“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub VİDEO FOTO
Digərləri 13 Apr 2025 16:04:00 100 0
Yaponiyanın Osaka şəhərində "Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq" (Designing the Future Society for Our Lives) mövzusunda "Osaka, Kansai Ekspo 2025" dünya sərgisi işinə başlayıb.
Bu xəbəri də oxu: Bu gün görkəmli oftalmoloqalim, akademik Zərifə Əliyevanın anım günüdür
"Ekspo 2025"in rəsmi açılışıda Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun Baş Katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak edib.
2000-ci ildən Ekspo sərgilərində uğurla təmsil olunan Azərbaycan bu il də dünya sərgisində iştiraka böyük əhəmiyyət verir.
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub. Açılışda Azərbaycanın "Ekspo 2025" üzrə Baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, "Ekspo 2025"in Azərbaycan üzrə ölkə meneceri Şimzi İzumi, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digər qonaqlar iştirak edib.
Azərbaycan pavilyonu "Ekspo 2025"in "Həyatları əlaqələndirmək" (Connecting Lives) bölməsində yerləşməklə "Dayanıqlı inkişafa doğru yeddi körpü" (Seven bridges for sustainability) mövzusunu əhatə edir.
Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından qaynaqlanıb. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və davamlı inkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığı nümayiş olunur. Çünki dialoq və əlaqələr vasitəsilə aydın, harmoniya dolu və dayanıqlı gələcəyə nail olmaq mümkündür.
Şəkərli diabetdən əziyyət çəkən insanlar üçün qan şəkərinin səvi

Əməkdar artist Mehriban Xanlarova keçmiş həyat yoldaşı, müğənni Lalə

Kremlin sözçüsü Dmitri Peskov Rusiya lideri Vladimir Putinin ABŞ Prezidenti

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən may a

Dünya şöhrətli pop ulduz Şakira görüntüsü ilə diqqət çəkib.

Saqqız çeynəmək qarınyumşaldıcı təsir göstərə bilər.

Dünya yeni elektrik avtomobil istehsalçısını qarşılamağa hazırlaşır.

Qusarda qəbiristanlıqda məzar daşlarını dağıdan şəxsin cinayət işini

Bakının məşhur restoranlarından olan "Kuzu Kuzu"da oğurluq hadis

Rusiyada azərbaycanlı icmasının rəhbəri həbs edilib.

Son günlərdə başı qalmaqallardan açılmayan aparıcı Zaur Nəbioğlu öz�

ABŞ Prezidenti Donald Trampın yeni vergi tariflərini artırmaqda məqsədinin

13 aprel 2025-ci il tarixində Rusiya ordusu Ukraynanın Sumı şəhərinə rake

ABŞ-ın Viskonsin ştatında baş verən dəhşətli hadisə ölkəni silkələ
