Azərbaycanda ilk dəfə “unudulmaq hüququ” Ali Məhkəmə səviyyəsində izah edildi


Digərləri 13 Fev 2026 13:23:00 99 0

Azərbaycanda ilk dəfə “unudulmaq hüququ” Ali Məhkəmə səviyyəsində izah edildi

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi unudulma hüququnu "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində tanıyıb. Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum Qərarında bu hüquqla bağlı yeni mühüm mövqelər sərgiləyib.

Unudulmaq hüququ nədir?

Unudulmaq hüququ - rəqəmsal platformalarda əvəllər yayılmış fiziki və hüquqi şəxsin mənafeyinə mənfi təsir edən ictimaiyyətə açıq məlumatların (mətn, səs, görüntü və s.) sonradan dövlət və ictimai maraq baxımından hər hansı əhəmiyyət kəsb etməməsi və ya aktuallığını itirməsi səbəbi ilə silinməsini, anonimləşdirilməsini, gizlədilməsini, arxivləşdirilməsini və ya həmin məlumatlara əlçatanlığın məhdudlaşdırılması ilə bağlı digər hərəkətlərin edilməsini tələb etmək hüququnu nəzərdə tutur.

Bəzi məlumatlar (təsvir, səs, yazılı və ya şifahi çıxış mətnləri və sair) dövlət və ictimai mənafe baxımından yayıla bilər, öz aktuallığı ilə cəmiyyətin gündəmində, legitim maraq dairəsində ola bilər. Belə məlumatların yayılması qanunidir, şəxsin razılığının olub-olmaması, özü və ya başqa şəxs tərəfindən yayılmasının heç bir əhəmiyyəti yoxdur. Belə olan halda şəxs neqativ məlumatların onun mənafeyinə mənfi təsir etməsinə baxmayaraq, istədiyi vaxt onların düzəldilməsini, silinməsini tələb edə bilmir.

Ali Məhkəmənin mövqeyinə görə, bu hal sonsuza qədər davam edə bilməz və ictimaiyyətə açıq belə məlumatlar yayıldıqdan sonra müəyyən şərtlər daxilində şəxsin unudulmaq hüququ yarana bilər.

Belə ki, həmin məlumatların yayılmasının üzərindən müəyyən müddət keçdikdən sonra, məlumat köhnələrsə, öz aktuallığını itirərsə, artıq dövlət və ictimaiyyət üçün maraqlı olmazsa şəxs bu barədə tələb irəli sürə bilər. Lakin belə tələblərin təmin olunması üçün məlumat rəqəmsal platformada yayılmış olmalıdır və şəxs məlumatın hələ də onun mənafeyinə zidd olmasını sübuta yetirməlidir.

Məlumatların aktuallığının itirilməsi əvvəllər cəmiyyətin gündəmində olan informasiyanın köhnəlməsi səbəbindən iddianın qaldırıldığı zaman cəmiyyət üçün artıq hər hansı maraq və əhəmiyyət daşımamasıdır.

Belə neqativ məlumatların silinməsini tələb edən şəxslər müxtəlif münasibətlər daxilində (məsələn, iş axtararkən və ya biznes münasibətlərində) özlərinin keçmiş hərəkətləri və ya publik çıxışları ilə ömürlük üz-üzə qalmaq istəmirlər. Lakin tələb irəli sürdükləri halda, mənafelərinə olan neqativ təsiri əsaslandırmalı və sübut etməlidirlər.

Məsələn, tanınmış musiqiçi tərəfindən 2020-ci ildə mediada əri ilə münasibətlərinin xəyanət səbəbi ilə pozulması barədə verdiyi müsahibənin sonradan uşaqlarının mənafeyi baxımından informasiya resurslarından silinməsinin tələb edilməsi və ya fərdi sahibkarın 2010- cu ildə vergidən yayınması barədə mediada qanunauyğun şəkildə dərc olunmuş və onun işgüzar nüfuzuna mənfi təsir edən məlumatın vergi borcunun ödənildiyinə görə artıq ictimai maraq kəsb etməməsi səbəbindən sonradan informasiya resurlarından silinməsinin tələb edilməsi.

Şəxsin ölümündən sonra onun yaxınının da unudulmaq hüququ yaranır. Bu zaman həmin məlumatın iddiaçı ilə yanaşı, vəfat etmiş şəxsin sağlığında onun mənafeyinə də mənfi təsir etdiyi müəyyən olunmalıdır.

Unudulmaq hüququ yalnız fiziki şəxslərə məxsus olmamaqla, həm də hüquqi şəxslərə aid qeyri-əmlak hüququ sayılır. Məsələn, hüquqi şəxsin istehsal etdiyi malın qüsurlu olmasına dair mətbuatda 5 il əvvəl yayılmış məlumatın silinməsinin tələb edilməsi.

İddia tələbləri bu məlumatların yerləşdirildiyi operatorlara, o cümlədən onlayn rəqəmsal platformalara, media subyektlərinə qarşı qaldırılmalıdır.

Aeroport yolu 2 gün bağlı olacaq like
  • 13 Fev 13:10  
Digərləri Aeroport yolu 2 gün bağlı olacaq

14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesind�

arrow Ətraflı
Çiçək aparıcı Zauru belə SUSDURDU like
  • 13 Fev 13:00  
Şou-biznes Çiçək aparıcı Zauru belə SUSDURDU

"Rəngarəng" verilişində diqqətçəkən anlar yaşanıb.

arrow Ətraflı
Yeni qayda: Dövlət vətəndaşdan və bələdiyyədən torpaq ala biləcək like
  • 13 Fev 12:54  
Digərləri Yeni qayda: Dövlət vətəndaşdan və bələdiyyədən torpaq ala biləcək

Yeni aeroport və aerodromların tikintisi, dəniz limanının ərazisinin artı

arrow Ətraflı
Şəmkirdə yasda ehsan verilməsində dəyişiklik edildi like
  • 13 Fev 12:44  
Digərləri Şəmkirdə yasda ehsan verilməsində dəyişiklik edildi

Şəmkir rayonunda yas mərasimlərinin təşkili ilə bağlı yeni qaydalar qə

arrow Ətraflı
Cərimələrin məcburi tutulması qaydalarında DƏYİŞİKLİK like
  • 13 Fev 12:41  
Digərləri Cərimələrin məcburi tutulması qaydalarında DƏYİŞİKLİK

Cərimənin məcburi tutulması qaydalarında dəyişiklik ediləcək.

arrow Ətraflı
Bu xəstələr artıq özəl klinikalarda xidmət ala biləcək like
  • 13 Fev 12:35  
Digərləri Bu xəstələr artıq özəl klinikalarda xidmət ala biləcək

Azərbaycanda özəl tibb müəssisələrində onkoloji xəstəliklərin müayin

arrow Ətraflı
Elektron ticarətlə məşğul olanlar üçün yeni qanun  Artıq... like
  • 13 Fev 12:35  
Digərləri Elektron ticarətlə məşğul olanlar üçün yeni qanun Artıq...

Elektron ticarəti həyata keçirən qeyri-rezident şəxslərin ƏDV məqsədl�

arrow Ətraflı
"Sevgililər günü" 20 dərəcə isti olacaq  PROQNOZ like
  • 13 Fev 12:29  
Digərləri "Sevgililər günü" 20 dərəcə isti olacaq PROQNOZ

Fevralın 14-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Bu avtomobillər rüsumlardan azad EDİLDİ like
  • 13 Fev 12:23  
Digərləri Bu avtomobillər rüsumlardan azad EDİLDİ

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumun

arrow Ətraflı
Minimum əməkhaqqı ilə bağlı YENİ QƏRAR like
  • 13 Fev 12:21  
Digərləri Minimum əməkhaqqı ilə bağlı YENİ QƏRAR

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olm

arrow Ətraflı
Kamaləddin Qafarov: “Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır” like
  • 13 Fev 12:20  
Siyasət Kamaləddin Qafarov: “Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır”

"Müasir dünyada dövlətlərin real gücü artıq təkcə təbii resursla

arrow Ətraflı
Rəşid Mahmudova "od püskürdü": "Sən, nə kişisən ki..." like
  • 13 Fev 12:00  
Şou-biznes Rəşid Mahmudova "od püskürdü": "Sən, nə kişisən ki..."

Əməkdar artist Elza Seyidcahanın müğənni bacısı Rasimə Seyidcahan "

arrow Ətraflı
Ersoydan Epşteyn iddialarına cavab like
  • 13 Fev 11:55  
Şou-biznes Ersoydan Epşteyn iddialarına cavab

Müğənni Muazzez Ersoyun keçmiş müsahibəsində "sehrli hovuz" if

arrow Ətraflı
Bələdiyyələrin qanunsuz satdığı torpaqlar geri alınır  Nazirlik məhkəmələrə müraciət edib like
  • 13 Fev 11:30  
Digərləri Bələdiyyələrin qanunsuz satdığı torpaqlar geri alınır Nazirlik məhkəmələrə müraciət edib

Milli Məclisdə qəbul edilən qərara görə, bələdiyyələrin torpaq satı

arrow Ətraflı