Bir fincan qəhvə qiymətinə evlər satılır
Dünya 31 Mar 2025 15:39:00 63 0
2022-ci ildə başlayan xüsusi proqram çərçivəsində artıq altı ev cəmi 1 avroya satılıb.
Bu xəbəri də oxu: Poroşenkodan Zelenskiyə təcili
İtaliyanın Abruzzo bölgəsində, Adriatik sahilləri ilə Qran-Sasso dağ silsiləsi arasında yerləşən Penne şəhərində tərk edilmiş evlər bir fincan kofe qiymətinə - 1 avroya satılır.
Son.az lent.az-a istinadla xəbər verir ki, yerli hakimiyyət bu yolla əhalinin xaricə axınının qarşısını almağa və qədim evləri qoruyub saxlamağa çalışır.
2022-ci ildə başlayan xüsusi proqrama əsasən, altı ev, əsasən, italyanlara satılıb.
Şəhərin meri Qilberto Petruççinin sözlərinə görə, əmlakların növbəti tranşı iki həftə ərzində hazır olacaq.
"Şəhərdə potensial olaraq yeni sahibləri axtaran 40-dan çox boş bina var, hamısı onilliklər əvvəl ailələr mühacirət etməyə başlayandan bəri pisləşən tarixi bir mərkəzdə yerləşir", - mer deyib.
Bu gün xəyal şəhərə çevrilmək riski altında olan köhnə Penne rayonunda cəmi 1000 adam yaşayır.
Bir avroya ilk üç ev 2022-ci ildə satılıb. Üç evdən ibarət ikinci tranş ötən ilin sonunda tamamlanıb.
Satışa çıxarılan evlərin əksəriyyəti köhnədir, bəziləri orta əsrlərə aiddir, sonradan Renessans dövründə təkmilləşdirilib. Bununla belə, 1900-cü illərin əvvəllərində tikilmiş daha yeni evlər də satışdadır. Onların üç mərtəbəyə qədər və 750-dən 1300 kvadratmetrə qədər sahəsi var.
Petruccinin sözlərinə görə, bu köhnə evlərin əksəriyyəti başqa yerə daha yaxşı gələcək axtarmaq üçün qaçan yerli fermer ailələrinə məxsus idi - xüsusilə İkinci Dünya Müharibəsindən sonra, bombardmanlar şəhərin memarlıq irsinin çox hissəsini məhv etdikdən sonra.
Xəbərə aid video
Aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yax�

Bu sitatlar onun əsl kişinin sadəcə gücün obrazı deyil, həm də həyatda

Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Türkiyənin Azərbaycandakı səfirliyi 31 Mart - Azərbaycanlıların Soyqır�

Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib.

Fransa məhkəməsi ifrat sağçı lider "Milli Birlik" partiyasının

217 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı ikinci insanı olan

Böyük Britaniya kral ailəsinin üzvü və Kral Çarlzın kiçik oğlu olan ş

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzd

İspaniyanın şimalındakı Asturias bölgəsində kömür mədənində baş ve

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran

Martın 31-i səhər saatlarından başlayaraq Azərbaycanlıların Soyqırımı

Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik ke�

Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqema Prezid
