Gömrük Komitəsində əməliyyat Vəzifəli şəxslər həbs edildi
Digərləri 08 Apr 2025 11:48:00 92 0
Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə və onlardan rüşvət almaqla himayədarlıq etməkdə təqsirləndirilən şəxslər ifşa edilib.
Bu xəbəri də oxu: Azərbaycanlı aktyor reanimasiyaya köçürülüdü
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.
Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
İstintaqla Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Hidayət Məmmədov və həmin şöbəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin inspektoru Bayram Məmmədovun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Haysuf Hacıyevin idarə etdiyi dərman vasitələri və digər mallarla yüklü nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsini təmin etmək müqabilində onlara müraciət etmiş vətəndaş Arzu Abdullayevdən rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Hidayət Məmmədov Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməkçilik), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma), Bayram Məmmədov həmin Məcəllənin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), Arzu Abdullayev və Haysuf Hacıyev isə həmin Məcəllənin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 (külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Xəbərə aid video
Martın 2-də keçirilmiş buraxılış imtahanlarının cavabları bu həftəni

"Bandotdel" vətəndaşları şantaj edən sayt rəhbərlərini həbs

Ukraynanın Kursk vilayətində Guevo və Gornal yaşayış məntəqələri yax�

Astara rayonun Kijəbə qəsəbəsində bədbəxt hadisə baş verib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq.

Bakıda kişi xalası oğlunu öldürməkdə şübhəli bilinir.

İxtisarlarla bağlı çoxlu suallar olur, amma demək istəyirəm ki, bizim iş

Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində manyak peyda olduğu iddi

Akademik Milli Dram Teatrının ("Azdrama") səhnə arxasında əlbəy

Avtomobilin təmiz saxlanması həm estetik görünüş, həm də texniki baxım

Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qe

Ölkə başçısının Sərəncamına əsasən bir müddət öncə Bakı şəhə

2025-ci ilin martında ABŞ hərbi hava qüvvələri İranın dəstəklədiyi Y�
