DYPdən həftə sonu ilə bağlı MÜRACİƏT
Digərləri 05 Apr 2025 13:03:00 97 0
Baş Dövlət Yol Polisi İdarəsinin həftə sonu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu xəbəri də oxu: "Audi" də ABŞ bazarından geri çəkildi
Son.az həmin müraciəti təqdim edir:
"Həftə sonlarında əhalinin istirahət məkanlarına üz tutması, ailəvi ziyarətlərin və müxtəlif kütləvi tədbirlərin sayının artması ilə əlaqədar olaraq respublika yollarında nəqliyyat vasitələrinin hərəkət intensivliyində ciddi artım müşahidə olunur. Bu halda, yol hərəkəti qaydalarına riayət edilməməsi və diqqətsizlik qəza riskini əhəmiyyətli dərəcədə artırır. Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülərə və piyadalara müraciət edərək, hər kəsi diqqətli olmağa və qaydalara ciddi şəkildə riayət etməyə çağırır.
Sürücülərin diqqətinə çatdırılır:
* Nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamadan yola çıxmayın. * Sürət həddinə ciddi əməl edin və ara məsafəsini qoruyun. * Piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaldın və piyadalara üstünlük verin. * Sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadə etməyə yol verməyin.
Piyadalara xatırlatma:
* Yolu yalnız müəyyən edilmiş keçidlərdən istifadə edərək keçin. * Mobil telefondan və qulaqcıqlardan istifadə etməkdən çəkinin. * Yolun hərəkət hissəsini keçərkən sürücülərlə göz təması yaradaraq hərəkətin təhlükəsizliyinə əmin olun.
Qəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısından maksimal dərəcədə diqqət və məsuliyyət tələb olunur.
Baş Dövlət Yol Polisi İdarəsi hər kəsə təhlükəsiz və qəzaların baş vermədiyi həftə sonu arzulayır".
İran Prezidenti Məsud Pezeşkian köməkçisi Şəhram Dəbirini lüks səyah�

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes M

Aprelin 4-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən ba�

Bahar nəhayət öz təsirini göstərir və bu, təkcə çöldəki temperaturla

Azərbaycanın bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyin

Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidova

Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb

Lənkəran Dövlət Dram Teatrına yeni direktor müavini təyin edilib.

İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni baş rejissor təyin edilib.

İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin ke
