Bu qərar təşviş yaratdı: İnsanlar küçədə qalacaq, Bakıda xaos olacaq?


Digərləri 10 Apr 2025 00:18:00 108 0

Bu qərar təşviş yaratdı: İnsanlar küçədə qalacaq, Bakıda xaos olacaq?

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə "28 May" stansiyasından "Dərnəgül" stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək.

Bu xəbəri də oxu: Çavuşoğluya ağır itki

Sirr deyil ki, son illər paytaxtda əhalinin sayı sürətlə artır. Şəhərdə günün istənilən saatında tıxac əlindən tərpənmək mümkün olmur. İnsanlar mənzil başına vaxtında çata bilmir, saatlarla yollarda qalırlar.

Nə qədər sıxlıq yaşansa da, sərnişindaşıma üçün ən keyfiyyətli nəqliyyat vasitəsinin metro olduğunu deyə bilərik. Çünki metro digər sərnişindaşıma vasitələrindən daha sürətli və əlverişlidir. Lakin qeyd olunan tunelin inşası ilə əlaqədar qatarlar azı 6-8 ay ərzində "28 May"dan "Dərnəgül" istiqamətinə hərəkət etməyəcək ki, bu da şəhərdə daha böyük sıxlıq yaradacaq və əhali daha böyük çətinliklərlə üzləşmiş olacaq.

Maraqlıdır, Bakı bu sıxlığın öhdəsindən necə gələcək? Sərnişinlərin həmin istiqamətdə rahat hərəkəti üçün alternativ addımlar düşünülübmü?

Mövzu ilə bağlı Publika.az-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev sərnişinləri narahat edən məsələyə aydınlıq gətirdi.

Ekspert bildirdi ki, ümumi olaraq metro şəbəkəsində fərqli xətlər varsa, onların müstəqil fəaliyyəti üçün hərəsinin ayrıca deposu olmalıdır:

"Bu xətlər arasında keçid stansiyaları olmalıdır ki, sərnişin axını parçalansın, rahat hərəkət təmin olunsun. Təəssüflər olsun ki, Bakı metrosunda xətlər eyni müstəvidə kəsişir. Yəni "28 May" stansiyasında 3 xəttimiz varsa, onun yalnız ikisinin deposu var. Bu da əlavə risklər yaradır. Bu səhvləri, bu məhdudiyyətləri aradan qaldırmaq üçün müəyyən layihələr icra olmalıdır ki, metromuz daha rahat fəaliyyət göstərə bilsin və inkişafı da daha sürətli olsun. Bildiyimiz kimi, bu ilin əvvəlində dövlət proqramı təsdiq olunub. 5 il ərzində görüləcək işlər nəzərdə tutulub, xətlərin ayrılması layihəsi, "28 May" stansiyasında "Dərnəgül" deposunun tikintisi nəzərdə tutulur. Həmçinin xətlərinin ayrılması çərçivəsində "İçəri şəhər" stansiyasının arxasında dönmə kamerası nəzərdə tutulur ki, bu da birbaşa intervala təsir edən layihələrdir. Və bununla yanaşı "Bənövşəyi" xəttin şəhərin mərkəzinə çatdırılması, "Yaşıl" xəttin "Xətai" ilə "Həzi Aslanov" stansiyası ilə əlaqələndirilməsi nəzərdə tutulub.

R.Ağamirzəyev onu da qeyd etdi ki, bu işlər mərhələli icra olunacaq və yaxın 5 ildə tam bitirilməsi nəzərdə tutulur:

"İlk olaraq "Dərnəgül" deposunun tikintisinə start verildi. Elan olundu ki, bu il ərzində xətlərin ayrılmasına da başlanacaq. Xətlərin ayrılması layihəsi çərçivəsində "Qırmızı" xətt üzrə "Həzi Aslanov"- "İçəri şəhər" xətti fəaliyyəti dayanmayacaq. Amma "Yaşıl" xəttin "28 May" stansiyası "Nizami" aralığı bağlanacaq. Və "Nizami"dən "Dərnəgül"ə hərəkət fəaliyyəti təmin olunacaq. Həmçinin "28 May" ilə "Nizami" arasında "şatl" tipli avtobuslar sərnişinləri bu istiqamətdə aparacaq. Və bu layihə çox vacibdir ki, sərnişin axınını parçalasın. Yəni indiki halda "28 May"dakı vəziyyəti dəyişə bilsin. Amma yaxın 5 ildəki layihələr metronun daxilindəki sərnişin axınını parçalayacaq, daha rahat hərəkəti təmin edəcək".

Ekspert hesab edir ki, bu layihə sayəsində relsli nəqliyyatın digər növləri də inkişaf edəcək və şəhərin mərkəzində bir stansiyada yığılmanın qarşısı alınacaq:

"Dəmiryolu daşınmasının sayının 4-5 dəfə artırılması, əlavə dəmir yol stansiyaları, həm şəhərin daxildə, həm də xaricində təşkili, tramvay xəttinin çəkilməsi, ayrılmış avtobus zolaqlarının, piyada infrastrukturunun yaxşılaşdırılması ümumi şəhər mobillik planının tərkib hissəsidir. Yəni bu vahid bir orqanizmdir. Yeni layihələr icra olunduqca keçid stansiyaları daha çox olacaq. Digər dünya şəhərlərində metro şəbəkəsində olan bir neçə xətt varsa, o keçid stansiyalarının sayı daha çox olur. Bu da sərnişin axının parçalanmasına xidmət edir. Düşünürəm ki, bunu anlayışla qarşılamalıyıq. Hədəfimiz bəlli, nəticəmiz də ona köklənməlidir ki, hərəkətlilik daha rahat olsun".  Son.az

Reper saxlanıldı like
  • 10 Apr 00:14  
Şou-biznes Reper saxlanıldı

Türkiyəli "Massaka" ləqəbli reper Murat İlhan cinayət təşkilat

arrow Ətraflı
Məşhur aparıcı efirdə öpüşdükdən sonra yerə yıxıldı like
  • 10 Apr 00:11  
Şou-biznes Məşhur aparıcı efirdə öpüşdükdən sonra yerə yıxıldı

Məşhur amerikalı aktrisa və teleaparıcı Dryu Berrimor öz verilişində ak

arrow Ətraflı
Günün qoroskopu: Düşüncələr dərindən gəlir like
  • 10 Apr 00:01  
Digərləri Günün qoroskopu: Düşüncələr dərindən gəlir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bunu etsəm, Tahirin oğlu deyiləm  Tolik like
  • 09 Apr 23:51  
Şou-biznes Bunu etsəm, Tahirin oğlu deyiləm Tolik

Cəmiyyət deyir, bayağı ifaçıları çağırma, mən də çağırmıram. Sav

arrow Ətraflı
Kadırov Türkiyə və Ukraynanı ittiham etdi like
  • 09 Apr 23:42  
Dünya Kadırov Türkiyə və Ukraynanı ittiham etdi

Ramzan Kadırov yerli sakinin bıçaqla polis əməkdaşlarına hücumuna görə

arrow Ətraflı
İntizar oğlunu evləndirir like
  • 09 Apr 23:21  
Şou-biznes İntizar oğlunu evləndirir

Müğənni İntizar Məmmədzadənin 25 yaşlı oğlu Vilayət ailə qurur.

arrow Ətraflı
Ersin Tatar İlham Əliyevə təşəkkür edib like
  • 09 Apr 23:14  
Siyasət Ersin Tatar İlham Əliyevə təşəkkür edib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan

arrow Ətraflı
Alen Simonyan Ağdamda doğulması ilə bağlı iddialara reaksiya verdi like
  • 09 Apr 23:10  
Digərləri Alen Simonyan Ağdamda doğulması ilə bağlı iddialara reaksiya verdi

"Qarabağda etdikləriniz Ermənistanda işləməyəcək".

arrow Ətraflı
​“WhatsApp”da yenilik  İcazə tələb olunacaq like
  • 09 Apr 23:00  
Digərləri ​“WhatsApp”da yenilik İcazə tələb olunacaq

"WhatsApp" istifadəçilərin məxfiliyini daha da möhkəmləndirmək

arrow Ətraflı
“QHT işi” üzrə daha 2 nəfər həbs olundu like
  • 09 Apr 22:55  
Digərləri “QHT işi” üzrə daha 2 nəfər həbs olundu

"QHT işi" üzrə daha 2 nəfər cinayət məsuliyyətinə cəlb olunu

arrow Ətraflı
Tramp 75dən çox ölkəyə rüsumları dayandırdı like
  • 09 Apr 22:49  
Dünya Tramp 75dən çox ölkəyə rüsumları dayandırdı

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, rüsumlar ABŞ-y�

arrow Ətraflı
İran və Ermənistan xüsusi təyinatlıları birgə təlimlərə başladılar like
  • 09 Apr 22:39  
Digərləri İran və Ermənistan xüsusi təyinatlıları birgə təlimlərə başladılar

"Ermənistan və İran silahlı qüvvələrinin xüsusi təyinatlı bölmə

arrow Ətraflı
Müəllimlərin əməkhaqları arta bilər like
  • 09 Apr 22:29  
Digərləri Müəllimlərin əməkhaqları arta bilər

Orta məktəblərdə ciddi dəyişiklik gözlənilir.

arrow Ətraflı
Ərəblərin uzunömürlülük SİRRİ: Xurmanı belə yeyin like
  • 09 Apr 22:18  
Digərləri Ərəblərin uzunömürlülük SİRRİ: Xurmanı belə yeyin

Kərə yağı ilə xurma əcnəbiləri təəccübləndirsə də, bu dərin məna

arrow Ətraflı
Bakının mərkəzində avtomobildə sərnişindən təhlükəli hərəkət like
  • 09 Apr 22:08  
Digərləri Bakının mərkəzində avtomobildə sərnişindən təhlükəli hərəkət

Bakıda avtomobildəki sərnişin təhlükəli hərəkətlər edib.

arrow Ətraflı