İlham Əliyev: Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm ki, biz hər zaman onlarla olacağıq
Siyasət 09 Apr 2025 13:56:00 88 0
Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
Son.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
Dövlətimizin başçısı əlavə edib: "Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər".
Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib: "Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın".
Aktyor Murad İsmayıl keçmiş xanımı haqda sualları cavablayıb.

Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, an

Prezident Trampın atdığı addımlar çox perspektivlidir, lakin bu, son deyil

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən n�

Aprel və may aylarında bir neçə bürcün şəxsi həyatlarında harmoniya ta

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda ö

Biz İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik. Bu,

Laçın rayon 1 saylı Uşaq musiqi məktəbinin keçmiş direktoru Gülsüm Mə

Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sa

Aktyor Elcan Rəsulov maraqlı açıqlama verib.

Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə a

Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçirilməsi gözlən

1912-ci ildə aysberqə çarpdıqdan sonra batan məşhur səyahət gəmisi Tita
