Taksi sürücülərinin yarıdan çoxu 8 saatdan çox işləyir SORĞU


Digərləri 11 Apr 2025 11:18:43 98 0

Taksi sürücülərinin yarıdan çoxu 8 saatdan çox işləyir  SORĞU

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı ictimai müzakirələr fonunda Bakı və Abşeron ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında keçirilmiş sosioloji sorğu bir sıra mühüm nəticələri üzə çıxarıb.

Sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti ilə məşğul olanların 54.6%-i 35 yaş və ondan aşağı yaş qrupuna, 27.5%-i 36-45 yaş qrupuna, 12.3%-i 46-55 yaş qrupuna, 5.7%-i 56-65 yaş qrupuna mənsubdur. Başqa sözlə, taksi sürücülərinin əksəriyyəti gənc və orta yaşlı insanlardır.

Taksi sürücülərinin 69.0%-i son 5 ildir bu fəaliyyətlə məşğul olur. Həmçinin onların 54.9%-nin son 3 il ərzində taksi xidməti göstərməyə başlaması bu sahəyə yeni daxil olanların üstünlük təşkil etdiyini deməyə əsas verir. Taksi fəaliyyəti ilə məşğul olanların 19.0%-nin bu sahədə fəaliyyət müddəti 5 ildən 10 ilə qədər, 12.0%-nin 10 ildən yuxarıdır.

Taksi xidməti göstərənlərin əməkdaşlıq etdikləri şirkətlər arasında ilk üçlükdə "Bolt" (75.9%), "Uber" (49.2%) və "Yango" (16.9%) taksi aqreqatorları dayanır.

Taksi sürücülərinin 38.7%-i taksi fəaliyyəti ilə gündəlik orta hesabla 8 saat və ya ondan az, 22.6%-i 8-10 saat, 38.7%-i 10 saatdan çox məşğul olur. Başqa sözlə, taksi sürücülərinin yarıdan çoxu (61.3%-i) gündəlik orta hesabla 8 saatdan çox işləyir.

Sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti onların 81.8%-nin əsas məşğulluq sahəsidir. Taksi sürücülərinin 17.7%-i taksi fəaliyyəti ilə əlavə iş kimi məşğul olduğunu bildirib, 0.5% bu barədə məlumat verməyib.

Taksi fəaliyyəti ilə əlavə iş kimi məşğul olanların 72.5%-i bu işlə gündəlik 8 saata qədər məşğul olur. Taksi fəaliyyətinin əsas işi olduğunu bildirənlərin 69.0%-i bu işlə gündəlik 8 saatdan çox məşğuldur.

Taksi fəaliyyəti ilə əsas iş kimi məşğul olan hər üç nəfərdən birinin (33.9%) avtomobildən icarə formasında istifadə etdiyi məlum olub.

Taksi fəaliyyəti ilə məşğul olanların 70.5%-i hazırda kredit borcunun olduğunu bildirib.

Sorğunun nəticələrinə görə, taksi fəaliyyətində istifadə olunan minik avtomobillərinin 47.2%-i hibrid, 32.6%-i benzin, 0.8%-i qaz, 19.4%-i dizel mühərriklidir. Sorğu iştirakçıları arasında elektromobil istifadəçilərinə rast gəlinməyib.

Taksi fəaliyyəti ilə məşğul olanların 45.6%-i istifadə etdiyi avtomobilin şəxsi mülkiyyəti, 3.8%-i ailə üzvünə, yaxud yaxınına məxsus olduğunu bildirib. 20.0%-i avtomobilin lizinq, yaxud kreditdə olduğunu, 30.5%-i gündəlik, yaxud aylıq icarə formasında istifadə etdiyini qeyd edib.

Bakı və Abşeron sakinləri arasında keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, vətəndaşların 77.7%-i avtobusdan, 75.3%-i taksidən, 59.7%-i metrodan, 6.2%-i şəhərətrafı dəmiryolundan, 4.4%-i digər nəqliyyat vasitələrindən istifadə edir. 10.7% ictimai nəqliyyatdan istifadə etmir.

Avtobus nəqliyyatının hazırkı vəziyyəti respondentlərin 57.7%-ni qane etmir. Bu göstərici metro xidmətləri üzrə 24.7%-ə, taksilər üzrə 22.9%-ə bərabərdir.

Bakı və Abşeronda yaşayan respondentlərin 9.3%-i taksi xidmətlərindən gündəlik olaraq, 30.7%-i həftədə bir neçə dəfə, 57.6%-i ayda bir neçə dəfə istifadə etdiyini bildirib.

Onların 65.2%-i taksi xidmətinə rahat və sürətli, 31.4%-i eyni zamanda ucuz və sərfəli olduğu üçün, 26.9%-i avtobusların vaxt intervalının gec olması, 21.4%-i avtobus və metrolardakı sıxlıq, 14.8%-i avtobus marşrut xətlərinin uyğun olmaması səbəbindən üstünlük verir.

Taksi xidmətlərindən istifadə edərkən, sərnişinlərin 41.0%-i taksi minik avtomobilinin vəziyyətinin qənaətbəxş olmaması, 36.9%-i sürücünün telefondan istifadə etməsi, 30.7% sürücünün siqaret çəkməsi, 22.4%-i sürücü mədəniyyətinin aşağı olması, 20.0%-i yol hərəkəti qaydalarını pozması, 20.0%-i yüksək səslə musiqi dinləməsi, 19.7%-i ödəniş qalığını qaytarmaması, 15.5%-i qeyri-etik davranışı halları ilə mütəmadi qarşılaşdığını bildirib.

Qeyd edək ki, tədqiqat kəmiyyət metodologiyası əsasında olmaqla iki mərhələdə aparılıb. Sosioloji sorğunun hədəf qrupu kimi, ilk mərhələdə Bakı və Abşeron ərazisində taksi fəaliyyəti ilə məşğul olan 390 nəfər əhatə olunub. Hədəf qrup üzrə respondentlərin müəyyən olunmasında qartopu üsulu tətbiq edilib. İkinci mərhələdə sosioloji sorğunun hədəf qrupu Bakı və Abşeronda yaşayan əhali müəyyən edilib. Seçmə çərçivəsinə daxil edilən 390 nəfərin müəyyən olunmasında ehtimallı seçmə üsulundan istifadə olunub. Seçmə çərçivəsi əhalinin paylanmasına proporsional müəyyən edilib, gender bərabərliyi qorunub.

İlk mərhələ üzrə məlumatların toplanılması 2024-cü ilin 2 aprel - 8 aprel tarixlərində, ikinci mərhələ üzrə 9 aprel - 15 aprel tarixləri arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə edilməklə həyata keçirilib. Sorğular hər iki qrup üzrə 18 yaş və ondan yuxarı ümumilikdə 780 nəfəri əhatə edib. Sorğuda əhatə olunmuş respondent sayına əsasən, nəticələrin hər iki qrup üzrə xəta əmsalı 95% əminlik intervalında 5%-ə bərabər olub.

Sərnişinlərin NƏZƏRİNƏ  Xətt dəyişdirmək üçün bunu edəcəksiniz like
  • 11 Apr 10:21  
Digərləri Sərnişinlərin NƏZƏRİNƏ Xətt dəyişdirmək üçün bunu edəcəksiniz

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin əsas mərhələsi o

arrow Ətraflı
Həmin qəza niyə baş verdi?  Tas dəyişdi, amma hamam eynidi like
  • 11 Apr 10:18  
Digərləri Həmin qəza niyə baş verdi? Tas dəyişdi, amma hamam eynidi

2023-cü ilin avqust ayından etibarən Azərbaycan Yerüstü Nəqliyyat Agentli

arrow Ətraflı
Moksvada parkinqə görə qətl törədən azərbaycanlıların məhkəməsi başladı like
  • 11 Apr 10:17  
Digərləri Moksvada parkinqə görə qətl törədən azərbaycanlıların məhkəməsi başladı

Rusiyanın Moskva şəhərində Azərbaycan vətəndaşı Şahin Abbasov və onu

arrow Ətraflı
”Bu tıxaclar nə vaxta kimi belə davam edəcək?” like
  • 11 Apr 10:12  
Şou-biznes ”Bu tıxaclar nə vaxta kimi belə davam edəcək?”

Müğənni Mehin Hümbətova tıxaclardan şikayət edib.

arrow Ətraflı
Dörd günə bank kartlarından 210 min manatdan çox pul OĞURLANDI  SOS like
  • 11 Apr 10:06  
Digərləri Dörd günə bank kartlarından 210 min manatdan çox pul OĞURLANDI SOS

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 11 Apr 10:00  
Digərləri Azərbaycan nefti bahalaşıb

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı

arrow Ətraflı
Bu rayonda işıq olmayacaq like
  • 11 Apr 09:53  
Digərləri Bu rayonda işıq olmayacaq

Bu gün Siyəzən rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin

arrow Ətraflı
Metroda tikinti işləri bu vaxtdan başlayacaq, 11 ay davam edəcək like
  • 11 Apr 09:46  
Digərləri Metroda tikinti işləri bu vaxtdan başlayacaq, 11 ay davam edəcək

Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hə

arrow Ətraflı
Daha bir yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı like
  • 11 Apr 09:45  
Digərləri Daha bir yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Yol polisindən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ like
  • 11 Apr 09:37  
Digərləri Yol polisindən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda

arrow Ətraflı
26 gün əvvəl avtomobil qəzasında xəsarət alan sərnişin xəstəxanada ölüb like
  • 11 Apr 09:28  
Digərləri 26 gün əvvəl avtomobil qəzasında xəsarət alan sərnişin xəstəxanada ölüb

26 gün əvvəl avtomobil qəzasında xəsarət alan sərnişin dünən xəstəx

arrow Ətraflı
Həmin taksidəki qadın  “Bir də gördüm ki, uçuram” like
  • 11 Apr 09:28  
Digərləri Həmin taksidəki qadın “Bir də gördüm ki, uçuram”

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda "BYD" markalı avtomobil

arrow Ətraflı
Firad Əliyevə ağır itki like
  • 11 Apr 09:20  
Digərləri Firad Əliyevə ağır itki

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidməti

arrow Ətraflı
3 bürcün həyatında hər şey yaxşıya doğru dəyişəcək like
  • 11 Apr 08:59  
Digərləri 3 bürcün həyatında hər şey yaxşıya doğru dəyişəcək

Bu BÜRCLƏR üçün sevgi və xoşbəxtlik nağılı başladı

arrow Ətraflı
Kreditlə alınan "xoşbəxtlik": Toydan sonra illərlə borc ödəyirlər like
  • 11 Apr 08:52  
Digərləri Kreditlə alınan "xoşbəxtlik": Toydan sonra illərlə borc ödəyirlər

Mağazaların "Kreditlə al, rahat ödə!" reklamları, bloqerlərin d

arrow Ətraflı