Tənqidlərə CAVAB VERDİ: "Həftədə 250 qram təmiz araq için"


Digərləri 14 Apr 2025 19:27:00 77 0

Tənqidlərə CAVAB VERDİ: "Həftədə 250 qram təmiz araq için"

"Araq içməyin, içirsinizsə, həftədə 250 qram təmiz araq için!"

Tanınmış həkim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudovun araq reklamına çəkilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə Rəşid Mahmudov çoxsaylı təniqdlərə hədəf olub. Böyük əksəriyyət onu insanları spirtli işçkidən istifadə etməyə çağırdığına görə qınayıb, bu hərəkətinin həkimliklə bir araya sığmadığını deyiblər. Rəşid Mahmudov tənqidlərlə bağlı Modern.az-a açıqlama verib. O, bu cür reklam rolikinə çəkilməkdə səhv hərəkət etmədiyini vurğulayıb. "Hazırda satışda tərkibi zərərli spirtdən hazırlanan müxtəlif adda araqlar təklif olunur. Spirti kartofdan, vələmirdən, buğdadan, hətta neftdən də alırlar. Onun tərkibində çoxlu inqridiyentlər, sivuş yağları olur. Spirt insanın ən parenximatoz orqanları olan böyrəyə, qaraciyərə, mədəyə, sinir sisteminə, mədəaltı vəziyə mənfi təsir edir. Amma elə xəstəliklər var ki, onların müalicəsində spirtdən istifadə olunur. Məsələn vəba xəstəliyində 40 dərəcəli araq bütün virusları öldürür. Keçmişdə kim vəba olurdusa, dövlət ona pulsuz araq verirdi. Mən bu barədə danışıb demişəm ki, araq içməyin, içirsinizsə də yaxşısını için. Azərbaycanın buraxdığı bir araq var, onun spirtini İsmayıllıda taxıldan alırlar. Ən yaxşı araq da taxıl arağıdır, onun tərkibində zəhərli maddələr az olur. Sivuş yağlarını spirtin tərkibindən təmizləmək üçün yüksək texnologiyadan istifadə edirlərsə, o, yaxşı araqdır.

Mən bu reklam rolikində deyirəm ki, araq içməyin, içirsinizsə də həftədə 250 qram təmiz araq için. Yararsız araq içib özünüzü xəstələndirirsiniz, ömrünüzü qısaldırsınız. İndi bəziləri məni qaralayıb ki, "Rəşid müəllim arağı reklam edir, pul alır". Bu xalqın içərisində içməyənlərlə yanaşı, axı içənlər də var, həm də çoxdur. İndi biz bu şeyləri xalqa deməliyik, ya yox?! Bizim Qida Təhlükəsizliyi Agentliyimiz var. Qidamızın təhlükəsizliyini qorumalı olan o qurumdur. "Çubuş" deyilən balaca şüşələrdə qablaşdırılan araqlar satılır. Mən deyirəm ki, içmə! İçirsənsə yaxşısını iç! Yazırlar "Rəşid müəllimə pul verdilər, milyoner oldu". Araq da qidadır, onu qəbul edənlərə kimsə düz yol göstərməlidir, ya yox? Bu adamlar yazıqdırlar, axı içməyəndə dura bilmir. Onda ay Allah evini yıxsın, içirsən yaxşısını iç də! Mən də bunu deməyim, bəs kim desin?!", - R.Mahmudov bildirib.

Dollar yeni təhlükə ilə ÜZÜZƏ like
  • 14 Apr 19:26  
Dünya Dollar yeni təhlükə ilə ÜZÜZƏ

ABŞ dolları onilliklər ərzində əsas təhlükəsiz sığınacaq aktivi olub

arrow Ətraflı
Zaur anasını itirən Xoşqədəm barədə bunları dedi like
  • 14 Apr 19:23  
Şou-biznes Zaur anasını itirən Xoşqədəm barədə bunları dedi

ATV kanalının aparıcısı Zaur Baxşəliyev efir vasitəsi ilə həmkarı Xo�

arrow Ətraflı
Narkotik qəbul edib maşın sürdü like
  • 14 Apr 19:19  
Kriminal Narkotik qəbul edib maşın sürdü

Salyanda avtomobili etibarnaməsiz idarə edən sürücünün narkotik aludəçi

arrow Ətraflı
Yeniyetmə qızın döyülməsi ilə bağlı Rəsmi AÇIQLAMA like
  • 14 Apr 19:16  
Kriminal Yeniyetmə qızın döyülməsi ilə bağlı Rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsi ilə bağlı yayılan g

arrow Ətraflı
Sevgilərini heç kimə bildirməyən BÜRCLƏR: səssizcə ayrılırlar like
  • 14 Apr 18:57  
Digərləri Sevgilərini heç kimə bildirməyən BÜRCLƏR: səssizcə ayrılırlar

Bütün insanlar ayrılmazdan əvvəl böyük səhnə yaratmır. Elələri var k

arrow Ətraflı
45 dəqiqə telefonla danışdılar like
  • 14 Apr 18:47  
Dünya 45 dəqiqə telefonla danışdılar

ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri

arrow Ətraflı
4 nəfər dönərdən ZƏHƏRLƏNDİ like
  • 14 Apr 18:46  
Digərləri 4 nəfər dönərdən ZƏHƏRLƏNDİ

Gəncədə 4 nəfər dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerl

arrow Ətraflı
Merilin Monronun ölümünün gizli detalları: Kennedi qardaşları... like
  • 14 Apr 18:25  
Şou-biznes Merilin Monronun ölümünün gizli detalları: Kennedi qardaşları...

Hollivudun əfsanəvi ulduzu Merilin Monronun faciəli ölümünün arxasında g

arrow Ətraflı
İntiqam Babayev İŞDƏN ÇIXARILDI like
  • 14 Apr 18:24  
Digərləri İntiqam Babayev İŞDƏN ÇIXARILDI

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Apara

arrow Ətraflı
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olundu like
  • 14 Apr 18:23  
Digərləri Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olundu

Aprelin 14-də Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyy�

arrow Ətraflı
Saat 11:00dan işıq olmayacaq like
  • 14 Apr 18:10  
Digərləri Saat 11:00dan işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-

arrow Ətraflı
Tanınmış aktyor sevgilisi tərəfindən bıçaqlandı  FOTO like
  • 14 Apr 18:03  
Şou-biznes Tanınmış aktyor sevgilisi tərəfindən bıçaqlandı FOTO

Rusiyanın şimal paytaxtı Sankt-Peterburqdakı Lensovet Teatrının aktyoru İ

arrow Ətraflı
Yeni qurum yaradıldı like
  • 14 Apr 17:56  
Digərləri Yeni qurum yaradıldı

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin t

arrow Ətraflı
Tatlısəsin qardaşı həbs olundu  FOTO like
  • 14 Apr 17:25  
Şou-biznes Tatlısəsin qardaşı həbs olundu FOTO

Məşhur sənətçi İbrahim Tatlısəsin qardaşı, müğənni Hüseyn Tatlı

arrow Ətraflı