3 ayda 124,9 milyon manat ipoteka verilib
Digərləri 03 Apr 2025 15:02:09 100 0
İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na uyğun olaraq, Fond 2025-ci ilin birinci rübündə də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirib.
Bu xəbəri də oxu: Bu ərazilər Azərbaycanın nəzarətinə keçir
Fondan Son.az-a verilən məlumata görə, cari ilin ilk rübü ərzində Fondun vəsaiti hesabına 124,9 milyon manat məbləğində 1251 ipoteka krediti rəsmiləşdirilib ki, onun da 41,9 milyon manatı (508 kredit) güzəştli ipoteka kreditlərinin payına düşür.
Ümumilikdə, 2006-cı ildən indiyədək Fondun vəsaiti hesabına 3,4 milyard manatdan çox ipoteka krediti verilib ki, onun da 988,5 milyon manatı güzəştli ipoteka kreditləridir. Verilmiş kreditlər hesabına 53 829 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. İpoteka kreditlərindən faydalananların 67%-i gənclər və gənc ailələrdir.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 31 mart 2025-ci il tarixinə Fond tərəfindən ümumilikdə 107,4 milyon manat məbləğində 1 211 sayda zəmanətli ipoteka krediti verilib.
Əməkdar artist Elza Seyidcahan ad çəkməyən İntiqam Kərimov haqda qalmaqa

Fevralın 2-də Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evini

Türk Dünyasının birliyinin gücləndirilməsi, zəngin mədəni irsinin qoru

İllik İnvestisiya Toplantısı ("AIM Congress") çərçivəsində t�

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləy

Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

Bakıda silahlı şəxs polis tərəfindən saxlanılıb.

Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiya i�

Cəmilə Hidayət qızı Xəlilova "Bakı Metropoliteni" QSC-də İnsa

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası növbəti d�

İspaniyada Kataloniya səhiyyə orqanları "Choceur" markalı şokola

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regio

"Paytaxtdakı mənzillər və obyektlərin qiyməti artırsa, söküntü za

Avropa gözəli Güler Erdoğan keçirdiyi avtomobil qəzası zamanı həyatın�
