Türkiyəni təhqir edən yunan əsgərləri belə CƏZALANDIRILDI
Digərləri 12 Apr 2025 13:19:55 75 0
Yunanıstanda keçirilən rəsmi parada Türkiyə əleyhinə şüarlar səsləndirən əsgərlərə qarşı inzibati tədbir görülüb.
Bu xəbəri də oxu: Bakıda maşın işıqfora ÇIRPILDI
Son.az türk mediasına istinadla xəbər verir ki, Yunanıstan Silahlı Qüvvələrinin təşkil etdiyi "Müstəqillik Günü" paradı zamanı Hərbi Dəniz Qüvvələrinə aid tələbələrin "Kipr Yunanıstandır" və Türkiyəyə qarşı təhqiramiz ifadələr səsləndirməsi Ankara tərəfindən sərt şəkildə pislənib. Hadisədən sonra başlanan araşdırma yekunlaşıb və cəzalar açıqlanıb.
Mart ayının sonunda Afinada baş tutan hərbi paradda yayımlanan görüntülərdə əsgərlərin siyasi və təxribat xarakterli şüarlar səsləndirdiyi açıq-aşkar görünür. Sözgedən şüarlar ictimaiyyətdə və rəsmi dairələrdə qəzəblə qarşılanıb.
Türkiyə Xarici İşlər Nazirliyi bu insidentə dərhal reaksiya verərək Yunanıstandan rəsmi izahat tələb edib. Nazirlikdən yayımlanan bəyanatda bildirilir:
"Bu cür həyasız şüarlar Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirir. Bu davranış qəbuledilməzdir və izahat gözləyirik" .
Milli Müdafiə Nazirliyindən (MSB) də məsələ ilə bağlı açıqlama verilib. Açıqlamada Türk Silahlı Qüvvələrinin belə təxribatçı və qeyri-peşəkar davranışlardan uzaq olduğu vurğulanıb:
"TSK-dan belə bir davranış nə görmüsünüz, nə də görəcəksiniz" .
Hadisənin ardından Yunanıstan Hərbi Komandanlığı tərəfindən araşdırma başladılıb. Yunan mətbuatında yer alan məlumata görə, araşdırma nəticəsində məsuliyyət daşıyan əsgərlərdən bəzilərinə 20 günlük həbs cəzası, digərlərinə isə daha yüngül inzibati cəzalar verilib.
Fidan Son.az
Xəbər verdiyimiz kimi, Castin Timberleyk ilk dəfə Azərbaycana gəlir.

Ukraynanın taleyinə bilavasitə təsir edən Rusiya-ABŞ danışıqlarında Mo

İsmayıllı rayonunun Tircan kənd ərazisində kişi meyiti tapılıb.

Redaksiyamıza evinin qanunsuz söküntüsü və qəzalı vəziyyətə salınmas

Sosial şəbəkələrdə uşaq yaradıcılıq mərkəzlərində çalışan müə

Müasir dövrdə saç boyaları estetik görünüşün və fərdi tərzin ayrıl

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Nəticələrə əsasən, məşhur Alman avtomobil markaları bu siyahıya daxil

Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib.

Bu həftə sonu bəzi bürclər üçün həqiqətən xüsusi olacaq.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

Ölkədən çıxışa qoyulacaq məhdudiyyətlər və ya "STOP" qərar

Son dövrlərdə qızılın qiyməti yeni bir rekord qıraraq 3200 dolları keç

Tarixdə dəfələrlə elə hallar yaşanıb ki, böyük dövlətlər ambisiyala
