FHNdən kritik xəbərdarlıq: Təhlükəli hava şəraiti gözlənilir
Digərləri 16 Fev 2026 21:13:00 58 0
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-18-də qərb küləyinin güclənməsi və havanın temperaturunun tədricən yüksəlməsi fonunda bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var.
Bu xəbəri də oxu: FHN “Yuxa” restoranını BAĞLADI
Son.az xəbər verir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.
Belə ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır.
Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi özünüzə sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.
Uçqun sizi yaxalayıbsa:
- nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;
- qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;
- axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;
- uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);
- qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır;
- soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı "112"yə zəng edin!
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiya Respublikası
Ötən il Azərbaycan 1,31 milyon ABŞ dolları dəyərində 324,71 ton quzu ət
Rusiyanın Rostov vilayətindəki miqrantlara 2026-cı il aprelin 1-dən dekabr�
Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Respublikasına
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq. Tutulma 17 fevral saat
TikTok platformasında "Çağlaca" ləqəbi ilə tanınan sosial media
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat h
Hökumət dairələrində son günlər intensiv müzakirə olunan əsas mövzula
Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə ü
Ötən gün Park Cinema kinoteatrlar şəbəkəsinin Flame Towers filialında n�
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov infarkt keçiri
Naxçıvan Muxtar Respublikası (MR) Maliyyə Nazirliyinin strukturuna daxil ola
