Mərcili börək resepti
Digərləri 15 Fev 2026 00:13:00 211 0
Bu börək növü həm dadlı, həm də zülalla zəngindir. Hazırlanması sadədir və çay süfrələrinə çox yaraşır.
Son.az lazım olan məhsulları təqdim edir: Yuxa: 3 ədəd hazır yuxa.
İçlik üçün:
1 stəkan yaşıl mərcimək (qaynanmış).
1 ədəd soğan (xırda doğranmış).
2-3 xörək qaşığı duru yağ.
Duz, istiot, pul bibər (zövqə görə).
Yarım dəstə cəfəri (isteğe bağlı).
Sousu üçün:
Yarım stəkan duru yağ.
Yarım stəkan süd və ya qatıq.
1 ədəd yumurta (ağı sousa, sarısı üzərinə).
Hazırlanma qaydası: Əvvəlcə yaşıl mərciməyi yumşalana qədər suda bişirin və suyunu süzün. Tavada xırda doğranmış soğanı duru yağda qızılı rəng alana qədər qovurun. Üstünə bişmiş mərciməyi və ədviyyatları əlavə edib bir neçə dəqiqə də qarışdırın. Ocaqdan götürüb soyumasını gözləyin (istəsəniz sonda üzərinə xırda doğranmış cəfəri əlavə edə bilərsiniz).
Sousun hazırlanması - Bir qabda südü (və ya qatığı), duru yağı və yumurtanın ağını yaxşıca qarışdırın.
Birinci yuxanı masanın üzərinə yayın və hazırladığınız sousdan hər tərəfinə çəkin. Üzərinə ikinci yuxanı qoyun və yenə souslayın. Yuxaları üçbucaq şəklində (siqaret bərəyi kimi) 8 və ya 12 hissəyə bölün.
Hər üçbucağın geniş hissəsinə hazırladığınız mərcili içlikdən qoyun və yanlarını qatlayaraq çox sıx olmadan bükün.
Hazırladığınız börəkləri yağlı kağız sərilmiş soba qabına (listə) düzün. Üzərinə ayırdığınız yumurta sarısını çəkin. Arzu etsəniz, üzərinə küncüt və ya qaraçörəkotu səpə bilərsiniz. 180°C dərəcə qızdırılmış sobada üzəri qızarana qədər (təxminən 25-30 dəqiqə) bişirin.
Börəklərin daha çıtır (xırtıldayan) olması üçün sousun içərisinə bir neçə damcı sirkə və ya bir az qabartma tozu əlavə edə bilərsiniz.
Lalə Qüdrətova Son.az
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Xalq artisti Röya Ayxan qardaşı İsmayılın oğlu Mete Beyazla paylaşım ed
Üç müavini vəzifəsindən azad olunan fövqəladə hallar naziri Kəmaləddi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici işlər
Qardaşı şəhid olduqdan sonra səhnədən uzaqlaşan Xana Babayeva (Xanım Ba
Bakıda yerləşən ticarət mərkəzlərindən birində 14 Fevral - Sevgililər
"Birinci qızım çıxır, mən isə ondan sonra səhnəyə çıxıram. Gö
Azərbaycan Milli İncəsənət Muzeyində vizual sənətlər nəzəriyyəçis
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təchizat İdarəsinin keçmiş rəisi
"Adını Feriha Koydum" serialı ilə bağlı açılmış məhkəmə i
Alimlər tərəfindən aparılan yeni araşdırma göstərir ki, gündəlik həy
Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçiv�
