"Anasının istəyi ilə övladını tələf etdi, münasibətlərini sonlandırdı"


Şou-biznes 08 Apr 2025 07:48:00 113 0

"Anasının istəyi ilə övladını tələf etdi, münasibətlərini sonlandırdı"

"AStar" layihəsinin növbəti buraxılışı mərhum Əməkdar artist Vəfa Fətullayevaya həsr olunub.

Son.az xəbər verir ki, Əməkdar artist Əminə Babayeva onunla bağlı xatirələrini bölüşüb. O, V.Fətullayevanın şəxsi həyatına anası, mərhum Xalq artisti Hökümə Qurbanovanın müdaxilə etdiyini vurğulayıb. Onun sözlərinə görə, H.Qurbanovanın istəyi ilə Vəfa münasibətdə olduğu şəxslərdən ayrılıb və hətta övladını tələf edib:

"Vəfa Zaurla (V.Fətullayevanın həyat yoldaşı, Zaur Nağıyev. İdmançı idi. Onlar 1 ildən sonra ayrılıblar - red.) xoşbəxt yaşayırdı. Hökumə xanım səhnəni elə sevirdi ki, qızını bu sənətə qurban verdi. Vəfa ərindən ayrıldı, övladını itirdi, yenidən səhnəyə gəldi. Bütün bunlar Hökümə xanımın istəyi ilə olub. O, anadır, düşünürdü ki, bununla qızını xoşbəxt edəcək. O qızının xoşbəxtliyini səhnədə görürdü. Övladını ona görə tələf etdilər ki, Vəfaya sənətində mane olmasın. Bəlkə də Hökümə xanım Vəfanı səhnəyə gətirməsəydi, bunlar yaşanmazdı". 

Ə.Babayeva aktrisanın mərhum Xalq artisti Fuad Poladovla da münasibətlərinə məhz onun anasının əngəl olduğunu açıqlayıb:

"Hökümə xanım buna müdaxilə etmişdi. Fuad əsgərlikdən gəlib onunla görüşmək istəyəndə anası Vəfaya icazə vermədi. Fuad teatrın qapısını sındırırdı ki, Vəfa ilə görüşsün. Bu zaman Hökümə xanım polis çağırmışdı. Baş rejissorumuz Tofiq Kazımov (mərhum Xalq artisti - red.) onu xilas etdi.

Amma anası qadağa qoysa da Vəfa Fuadla görüşürdü. Biz qastrollarda bunun şahidi olurduq. Hər yerdə birlikdə idilər. Fuad həqiqətən onu çox sevirdi. Yadımdadır, Vəfanın dəfnində Fuad teatrdan çıxanda bilmirdi haraya getsin, elə bil özünü itirmişdi. Vəfanın xasiyyəti atasına bənzəsə də anasını həddindən artıq çox istəyirdi. Hətta şəxsi həyatını da ona qurban vermişdi. Anası nə deyirdi, onu edirdi".

Əməkdar artist mərhum sənətçinin son günlərini belə xatırlayıb:

"1985-ci ildə "Vaqif" tamaşasında onunla dublyor olduq. "Xuraman" obrazını bizə tapşırdılar. Onda Vəfanın vəziyyəti yaxşı deyildi. Ona gündə qan köçürürdülər. Bütün məşqlərdə mən olsam da, premyerada Vəfanın adı yazılmışdı. Bunu aktyorlar mənə irad tutdular. Lakin bununla bağlı nəsə etmədim, çünki bilirdim ki, bu Vəfanın sonuncu tamaşası ola bilər. O, sonra demişdi: Əminə elə bir şey etdi ki, bunu heç bir aktrisa etməzdi. 10 premyera olsa, yenə ona verərdim, təki sağalardı.

Vəfa istəmirdi onu o vəziyyətdə görək. Xəbər göndərmişdi ki, yanıma gəlməsinlər. Son vaxtlar dişlərini çıxartmışdılar. Gözəl qadın olasan, sonra da o vəziyyətə düşəsən, əlbəttə istəməzdi onu elə görək. Vəfa sonuncu dəfə xəstəxanaya düşəndə anasına tələf etdiyi övladının cəzasını çəkdiyini demişdi. Teatrda eşitdim ki, Vəfa dünyasını dəyişib. Həmin tamaşanı o gün göz yaşı içində oynadıq. O anasına vəsiyyət etmişdi ki, məni yerdən götürəndə ətrafda çoxlu qızılgüllər olsun. Anası onun bu istəyini yerinə yetirdi. Eşitdiyimə görə, o, vəfat edəndə özü yorğanı üzünə çəkib, sonra canını tapşırıb".

Qeyd edək ki, V.Fətullayeva 1987-ci ildə 41 yaşında xərçəng xəstəliyindən vəfat edib. Sənətçinin atası Xalq artisti Nüsrət Fətullayev onun ölümündən iki ay sonra, anası Hökümə xanım isə bir il sonra vəfat edib. (Axşam.az) Son.az

Diyetoloqun köməyi olmadan necə arıqlamaq olar? like
  • 08 Apr 07:40  
Digərləri Diyetoloqun köməyi olmadan necə arıqlamaq olar?

Arıqlamaq istəyi bir çox insanın məqsədlərindən biridir. Lakin, diyetolo

arrow Ətraflı
Mağaza sahibi oğrulardan qorunmaq üçün maraqlı üsula əl atdı like
  • 08 Apr 07:28  
Digərləri Mağaza sahibi oğrulardan qorunmaq üçün maraqlı üsula əl atdı

Mağaza sahibi əmlakını oğrulardan qorumaq üçün maraqlı üsula əl atıb

arrow Ətraflı
"Aygün Kazımova mənim nəyimdir ki? " like
  • 08 Apr 07:15  
Şou-biznes "Aygün Kazımova mənim nəyimdir ki? "

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl insult keçirən Xalq artisti Fatm

arrow Ətraflı
Azərbaycanda tələbə qəfil öldü like
  • 08 Apr 07:05  
Digərləri Azərbaycanda tələbə qəfil öldü

Azərbaycanda tələbə qəfil vəfat edib.

arrow Ətraflı
Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə  SİYAHI like
  • 08 Apr 07:01  
Dünya Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə SİYAHI

2025-ci ilə qədər dünyada boşanmaların ən yüksək olduğu ölkələrin y

arrow Ətraflı
Azərbaycan elminə ağır itki like
  • 08 Apr 06:53  
Digərləri Azərbaycan elminə ağır itki

Azərbaycan Kooperasiya Universitetinin müəllimi vəfat edib.

arrow Ətraflı
Türkiyədə həbs edilən tələbələrlə bağlı nazirlikdən AÇIQLAMA like
  • 08 Apr 06:47  
Digərləri Türkiyədə həbs edilən tələbələrlə bağlı nazirlikdən AÇIQLAMA

Ədliyyə Naziri Yılmaz Tunç İstanbul Böyükşəhər Bələdiyyəsinə qar�

arrow Ətraflı
Parisdə güclü yanğın like
  • 08 Apr 06:39  
Dünya Parisdə güclü yanğın

Parisin şimal-qərbində böyük yanğın baş verib.

arrow Ətraflı
Damla: "Hər şeydə ona arxayın oluram" like
  • 08 Apr 06:33  
Şou-biznes Damla: "Hər şeydə ona arxayın oluram"

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 08 Apr 06:23  
Digərləri Azərbaycanda zəlzələ oldu

Aprelin 8-də yerli vaxtla saat 00.35-də Ağdam stansiyasından 48 km cənub-q�

arrow Ətraflı
Darçınlı çayın səhhətə təsiri: Onu istifadə etmək üçün 7 SƏBƏB like
  • 08 Apr 05:05  
Digərləri Darçınlı çayın səhhətə təsiri: Onu istifadə etmək üçün 7 SƏBƏB

Darçınlı çay yalnız dadlı deyil, həm də sağlamlıq üçün bir çox fay

arrow Ətraflı
Çay paketlərindəki təhlükə: Kif və bakteriya riski... like
  • 08 Apr 04:04  
Digərləri Çay paketlərindəki təhlükə: Kif və bakteriya riski...

Çay içmək, gündəlik həyatımızın bir hissəsi olsa da, bəzi çay paketl

arrow Ətraflı
Belə diş məcunundan istifadə edənlərə xəbərdarlıq  Gənc yaşda dişsiz qoyur like
  • 08 Apr 03:03  
Digərləri Belə diş məcunundan istifadə edənlərə xəbərdarlıq Gənc yaşda dişsiz qoyur

Diş sağlamlığı çox önəmlidir. İstifadə olunan diş məcunlarının tə

arrow Ətraflı