İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanlar VAR RƏSMİ
Digərləri 05 Mar 2026 12:48:00 68 0
5 mart tarixində günorta radələrində Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.
Bu xəbəri də oxu: "Makler bibi" vəfat etdi
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.
Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.
İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik.
Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək.
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dər
Şirvanda tutulan şəxsdən tapança aşkarlanıb.
Bakının Xətai rayonunda faciəvi hadisə baş verib.
ABŞ İrana qarşı əməliyyatı ən azı 100 gün davam edə bilər.
ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində indiyə qədər
Adi ipoteka üzrə növbəti seçim mərhələsi keçirilib.
Qubadlı rayonunun Məmər kəndindən olan jurnalist Əli Səlimov dünən Alma
İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin oğlu Müctəba Xameneinin ata
İsrail ordusu İranın Qum bölgəsi yaxınlığında ballistik raketlərin bur
İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi dəyişib.
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası B
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının tə
