İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam Tramp
Siyasət 19 Fev 2026 19:10:00 58 0
Onlar yaxşı insanlardırlar, amma çətindirlər. Düşünürəm ki, onlar dost olublar.
Bu xəbəri də oxu: Azərbaycan hibrid hücum qarşısında: Kremlin Qarabağ və informasiya kartları iflasa uğradı
Son.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan haqqında danışarkən söyləyib.
ABŞ Prezidenti bildirib ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq. "Sizə çox təşəkkür etmək istəyirəm. Bu, sizin və yeni dostunuzun etdiyi əla bir şey idi. ...Biz bunu təxminən 24 saat ərzində həll etdik və bu, yaxşı bir hissə oldu. Düşünürəm ki, onlar dostlaşıblar", - deyə o əlavə edib.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və dövlətlərarası münasibətlər haqqında" Sazişi paraflayıblar.
2026-cı ilin yanvarında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək TRIPP layihəsinin həyata keçirilməsinə dair çərçivə proqramını təqdim ediblər.
Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan TRIPP layihəsinin inkişafına cavabdeh olaraq "TRIPP Development Company" yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir. Şirkətə layihənin ilkin olaraq 49 il müddətinə icrası hüququ veriləcək. İrəvan "TRIPP Development Company"nin səhmlərinin 74 faizini Vaşinqtona təklif etməyi, 26 faizini isə özündə saxlamağı planlaşdırır.
Azərbaycanlı müğənni Arzu Mirzəyeva qatıldığı "Rəngarəng"
Beynəlxalq axtarışa verilmiş daha 2 şəxs Azərbaycana ekstradisiya edilib.
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin müəllimi, coğr
Abşeron Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyindən sonra b
Tanınmış rejissor Kənan Mahmudov (Kənan MM) və yazıçı Orxan Saffari pol
Müğənni Mətanət Əsədova qonaq olduğu televiziya proqramında sərgilədi
Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.
Üzərlik Azərbaycan qanunvericiliyinə görə cinayət tərkibi yaratmasa da,
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında aktrisa İlqarə Toso
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqa
"Nadir Events"in təşkilatçılığı ilə Müslüm Maqomayev adına
Quba rayonunun Xucbala kənd Zöhrab Əkbərov adına tam orta məktəbində bir
Amnistiya aktı ilə azadlığa buraxılan müğənni Dəniz Əsədovaya ittih
Beynəlxalq Muğam Mərkəzində "Liebestod və ya Eşqin ekstazında öl
