Ölkədə cəmi 2 günlük ehtiyat qaldı: Bütün evlərə çağırış edildi
Dünya 12 Mar 2026 08:08:00 208 0
Böyük Britaniyada təbii qaz ehtiyatları kritik səviyyəyə düşüb. Anbarlardakı mövcud qazın ölkəyə cəmi 1,5-2 gün kifayət edəcəyi bildirilir. Qiymətlər artıq Avropa ortalamasını keçib və hökumətə təcili yeni anbarların tikilməsi ilə bağlı çağırışlar edilir.
Son.az xəbər verir ki, Böyük Britaniyanın qaz ötürücü operatoru National Gas tərəfindən yayımlanan məlumatlara görə, ölkənin qaz anbarlarındakı enerji miqdarı keçən il 18 min GWh olduğu halda, bu il cəmi 6.700 GWh-ə qədər geriləyib. Maye qaz (LNG) terminallarındakı doluluq nisbəti də olduqca aşağı səviyyədədir.
Anbar tutumunun məhdud olması ölkəni xarici mənbələrdən, xüsusilə ABŞ və Norveçdən asılı vəziyyətə salıb. Argus Media eksperti Natasha Fielding bildirir ki, Böyük Britaniyada qazın qiyməti Avropanın istinad nöqtəsi sayılan Hollandiya bazarını da üstələyib. Bu bahalaşmanın may ayının sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.
National Gas şirkətinin baş direktoru Jon Butterworth Enerji naziri Ed Milibanda göndərdiyi hesabatda sistemin təhlükəsiz işləməsi üçün 3 yeni qaz anbarının tikilməsini və ya 6 böyük LNG gəmisinin dövriyyəyə salınmasını tələb edib. Qeyd olunur ki, hazırkı tutum əvvəlki illərlə müqayisədə cəmi 18% təşkil edir.
Goldman Sachs investisiya bankının analitikləri xəbərdarlıq edirlər ki, Yaxın Şərqdəki gərginlik səbəbindən yarana biləcək enerji şoku 2022-ci ildəki Rusiya böhranından 17 dəfə daha böyük ola bilər. Mövcud vəziyyət davam edərsə, neftin qiymətinin gələn həftə 100 dolları keçəcəyi gözlənilir. Lalə Qüdrətova Son.az
Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyat edirəcək.
Yeni bir araşdırma göstərir ki, eirfrayerlər yağda qızartma ilə müqayis
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Bəhreynin
Livanın "Hizbullah" hərəkatı İsrailə qarşı hərbi əməliyyata
Türkiyəli müğənni və aktrisa Nükhet Duru açıqlaması ilə diqqət çək
ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının polis idarə
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ukraynalılar onun ailəsin
Tehranda ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan İran genera
"BakuBus" MMC-yə məxsus avtobuslarda bəzən sürücülərin sərni�
İndiyədək 263 KOB subyektinə "Startap" şəhadətnaməsi təqdim e
Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti A
Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Birləşmiş Ərəb Əm
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şur
