Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilir
Digərləri 15 Apr 2025 17:36:00 89 0
Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edib.
Bu xəbəri də oxu: Bakıda taksilərin qiyməti qalxdı
Bu barədə Son.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə dövlət və vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə prokurorluq orqanlarında qulluğa qəbulla bağlı keçirilmiş 26 müsabiqənin nəticələri üzrə uğur qazananlar hazırda prokurorluq işçilərinin 93.2 faizini təşkil edir. Müsbət haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Qeyd edilən tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Mayın 16-dan Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-hey

Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi maşın karvanının hərək

Sabaha G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlard

Atam Anar Nəcəfov müalicə aldığı Sabunçu Tibb Mərkəzindən məcburi ş

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən istismar müddəti

Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəb�

Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycan Respublika

Azərbaycanın rayonlarında gözlənilən hidrometeoroloji hadisə haqqında n�

Türkiyəli pop ulduz Hadise səhnədə duyğusal anlar yaşayıb.

Ötən il həyata keçirilən "Özəl məktəbəqədər təhsil müəssisə

Xəbər verdiyimiz kimi, əlilliyi olan şəxslər əl işlərinin internetlə s

Bakıda və Abşeron yarımadasında gözlənilən hidrometeoroloji hadisə haqq
