Daha bir ərazidə söküntü 2700 manat VERİLƏCƏK
Digərləri 15 Fev 2026 12:05:00 239 0
Paytaxtın baş planına uyğun olaraq daha bir ərazidə söküntü nəzərdə tutulub.
Son.az BAKU.WS-ə istinadən xəbər verir ki, söhbət Mirəli Qaşqay 34 ünvanında yerləşən bir və iki mərtəbəli yaşayış tikililərindən gedir. Təxminən bir əsr əvvəl inşa edilmiş bu binaların yaxın vaxtlarda sökülməsi planlaşdırılır.
Bildirilir ki, sakinlərə hər kvadratmetr üçün 2700 manat məbləğində kompensasiya təklif olunub. Qeyd olunur ki, mənzillərin hamısının ayrıca çıxışı mövcuddur.
Artıq ərazidə evləri söküləcək sakinlərlə görüş keçirilib, mənzillərin texniki vəziyyəti qiymətləndirilib və inventarlaşdırma işləri aparılıb.
Məlumata əsasən, binalar söküldükdən sonra həmin ərazidə yeni çoxmərtəbəli yaşayış binasının inşası nəzərdə tutulmur.
Layihənin detalları və ərazinin gələcək təyinatı ilə bağlı isə əlavə məlumatın veriləcəyi gözlənilir.
Son.az
Dünyada hər altı nəfərdən biri sonsuzdur. Bu göstərici dünya əhalisini
Quba rayonunda bədbəxt hadisə baş verib.
"İdrak" liseyində baş vermiş insident nəticəsində şagirdi tər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasını
Fevralın 15-i saat 10:00-a əsasən gecə saatlarında ölkə ərazisinin bəzi
2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi
Son zamanlar notariuslar bələdiyyə sənədi ilə olan torpaqların kimlərəs
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil müəssisələri
Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çər�
Kaju fıstığının təbii haldan yeməyə yararlı vəziyyətə gəlməsi oldu
Sobada yumurtalı çörək səhər yeməkləri üçün həm qənaətli, həm də
İllərdir "zərərli qida" damğası vurulan dönər haqqında fikirl
Göy üzündəki hərəkətlilik 17 fevral tarixini bəzi bürclər üçün dön
