Bağanıs Ayrımda erməni hərbçilərin yandıraraq qətlə yetirdikləri 39 günlük körpə ilə bağlı videomateriallar məhkəmədə nümayiş etdirilib


Digərləri 11 Apr 2025 21:57:00 106 0

Bağanıs Ayrımda erməni hərbçilərin yandıraraq qətlə yetirdikləri 39 günlük körpə ilə bağlı videomateriallar məhkəmədə nümayiş etdirilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 11-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

Təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iclasda iştirak ediblər.

Hakim Zeynal Ağayev əvvəlcə prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxslər əvvəlcə sərbəst ifadə verib, sonra isə dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçilər tərəfindən onlara ünvanlanmış sualları cavablandırıblar.

Zərərçəkmiş şəxs Əhməd Əhmədov ifadəsində Xankəndidə təhsil aldığı məktəbdə sinifdə 30 nəfər şagirdin oxuduğunu, onların 28-nin erməni millətindən, 1-nin rus və təkcə özünün azərbaycanlı olduğunu deyərək bildirib: "Təhsil müddətində, - 1-ci, 2-ci, 3-cü sinifləri bir o qədər xatırlamıram, - mən azərbaycanlı olaraq dəfələrlə təhqirlərə məruz qalmışam. Hansısa kiçik münaqişə də olanda bizə "tork, tork" deyirdilər. Onlar türkə "tork" deyirdilər. Biz azərbaycanlıları dəfələrlə təhqir edir, dözümsüzlük halı yaradırdılar.

Hamı bilir ki, şagird evdə nə eşidirsə, gəlib onu məktəbdə sinif yoldaşları ilə bölüşür. 1986-cı il idi, mən 8-ci sinifdə oxuyurdum. Armen Beqlaryan adlı sinif yoldaşım var idi, arxa partada otururdu. Gördüm parta yoldaşına deyir ki, bəs "Qorbaçov bizə söz verib, Ermənistana qoşuluruq. İlk dəfə o zaman bu siyasi məsələləri eşitdim, amma elə bil dünən eşitmişəm".

Zərərçəkmişin sözlərinə görə, 1988-ci ilin yanvarından azərbaycanlılara qarşı pis münasibət açıq müstəviyə keçib. O əlavə edib: "Məsələn, azərbaycanlılar çörək almağa gedirdilər, amma onlara çörək vermirdilər, hər yerdə sıxışdırırdılar. Həmin ilin fevralında eşitdik ki, böyük mitinq olacaq. Deyirdilər ki, "biz Azərbaycandan ayrılırıq və Ermənistana qoşuluruq". Biz bilirdik ki, mitinqdən sonra ermənilərdən nəsə təxribat gözlənilir. Ermənistandan da adamlar gətirmişdilər. O vaxt onlar "saqqallı", "boevik" adlandırılırdılar. Eşidirdik ki, evlərimizi dağıdacaqlar, yəni, o söz-söhbət var idi. Ondan qabaq da azərbaycanlıların evlərini daşlayırdılar, şüşələrini sındırırdılar. Biz ikinci mərtəbədə yaşayırdıq. Birinci mərtəbədə Karo adlı qonşumuz var idi. O, Əsgəranda yanğınsöndürmə xidmətində çalışırdı. Karo və qardaşı Ararat bu proseslərdə ən fəal iştirak edənlərdən idilər.

Həmin vaxt mənim böyük bacım ailə həyatı qurmuşdu və Ağdam şəhərində yaşayırdı. Fevralın 20-də Ağdamda bacım gildə idim. Fevralın 21-də Ağdamdan Xankəndiyə avtomobillə qayıdanda Əsgəran rayonunun girişindəki körpünün üstündə bir səs eşitdim. Məlum oldu ki, bizə atəş açırlar. Orada qolumdan güllə yarası aldım. Həmin vaxt maşında məndən və sürücüdən başqa, daha iki nəfər var idi. Sonradan öyrəndim ki, onların adı Əli və Bəxtiyar imiş. Onlar çox ağır şəkildə can verirdilər. Sürücü məni Ağdam xəstəxanasına apardı. Orada həkimlər dedilər ki, gülləni çıxara bilərik, amma qolunuz işləməyəcək. Hadisələri qabaqlayaraq deyim ki, mənim sağ qolumun biləyi təxminən iki ildən artıq işləməyib. Oradan Bərdə şəhərinin xəstəxanasına gəldik və burada da həkimlər eyni sözü dedilər. 1988-ci il fevralın 23-də Bakıda Neyrocərrahiyə xəstəxanasında məni əməliyyat etdilər, gülləni çıxardılar. Sonradan eşitdim ki, bizə avtomatla atəş açan Əsgəranda yaşayan milis işçisi olub".

Zərərçəkmiş şəxs Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib ki, 1988-ci ilə qədər də Xankəndidə ermənilər tərəfindən azərbaycanlılara münasibət müsbət olmayıb. O, Xankəndidə hər addımbaşı azərbaycanlıların incidildiyini vurğulayıb və əlavə edib: "Məsələn, yeni gələn azərbaycanlıların heç birini qeydiyyata almırdılar. Sonradan gələn azərbaycanlılara ev tikmək üçün sahə vermirdilər, yaxud da kimsə hansı yolla bir əmlak əldə edirdisə, onları qeydiyyata almırdılar. Bütün bunları Azərbaycan əhalisinin sayını az göstərmək üçün edirdilər.

"Neftçi" və "Ararat" futbol klubları arasında keçirilən oyundan sonra küçəyə çıxmaq olmurdu. İçirdilər, təhqiramiz ifadələr işlədirdilər, şüşələri qırırdılar.

1987-ci ilin sentyabrından bir epizod danışım. Azərbaycanlı ailə var idi, yuxarı məhəllədə yaşayırdı. Həmin ailənin oğlunu çörək almağa gedəndə iki erməni döyüb komaya salmışdı, bir aydan çox komada qaldı. Ermənilərin biri içkili olmuşdu, o biri yox".

O, sonradan kütləvi tədbirlərdən birində ona qarşı ayrı-seçkilik edilməsi və təzyiq göstərilməsindən də danışıb: "Xankəndidə mərkəzi stadionda tədbir var idi. Yeddinci, yaxud səkkizinci sinifdə oxuyurdum. Mən də oraya getdim. Təxminən 2 min şagird var idi. Üz cizgilərinə görə azərbaycanlıların çoxunu tanıyırdılar. Tədbir zamanı 2 minə yaxın şagirdin arasında ermənilər mənə fiziki təzyiq göstərdilər və təhqir edib tədbir keçirilən yerdən kənarlaşdırdılar".

Ə.Əhmədov hazırda Xankəndi şəhərində işlədiyini və yaşadığını bildirib.

Sonra zərərçəkmiş Nazeykə Atakişiyeva ifadə verib və sualları cavablandırıb. 1954-cü ildə Xankəndi şəhərində anadan olmuş və orada yaşamış N.Atakişiyeva ermənilərin Xankəndidə yaşayan azərbaycanlılara münasibətinin yaxşı olmadığını, 1988-ci ilin fevralından isə bu münasibətin çox pis şəkildə dəyişdiyini bildirib.

N.Atakişiyeva Xankəndidə yerləşən Qarabağ İpək Kombinatında toxucu işlədiyini, Robert Köçəryanın həmin kombinatda dəzgahların yağlanması işinə baxdığını, sonradan komsomol katibi keçdiyini, azərbaycanlılara qarşı fəaliyyətdə əsas adamlardan biri olduğunu bildirib.

"1988-ci ilin fevralından başlayaraq iş yerindən çıxanda bizi saqqallılar gözləyirdi. Onlar Xankəndidən deyildilər", - deyə o qeyd edib.

O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında yaşadığı evin qarşısında ermənilər tərəfindən daşlandığını, təhqir olunduğunu deyib və əlavə edib: "Evimizin qapısını döyürdülər, söyürdülər ki, buradan gedin, burada biz yaşayacağıq. Bizim binada Slavik var idi. Binanın uşaqlarını öyrədirdi ki, gələndə onları təhqir, daş-qalaq edin.

Qardaşım uşağı qıcolma keçirtmişdi, qızdırması var. Təcili yardım çağırmaq üçün zəng vurduq. Cavab verildi ki, "qızdırması varsa, soyuducuya qoyun, soyusun, buraya zəng vurmayın. Bura bizimdir, burada biz yaşayırıq.

Ümumiyyətlə "Miatsum" sözü yaranandan günümüz qara idi. Şahbazyan soyadlı erməni həyat yoldaşıma demişdi ki, buradan birdəfəlik getsəniz yaxşıdır".

Zərərçəkmiş Vüqar Məhərrəmov ifadəsində Qazax rayonunun Bağanıs Ayrım kəndinin sakini olduğu, 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilər tərəfindən evlərinə hücum edildiyini bildirərək deyib: "Gəlib evimizi dağıtdılar, sonra da yandırdılar. Erməni kişilər əhalini qətlə yetirib evlərindən qovduqdan sonra erməni qadınlar boş qalmış evlərimizə daxil olub talan edirdilər. Ardınca isə erməni kişilər talan olunmuş evləri yandırıb məhv edirdilər. Bütün mal-qaramızı yığıb apardılar. Atam bizi mal tövləsində gizlətmişdi. Tövləmizin aşağısında ot tayasının yanına yığılaraq əl çalıb əylənirdilər. Atam Alıməmməd Məhərrəmovun yanmış meyitini səhəri gün ot tayasının altından tapdıq. Atamın sümüklərini yığıb kənddə dəfn etdik. Elə o vaxt kənddə çıxdıq".

O, hücum edənlərin "Semonun dəstəsi" adlandırıldığını deyib və vurğulayıb: "Gələnlər hərbi forma geyinmiş silahlılar idilər. Qadınlar isə mülki formada idilər, evləri onlar talayırdı".

Tramp Putinə ay sonuna kimi vaxt verdi... like
  • 11 Apr 21:51  
Digərləri Tramp Putinə ay sonuna kimi vaxt verdi...

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukraynada atəş

arrow Ətraflı
Azərbaycanda yanğın: ölən var like
  • 11 Apr 21:39  
Digərləri Azərbaycanda yanğın: ölən var

Naxçıvan şəhəri Sabir küçəsində fərdi yaşayış evində yanğın hadi

arrow Ətraflı
Balaəlinin avtomobilinə zərər vurduğu şəxsdən açıqlama like
  • 11 Apr 21:33  
Şou-biznes Balaəlinin avtomobilinə zərər vurduğu şəxsdən açıqlama

"Meyxanaçı Balaəli dəymiş zərəri qarşılayıb. Bəzi xırda xərcl�

arrow Ətraflı
Samuxda suvarma sistemi problemi həll edildi like
  • 11 Apr 21:23  
Digərləri Samuxda suvarma sistemi problemi həll edildi

Samux rayonu Köbər kəndinin yerli camaatı evlərini su basmasından şikayə

arrow Ətraflı
Castin Biber jurnalistlərə hücum etdi  ANABAAN VİDEO like
  • 11 Apr 21:14  
Şou-biznes Castin Biber jurnalistlərə hücum etdi ANABAAN VİDEO

Müğənni Castin Biber jurnalistlərə hücum edib.

arrow Ətraflı
Bu peşə beyin üçün like
  • 11 Apr 20:55  
Digərləri Bu peşə beyin üçün

Böyük Britaniyada aparılan araşdırma göstərib ki, polis əməkdaşları d

arrow Ətraflı
"Sponsora dedim ki, geyimimə ərim qarışa bilər" like
  • 11 Apr 20:45  
Şou-biznes "Sponsora dedim ki, geyimimə ərim qarışa bilər"

"Bahalı hədiyyələrdən çox qorxuram. Rusiyadan bizə qonaq gəlmişdi.

arrow Ətraflı
İqamətgahı belə tərk etdi: "Artıq adi bir vətəndaşam"  FOTO like
  • 11 Apr 20:35  
Dünya İqamətgahı belə tərk etdi: "Artıq adi bir vətəndaşam" FOTO

Cənubi Koreyanın keçmiş prezidenti Yoon Suk Yeol vəzifəsindən uzaqlaşdı

arrow Ətraflı
Rusiya onları Azərbaycana təhvil verdi like
  • 11 Apr 20:33  
Kriminal Rusiya onları Azərbaycana təhvil verdi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım vəhüquqi mün

arrow Ətraflı
"Ərimə xəyanət etmişəm" deyən müğənni DANIŞDI: “Lazım gəlsə...” like
  • 11 Apr 20:24  
Şou-biznes "Ərimə xəyanət etmişəm" deyən müğənni DANIŞDI: “Lazım gəlsə...”

Müğənni Nüşabə Musayeva "Tarixin bir günü" verilişində səsl

arrow Ətraflı
Həmin qəzanı törədən sürücünün xəstəxanadan VİDEOsu yayıldı like
  • 11 Apr 20:20  
Digərləri Həmin qəzanı törədən sürücünün xəstəxanadan VİDEOsu yayıldı

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunun Heydər Əliyev prospektind�

arrow Ətraflı
"Şəbnəm hamıdan üstündür dedi, efirdə "DAVA" düşdü"  VİDEO like
  • 11 Apr 20:12  
Şou-biznes "Şəbnəm hamıdan üstündür dedi, efirdə "DAVA" düşdü" VİDEO

Aşıq Namiq Fərhadoğlu qalmaqallı açıqlaması ilə diqqət çəkib. 

arrow Ətraflı
Boşanmadan da aliment almaq olar like
  • 11 Apr 20:02  
Digərləri Boşanmadan da aliment almaq olar

Ailə mübahisəsi zamanı ən çox zərərçəkənlər uşaqlardır.

arrow Ətraflı
"Çəhrayı Ay" bu tarixdə görüləcək like
  • 11 Apr 20:01  
Dünya "Çəhrayı Ay" bu tarixdə görüləcək

Şimal yarımkürəsində ilk bahar dolunayı 12 aprel tarixində müşahidə ol

arrow Ətraflı
Hacı Nuranın başına "iş gəldi"  VİDEO like
  • 11 Apr 19:50  
Şou-biznes Hacı Nuranın başına "iş gəldi" VİDEO

Teleaparıcı Hacı Nuran Hüseynovun başına iş gəlib. 

arrow Ətraflı