Yardımlı rayonunda sahibkarlarla görüş keçirilib
Digərləri 20 Fev 2026 12:36:00 65 0
Görüşdə sahibkarlarla Yardımlı rayonunda biznesin inkişaf etdirilməsi üçün imkanlar və bu potensialın reallaşdırılmasına dövlət dəstəyi barədə müzakirələr aparılıb. Son.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təssərüfatı, heyvandarlıq, arıçılıq, taxılçılıq sahələrində fəaliyyət göstərən 80-ə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bu xəbəri də oxu: Səhər süfrəsində olan bu qidalar qaraciyərin düşmənidir
Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov rayonda sahibkarlıq fəaliyyəti, mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki, rayonun ekoloji təmiz mühiti kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, eləcə də turizm və xidmət sahələrinin inkişafı üçün əlavə imkanlar yaradır. Biznes subyektləri yerli məhsulların qablaşdırılması və bazarlara çıxarılması üçün kiçik emal və xidmət təşəbbüslərinə üstünlük verə bilərlər. Müasir texnologiyaların və səmərəli idarəetmə üsullarının tətbiqi məhsuldarlığın artmasında faydalı ola bilər. Sahibkarlar arasında əməkdaşlıq və birgə fəaliyyət xərclərin azalmasına və yeni imkanların yaranmasına şərait yarada bilər. Dövlətin mövcud dəstək mexanizmlərindən fəal istifadə isə sahibkarlıq fəaliyyətinin genişlənməsinə əlavə stimul yaradacaqdır.
Görüşdə sahibkarlarla arıçılıq təsərrüfatının inkişafı, emal müəssisəsinin yaradılması, satış imkanlarının genişləndirilməsi, artizan quyusunun qazılmasına dəstək, torpağın təyinatı, baytarlıq, subsidiyalar, biznesin maliyyələşdirilməsi və s. kimi məslələrlə bağlı fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib və sualları cavablandırılıb.
KOBİA nümayəndələri həmçinin, Yardımlıda ailəvi istirahət mərkəzində və "Şıxaz" çörək müəssisəsində olub, sahibkarlarla biznesin inkişafına, dövlət dəstəyi alətlərindən istifadəyə dair fikir mübadiləsi aparıblar.
10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi və baş mühas
Satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat
Azərbaycanlı müğənni Mənzurə Musayevanın son görüntüsü sosial şəb�
33 il itkin kimi qeydiyyatda olan şəhidin Zibeydə Əhmədova Xocalı rayon Ş
"Ramazan ayında uşaqları aclıqdan qorumaq daha məqsədəuyğundur və
Amerika Birləşmiş Ştatlarından olan naməlum təyyarə Rusiyanın ərazisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş �
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Müğənni Elçin Hüseynovun əməliyyat prosesinə aid olduğu bildirilən gö
Türkiyəli aktrisa Sıla Türkoğlu diş məcunu brendi ilə 15 milyon TL (təx
Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsi a
21 fevral tarixində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində (&quo
ABŞ Prezidenti Donald Tramp yadplanetlilər və uçan naməlum obyektlərlə
