Azərbaycana dəhşət yaşadan iki qardaş necə güllələndi?
Digərləri 16 Apr 2025 22:25:00 74 0
Simon Sebaq Montefiore "Stalin. Qırmızı monarxın məhkəməsi" kitabında belə bir hissə var: "Boqdan Kobulov həmişə məhbuslara işgəncə verilməsində fəal iştirak edib. O, qurbanlarının cəsədləri üzərində tullanmağı və dəyənəyi vəhşicəsinə yelləməyi çox sevirdi".
Bu xəbəri də oxu: Türk hərbi gəmisindən tarixi UĞUR: az sayda ölkə buna nail olub
Son.az axar.az-a istinadən bildirir ki, Lavrenti Beriyanın oğlu Serqonun təsvirinə görə, gözəlliyi ilə seçilməyən Boqdan Kobulovun "böyük tüklü qolları və qısa, əyri ayaqları" olub. Və ondan əsasən "işgəncə və öldürmə maşını" kimi istifadə olunurdu.
İşgəncə verməkdən zövq alan Boqdan kim idi?
Erməni Boqdan Zaxaroviç Kobulov 1904-cü ildə Tiflisdə anadan olub. Yerli gimnaziyanı bitirdikdən sonra Qızıl Orduya, iki ildən sonra isə Gürcüstan Çekasına daxil olub. Həmin vaxt onun cəmi 18 yaşı var idi. Gənc yaşına baxmayaraq, Kobulov karyera nərdivanını olduqca sürətlə qalxmağa başladı.
Erməni cəllad Kobulov bütün müsəlman xalqlara qarşı xüsusi qəddarlığı və amansızlığı ilə seçilirdi. Arxivdə cəllad Kobulovun şəxsi işi "sirr" başlığı altında saxlanılırdı; onun adı və soyadı Stalinin özünün əmri ilə dəyişdirildi. Kobulovun özünün əmri ilə yüzlərlə çeçen və inquş öldürüldü. Onun rəhbərlik etdiyi cəza dəstələrinin şəxsi heyəti əsasən ermənilərdən ibarət idi.
Rus zabitlər bunun səbəbini ermənilərin Qafqazın bütün yerli xalqlarına və türk xalqlarına patoloji nifrətlə yanaşmaları, onları xüsusi qəddarlıqla məhv etmələri ilə izah edirlər. Buna görə də Stalinin əmri ilə NKVD-də axıska türklərini, Krım tatarlarını, Orta Asiya xalqlarını və vaynaxları məhv etmək üçün ermənilərdən ibarət dəstələr yaradıldı.
1944-cü il iyulun 15-də Krım tatarlarının, yunanların və ukraynalıların Krımdan çıxarılması əməliyyatına görə "Qırmızı Bayraq" ordeni ilə təltif edilib.
İşgəncələrdən zövq aldığı üçün "Samovar" ayaması alan Boqdan Azərbaycanda Stalin rejiminin qurbanı olan azərbaycanlıların ölümündə birbaşa günahkardır. Repressiya illərində yüzlərlə azərbaycanlı ziyalı məhz onun ağır işgəncələrinə dözməyib, orda da ölüb.
Beriyanın müavini olan Boqdan Kabulovun doğma qardaşı Amayak Kabulov Almaniyada səfirlikdə ikinci katib işləyib və Sovetlərə geri qaytarılan legionerlərin qatili kimi tanınıb.
1906-cı ildə Tifilisdə anadan olan Amayak 1939-cu ilin sentyabrında qardaşının imkanlarından istifadə edərək, Sovet kəşfiyyatının rezidenti kimi Berlinə göndərilib və rəsmi olaraq SSRİ-nin Almaniyadakı səlahiyyətli nümayəndəliyinin 1-ci müşaviri olub. Onun qeyri-peşəkarlığı və bacarıqsız hərəkətləri Almaniyadakı sovet kəşfiyyat şəbəkəsinə böyük ziyan vurub.
Türkiyəli məşhur müğənni İsmail YK "Komedixana" aktyorlarını

Tərtərdə qız qaçırma hadisəsinə görə 2 nəfərə ağır cəza verilib.

15 aprel 2025-ci il tarixində Tehran şəhərində Azərbaycan Respublikasını

Milli Məclisin deputatı Razi Nurullayev pensiyaçılara, tələbələrə və h

İran Prezidenti Məsud Pezeşkian özünün strateji və parlament işləri üz

Əməkdar artist Gülüstan Əliyeva və aparıcı Elgiz Əkbərin rəqsi günd�

Siyəzən rayonu ərazisində Ataçaya gələn güclü sel diametri 159 millimet

Bakının Səbail rayonunda məktəbin həyətində ata iki uşağını dərsə

Bədənimizdəki kiçik dəyişikliklər böyük sağlamlıq problemlərinin əl

Xəbər verdiyimiz kimi, bu gün Ağsu rayonunda selin ekskavatoru aparması nə

Hər şeydən dram yaradan bürclər - Özlərini serial qəhrəmanı kimi apara

Müğənni Ayan Babakişiyevanın ad günündən yayılan görüntülər tənqid

Xəbər verdiyimiz kimi, ötən gündən başlayan güclü yağış Şabran rayo
