Leyla Əliyeva “Bir zamanlar dəniz” adlı qrup sərgisi ilə tanış olub


Siyasət 15 Apr 2025 23:37:00 59 0

Leyla Əliyeva “Bir zamanlar dəniz” adlı qrup sərgisi ilə tanış olub

Aprelin 15-də "YARAT" Müasir İncəsənət Mərkəzinin XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Bir zamanlar dəniz" adlı qrup sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və "YARAT" Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova sərgi ilə yaxından tanış olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərgidə Azərbaycan sənətçilərinin rəngkarlıq, qrafika, fotoqrafiya, video və instalyasiya əsərləri təqdim olunub.

Sərginin kuratoru Zəhra Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, sərgi Xəzər dənizi ilə onun ətrafında əsrlər boyu yaşayan insanlar arasında formalaşmış psixoloji, mədəni və arxetipik əlaqələri araşdırır. O, sərginin əsas ideyasının havaylı tədqiqatçı Karin İnqersoll tərəfindən irəli sürülmüş "dəniz epistemologiyası" anlayışına istinad etdiyini vurğulayıb.

"Onun təbirincə, dəniz, sadəcə, bir coğrafi məkan deyil, həm də dünyanı dərk etməyin və formalaşmağın bir yoludur. Bu mənada Xəzər insanın öz kimliyini, tarixini və arzularını oxuya biləcəyi bir məkana çevrilir. Sərgidə dənizə yalnız baxılmır, həm də onunla qarşılaşma baş verir. Multidisiplinar yanaşma vasitəsilə ekspozisiya su ilə münasibətlərimizin canlı arxivinə, ekoloji itki, mədəni unudulma və bağın yenidən qurulması ehtimalı üzərində həm poetik, həm də tənqidi düşüncəyə çevrilir.

Elmi proqnozlara görə, çağdaş əsrin sonuna qədər Xəzər dənizinin sahəsi 25 faizə qədər azala bilər. Tarix boyu Xəzərin su səviyyəsi dövri şəkildə dəyişmiş olsa da, bu gün baş verən proseslər geri dönməz xarakter daşıya və birbaşa antropogen dövrlə əlaqəli ola bilər", - deyə kurator əlavə edib.

Sərginin, həmçinin filosof Həsən Quliyevin "Arxetipik azərilər: mentalitetin simaları" kitabına istinad olunduğunu diqqətə çatdıran Zəhra Məmmədova söyləyib: "Bu əsərdə dənizin əksər hallarda müqəddəs bir varlıqdan daha çox təhlükə və ya resurs kimi qəbul edildiyi qeyd olunur. Sərgi belə bir sual ortaya qoyur: görəsən, bu yanaşma dəyişə bilərmi? Xəzər dənizi itki yeri olmaqla yanaşı, eyni zamanda, qayğı göstərilən, təxəyyülü oyadan və mənəvi bağlar quran bir varlıq kimi yenidən mənalandırıla bilərmi?".

Ekspozisiya dənizlə həm tarixi, həm də müasir perspektivdən tanışlığı təklif edir. Sovet dövrü Azərbaycan sənətçilərinin əsərləri və arxiv materialları Xəzərin əsrlər boyu Azərbaycan şüurunun periferiyasında necə mövcud olduğunu nümayiş etdirir: görünən, lakin uzaq, istismar olunan, lakin nadir hallarda canlı orqanizm kimi qəbul edilən. Müasir sənətçilər isə bunun əksinə olaraq, Xəzəri incə və intim bir məkan kimi təsvir edirlər. Müxtəlif media vasitəsilə insanla dəniz, keçmişlə indi, yaddaşla unudulma arasında dialoq qururlar".

Sərgidə Nadir Eminov, Baba Əliyev, Müseyib Əmirov, Ənvər Əsgərov, Lətif Feyzullayev, Hüseyn Haqverdiyev, Mirnaib Həsənoğlu, Gündüz Hunlar, Zakir Hüseynov, Fərhad Xəlilov, Fikrət İbrahimli, Ülviyyə İman, Nadir Qasımov, Novruz Məmmədov, Oqtay Mirqasımov, Aleksandr Mişon, Elvin Nəbizadə, Elnarə Nəsirli, Maral Rəhmanzadə, Rais Rəsulzadə, Əli Rza, Aliya Bayramova & Timur Zaripov, Mirnadir Zeynalov və CHINGIZ kimi müxtəlif nəsillərə mənsub sənətçilərin əsərləri nümayiş olunur.

Tədbir çərçivəsində kurator və yazıçı Dərya Yücel, müstəqil kurator və "Artcom" platformasının təsisçisi Aigerim Kapar və rəssam CHINGIZ-in iştirakı ilə "Xəzər dənizinin kölgəsi mövzusuna həsr olunmuş panel müzakirə də aparılıb.

Sonda Xalq artisti Oqtay Mirqasımovun 1965-ci ildə ekranlaşdırdığı "Dəniz" adlı sənədli film nümayiş olunub.

Nümayişdən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, ötən əsrin 60-cı illərində sənədli filmlərə yeni nəfəs gətirən nümunələr meydana çıxmışdı. Bu filmlərin özünəməxsus poetik dünyası var. "Dəniz" filmi də məhz bu dövrün məhsuludur.

Ekran əsərinin çoxulduzlu aktyor heyətinə məxsus olduğunu diqqətə çatdıran C.Quliyev deyib: "Ekran əsəri cəmi 17 dəqiqə davam edir və dialoqdan istifadə olunmur. Sadəcə, musiqi və səslərlə müşayiət olunur. Musiqi isə əsasən dənizi təsvir edir və onun ovqatını ötürür".  

Deputatdan Paşinyana böyük hörmətsizlik  danışdığı yerdə... like
  • 15 Apr 23:35  
Digərləri Deputatdan Paşinyana böyük hörmətsizlik danışdığı yerdə...

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan parlame

arrow Ətraflı
Bu linklərə daxil olmayın! like
  • 15 Apr 23:26  
Digərləri Bu linklərə daxil olmayın!

"Hər bir vətəndaş bank kartları ilə ehtiyatlı olmalı, telefona gəl

arrow Ətraflı
“Nömrəmi götürüb, mənə votsapda yazır, mən də ona ürəklər göndərirəm” like
  • 15 Apr 23:09  
Şou-biznes “Nömrəmi götürüb, mənə votsapda yazır, mən də ona ürəklər göndərirəm”

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə yollandığı

arrow Ətraflı
ABŞ Ermənistanda xarici yardım layihələrini dayandırır like
  • 15 Apr 22:51  
Dünya ABŞ Ermənistanda xarici yardım layihələrini dayandırır

ABŞ Dövlət Departamenti Ermənistanda da daxil olmaqla, müxtəlif ölkələr

arrow Ətraflı
Kartof püresinin dadını tamamilə dəyişən gizli inqrediyent like
  • 15 Apr 22:37  
Digərləri Kartof püresinin dadını tamamilə dəyişən gizli inqrediyent

Kartof püresi - klassik yeməkdir. O, sosiska, tərəvəz qovurması, balıq v�

arrow Ətraflı
4 türk ölkəsindən Türkiyəyə gözlənilməz zərbə like
  • 15 Apr 22:25  
Digərləri 4 türk ölkəsindən Türkiyəyə gözlənilməz zərbə

Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa Birliyi (AB

arrow Ətraflı
“Mən yox, valideynlərim məni saxlayır” like
  • 15 Apr 22:12  
Şou-biznes “Mən yox, valideynlərim məni saxlayır”

"Bu gün bəxtim gətirib ki, mən bu əlimdə tutduğum mikrofonla ailə s

arrow Ətraflı
“Övladımın atası ailəlidir, bunu danmıram”  Ülviyyədən etiraf like
  • 15 Apr 22:00  
Şou-biznes “Övladımın atası ailəlidir, bunu danmıram” Ülviyyədən etiraf

Müğənni Ülviyyə Namazova açıqlaması ilə gündəm olub.

arrow Ətraflı
“Pul qarşılığında sevgilidirlər” deyilən cütlük dodaqdodağa  FOTO like
  • 15 Apr 21:48  
Şou-biznes “Pul qarşılığında sevgilidirlər” deyilən cütlük dodaqdodağa FOTO

Ayrıldıqları haqda xəbərlər yayılan türkiyəli aktrisa Serenay Sarıkaya

arrow Ətraflı
Bəzi rayonlarda leysan like
  • 15 Apr 21:45  
Digərləri Bəzi rayonlarda leysan

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

arrow Ətraflı
Serialdan uzaqlaşdırılmışdı, indi də belə cəzalandırıldı like
  • 15 Apr 21:25  
Şou-biznes Serialdan uzaqlaşdırılmışdı, indi də belə cəzalandırıldı

Boykot çağırışına dəstək verdiyi üçün TRT 1-də yayımlanan və baş

arrow Ətraflı
"Enerjimə yaşıdlarım çata bilmir, gənc oğlanları bəyənirəm" like
  • 15 Apr 21:00  
Şou-biznes "Enerjimə yaşıdlarım çata bilmir, gənc oğlanları bəyənirəm"

Məşhur pop ifaçısı İrem Derici ötən gün konsert verib.

arrow Ətraflı
Növbəti beş il ərzində azad olunmuş ərazilərə bu qədər vəsait sərf olunacaq like
  • 15 Apr 20:47  
Digərləri Növbəti beş il ərzində azad olunmuş ərazilərə bu qədər vəsait sərf olunacaq

2026-2029-cu illərdə işğaldan azad olunmuş ərazilərin yenidənqurulmasın

arrow Ətraflı
Kartofun qiyməti niyə qalxır?  Bu tarixdə like
  • 15 Apr 20:23  
Digərləri Kartofun qiyməti niyə qalxır? Bu tarixdə

"Qiymətlərdəki artım kartof ehtiyatının qurtarması ilə əlaqədard�

arrow Ətraflı
Ad günündən sonra səhhətində problem yarandı like
  • 15 Apr 20:12  
Şou-biznes Ad günündən sonra səhhətində problem yarandı

Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisindən sonra səhhətində probl

arrow Ətraflı