum pensiya da verilməyəcək, əvəzində isə… like
  • 17 Apr 15:10  
Digərləri Onlara heç minimum pensiya da verilməyəcək, əvəzində isə…

Azərbaycanda 2006-cı ildən sonra pensiya almaq üçün iki əsas şərt lazı

arrow Ətraflı