Azərbaycan Milli QHT Forumu İsveçrənin Azərbaycandakı səfirinə açıq məktub ünvanladı


Digərləri 19 Fev 2026 23:20:00 69 0

Azərbaycan Milli QHT Forumu İsveçrənin Azərbaycandakı səfirinə açıq məktub ünvanladı

Azərbaycan Milli QHT Forumu İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Tomas Ştəliyə (Thomas Stähli) açıq məktub ünvanlayıb.

Son.az məktubu təqdim edir: "Biz Azərbaycan vətəndaş cəmiyyəti təsisatları olaraq, İsveçrə Konfederasiyasında sistemli şəkildə anti-Azərbaycan narrativinin formalaşdırılması cəhdlərini müşahidə edirik. İsveçrə parlamentinin hansısa "Sülh Forumu" adı altında ortaya atdığı bu narrativlər Ermənistanda revanşizmin alovlandırılmasına, Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmağa xidmət edir. Azərbaycana qarşı nifrət üzərində qurulan iftira kampaniyası regionda sülh və etimad quruculuğunu zədələməyə, separatizmin yenidən təbliğinə yönəlib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə təxribatçı fəaliyyət, tarixin arxivinə göndərilmiş ritorika və terminologiyadan istifadə İsveçrə Konfederasiyasında adi hal almaqdadır. Bəzi İsveçrə parlamentarilərinin son vaxtlar Qarabağ məsələsini "bağlanmış" hesab etmədiyini tez-tez dilə gətirmələri, Erik Fontobelin və digərlərinin İrəvanda revanşistlərin "ofisləri"ndə görüşlər keçirmələri anlaşılmır. Qərargahı İsveçrədə yerləşən "Beynəlxalq Xristian Həmrəyliyi" təşkilatı isə Qarabağ məsələsini dini müstəvidə qələmə verməyə çalışır, Azərbaycana böhtan atır.

Biz bundan əvvəl də sizə üz tutaraq bildirmişdik ki, belə təşəbbüslər xüsusilə də İsveçrə kimi beynəlxalq hüquqa hörmət bəslədiyini iddia edən bir ölkənin parlamentində irəli sürüləndə, qəbul ediləndə və ya İsveçrə cəmiyyətinin bir hissəsi olan kilsə tərəfindən təşviq ediləndə, İsveçrə ərazisində keçiriləndə obyektivlik və bitərəflik prinsipinə zidd olaraq ikili standartların bariz nümunəsinə çevrilir. XXI əsrdə Avropanın mərkəzində məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşılması qəbuledilməzdir. Xüsusilə regiondan kənar dairələrin məsələlərə birtərəfli, qərəzli və irqçi yanaşması yolverilməzdir. Biz bu cür yersiz müdaxilələri bir daha qətiyyətlə pisləyir, onları Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə zərbə hesab edirik.

İsveçrənin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 4 min nəfərə yaxın azərbaycanlı itkinin taleyini aydınlaşdırmaq əvəzinə, ölkəmizin suverenliyi, ərazi bütövlüyü əleyhinə addımlar atmış, o cümlədən vaxtilə Xankəndidə icazəsiz ofis açmışdı. BQXK özünün humanitar təşkilat olduğunu iddia etsə də, əslində, qəbuledilməz siyasi fəaliyyətlə məşğul olmuşdur. BQXK-nın mandatına zidd olan bu təlimatların mənbəyi haradır?

Kənan M.M. həbs olunacaq? like
  • 19 Fev 23:08  
Şou-biznes Kənan M.M. həbs olunacaq?

"Kənan M.M." kimi tanınan Kənan Mahmudovun yazar Orxan Saffariyə q

arrow Ətraflı
Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı like
  • 19 Fev 23:00  
Digərləri Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı

Paytaxtın Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində yayılan videog

arrow Ətraflı
Başınız pəncərəyə tərəf yatmaq olmaz like
  • 19 Fev 22:25  
Digərləri Başınız pəncərəyə tərəf yatmaq olmaz

Bir çox insan nəticələrini düşünmədən çarpayısını rahatlıq üçün

arrow Ətraflı
Üç rayonda güclü yanğın başladı like
  • 19 Fev 22:00  
Digərləri Üç rayonda güclü yanğın başladı

Şəkidə dağlıq ərazidə yanğın başlayıb.

arrow Ətraflı
"Tarkan oxumağı gəlib qızımdan öyrənsin" like
  • 19 Fev 21:52  
Şou-biznes "Tarkan oxumağı gəlib qızımdan öyrənsin"

Xalq artisti Fatma Mahmudova açıqlaması ilə gündəmə gəlib. 

arrow Ətraflı
Azərbaycan informasiya məkanına hücum: Moskva imzalı "Hibrid Müharibə"nin pərdəarxası like
  • 19 Fev 21:39  
Siyasət Azərbaycan informasiya məkanına hücum: Moskva imzalı "Hibrid Müharibə"nin pərdəarxası

Son günlər Azərbaycanın informasiya məkanında baş verən qalmaqallar, dez

arrow Ətraflı
Yeni azadlığa çıxan stilist vəfat etdi like
  • 19 Fev 21:13  
Şou-biznes Yeni azadlığa çıxan stilist vəfat etdi

Bir zamanlar tanınmış ulduzlarla çalışan stilist Sərxan Yadigarov vəfat

arrow Ətraflı
Sülh Şurasının qətnaməsi yekdilliklə qəbul edilib like
  • 19 Fev 21:02  
Siyasət Sülh Şurasının qətnaməsi yekdilliklə qəbul edilib

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının sədri olaraq şuranın qətnam�

arrow Ətraflı
Səhər yeməyi: azərbaycanlılar doğru edirmiş like
  • 19 Fev 21:00  
Digərləri Səhər yeməyi: azərbaycanlılar doğru edirmiş

Bir çox insan səhər yeməyində eyni səhvi edir ki, bu da sağlamlığa mən

arrow Ətraflı
İlham Əliyev Vaşinqtonda Paşinyanla ayaqüstü söhbət edib like
  • 19 Fev 20:43  
Siyasət İlham Əliyev Vaşinqtonda Paşinyanla ayaqüstü söhbət edib

Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclası ərəfəsin

arrow Ətraflı
“Başımı aşağı etdi” – Meyxanaçı qızına görə üzr istədi like
  • 19 Fev 20:37  
Şou-biznes “Başımı aşağı etdi” – Meyxanaçı qızına görə üzr istədi

Meyxanaçı Samirə Yusifqızı övladının sözlərinə görə üzr istəyib.

arrow Ətraflı
DOST Agentliyinin İdarə Heyəti sədrinə iki yeni müavin təyin edildi like
  • 19 Fev 20:00  
Digərləri DOST Agentliyinin İdarə Heyəti sədrinə iki yeni müavin təyin edildi

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrləri ilə Elnur Qaraxan o

arrow Ətraflı