Parkinson xəstəliyi ilə bağlı vacib


Digərləri 12 Apr 2025 09:07:00 78 0

Parkinson xəstəliyi ilə bağlı vacib

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Yeganə Əliyeva: "Psixoloji dəstək və fiziki aktivlik Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacib olan məqamları bölüşüb".

Son.az Səhiyyə Nazirliyinin həkimi Yeganə Əliyevanın müsahibəsini təqdim edir:

- Yeganə xanım, hansı səbəbdən Parkinson xəstəliyi baş verir?

- Parkinson xəstəliyi beyində dopamin istehsal edən hüceyrələrin məhvi ilə xarakterizə olunan nevroloji xəstəlikdir. Dopamin hərəkətlərin koordinasiyasına cavabdeh olan əsas neyrotransmitterlərdən biridir. Bu hüceyrələrin tədricən məhv olması nəticəsində beyində dopamin səviyyəsi azalır. Bu da hərəkət pozuntularına, əzələ sərtliyinin zəifləməsinə və digər simptomlara səbəb olur. Genetik meyillilik olan insanlarda müəyyən mutasiyalar xəstəliyə səbəb ola bilər. Lakin bu, yalnız az hallarda müşahidə edilir. Yaş da risk faktorlarından biridir, çünki Parkinson xəstəliyi əsasən 60 yaşdan yuxarı insanlarda inkişaf edir. Lakin, bəzi hallarda gənc yaşlarda da rast gəlinə bilər. Beyində iltihabi proseslərin və oksidləşdirici stresin də dopamin hüceyrələrinin məhv olmasına təsir etdiyi düşünülür.

- Parkinson xəstəliyinin əsas əlamətləri necə inkişaf edir və gündəlik həyata necə təsir edir?

- Parkinson xəstəliyinin simptomları yavaş-yavaş inkişaf edir və ilkin mərhələdə adətən nəzərə çarpmır. Xəstəliyin ən erkən əlamətlərindən biri bədənin bir tərəfində baş verən titrəmə və ya hərəkətlərin yüngül ləngiməsidir. İnsanlar hərəkətlərin əvvəlki kimi sürətli və çevik olmadığını hiss edə bilərlər. Zaman keçdikcə hərəkətlərin ləngiməsi artır və xəstəlik irəlilədikcə balans pozuntuları, yıxılma riski və hərəkət məhdudiyyəti ortaya çıxır. Mimikaların azalması və üz ifadələrinin zəifləməsi nəticəsində xəstənin üzü daha ifadəsiz görünə bilər. Əl yazısı getdikcə xırda və qeyri-müntəzəm olur. Gündəlik fəaliyyətlər, məsələn, geyinmək, qidalanmaq və ya yazmaq çətinləşir. Xəstəlik yalnız fiziki simptomlarla məhdudlaşmır, eyni zamanda depressiya, yorğunluq, yuxu problemləri və qoxu duyğusunun zəifləməsi kimi qeyri-motor əlamətlərlə də müşayiət olunur. Bu simptomlar birbaşa olaraq insanın həyat keyfiyyətinə təsir edir.

- Doktor, xəstəliyin diaqnozu necə müəyyən edilir?

- Parkinson xəstəliyinin diaqnozu əsasən xəstənin klinik simptomlarına və tibbi tarixçəsinə əsasən qoyulur. Hazırda bu xəstəliyi aşkarlamaq üçün xüsusi laborator testlər mövcud deyil. Nevroloji müayinə zamanı həkim xəstənin hərəkətlərini, titrəməni, əzələ sərtliyini və tarazlıq vəziyyətini qiymətləndirir. Xəstəliyin digər nevroloji pozuntularla qarışdırılmaması üçün beyin görüntüləmə metodlarından istifadə olunur. Beyin MRT və KT müayinələri adətən beyində struktur dəyişikliklərin olub-olmadığını müəyyən etmək üçün istifadə edilir, çünki bənzər simptomlar yaradan digər xəstəliklərin istisna edilməsi vacibdir. Bəzi hallarda dopamin transporter skanı kimi xüsusi görüntüləmə metodları istifadə olunur. Bu da dopamin səviyyəsinin azalmasını göstərməyə kömək edir. Bəzən xəstənin müalicəyə reaksiyası da diaqnostik metod kimi istifadə edilir. Əgər müəyyən dərman vasitələri qəbul edildikdən sonra xəstənin hərəkətləri yaxşılaşırsa, bu, Parkinson xəstəliyinin olmasını təsdiq edə bilər.

18 yaşlı milyonçunu məşhur universitetlər rədd edir like
  • 12 Apr 08:58  
Dünya 18 yaşlı milyonçunu məşhur universitetlər rədd edir

Amerikalı 18 yaşlı sahibkar Zak Yadeqari hazırladığı proqramla milyonlarl

arrow Ətraflı
Bakı əhalisi üçün like
  • 12 Apr 08:51  
Digərləri Bakı əhalisi üçün

Son günlər Bakıda müşahidə edilən hava şəraiti yaz fəslinə xas olmaya

arrow Ətraflı
Bakıda ağır qəza: "Shacman"la BYD toqquşdu like
  • 12 Apr 08:48  
Digərləri Bakıda ağır qəza: "Shacman"la BYD toqquşdu

Koroğlu metrostansiyası yaxınlığında ağır qəza baş verib. Son.az x�

arrow Ətraflı
İmamoğlu istintaqı belə aldatdı: Təhvil verdiyi telefon... like
  • 12 Apr 08:43  
Digərləri İmamoğlu istintaqı belə aldatdı: Təhvil verdiyi telefon...

İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu v

arrow Ətraflı
Hadise bu sevgilisindən də ayrıldı: like
  • 12 Apr 08:36  
Şou-biznes Hadise bu sevgilisindən də ayrıldı:

Türkiyənin məşhur pop ulduzu Hadise, rejissor Şenol Sönməz ilə altı ay

arrow Ətraflı
“Ukrayna Berlin kimi bölünə bilər” like
  • 12 Apr 08:35  
Dünya “Ukrayna Berlin kimi bölünə bilər”

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt K

arrow Ətraflı
Türkiyədə 21 avtomobil toqquşdu like
  • 12 Apr 08:27  
Digərləri Türkiyədə 21 avtomobil toqquşdu

Türkiyənin Samsun-Ankara avtomobil yolunda intensiv qar yağıntısı görmə

arrow Ətraflı
Yeni dələduzluq: Xəbəriniz olmadan adınıza krediti necə götürürlər? like
  • 12 Apr 08:20  
Kriminal Yeni dələduzluq: Xəbəriniz olmadan adınıza krediti necə götürürlər?

Son dövrlərdə telefonla edilən zənglər vasitəsilə bank kartlarından pul

arrow Ətraflı
Paşinyana alma atan şəxsin aqibəti bəlli oldu like
  • 12 Apr 08:12  
Digərləri Paşinyana alma atan şəxsin aqibəti bəlli oldu

İrəvan məhkəməsi cümə günü keçirilən iclasda baş nazir Nikol Paşiny

arrow Ətraflı
Uitkoff Ukraynada müharibənin necə başa çata biləcəyini açıqladı like
  • 12 Apr 08:05  
Dünya Uitkoff Ukraynada müharibənin necə başa çata biləcəyini açıqladı

Ukraynada atəşkəsə nail olmağın ən sürətli yolu Rusiyanın 2022-ci ild�

arrow Ətraflı
Əminə Ərdoğan Suriyanın birinci xanımı ilə görüşdü like
  • 12 Apr 07:58  
Digərləri Əminə Ərdoğan Suriyanın birinci xanımı ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdo�

arrow Ətraflı
Azərbaycanlı milyonçunun bazarına basqın like
  • 12 Apr 07:48  
Digərləri Azərbaycanlı milyonçunun bazarına basqın

Rusiyanın Krasnoyarsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaş

arrow Ətraflı
Mayalanma mərkəzində qadına səhvən başqasının embrionunu yeritdilər like
  • 12 Apr 07:40  
Dünya Mayalanma mərkəzində qadına səhvən başqasının embrionunu yeritdilər

Avstraliyada süni mayalanma mərkəzində yaşanan qarışıqlıq nəticəsind�

arrow Ətraflı
"Sizə "insan" deməyə dilim gəlmir" like
  • 12 Apr 07:15  
Şou-biznes "Sizə "insan" deməyə dilim gəlmir"

Bu ilin yanvarın 24-də Kadıköydə bıçaqlı hücumda həyatını itirən 15

arrow Ətraflı