Doqquzuncu sinfi bitirən şagirdlər 11ci sinifdə də buraxılış imtahanını yeni formatda verəcəklər Rəsmi


Digərləri 11 Fev 2026 19:31:00 76 0

Doqquzuncu sinfi bitirən şagirdlər 11ci sinifdə də buraxılış imtahanını yeni formatda verəcəklər  Rəsmi

"Hər il kurikulumun hansı meyarlarından istifadə olunacağına, hansılarının tətbiq edilməyəcəyinə dair Elm və Təhsil Nazirliyi ilə daimi müzakirələr aparılır. Çünki biz, xüsusilə buraxılış imtahanlarının nəticələrini hər zaman təhlil edirik və həmin nəticələr əsasında növbəti ilin qəbul proqramını formalaşdırırıq. Qəbul proqramı isə əvvəlcədən elan olunur".

Son.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O, bildirib ki, qəbul proqramı orta məktəb proqramına əsaslanır: "Qəbul proqramında orta məktəbdə tədris olunan mövzuların sayı azala bilər, amma çox ola bilməz. Yalnız bir dəfə qəbul proqramında dəyişiklik olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qələbə qazandıq və bununla əlaqədar həmin faktlar tarix fənninə əlavə edildi. Hesab edirəm ki, heç kim buna etiraz edə bilməz. Çünki tarix dəyişdi və bu hadisəni hamımız birlikdə yaşadıq".

DİM sədri qeyd edib ki, dərsliklərin məzmununun yenilənməsi, yeni kurikulumun yazılması və meyarların müəyyənləşdirilməsi daimi gedən prosesdir: "Biz bu prosesi diqqətlə izləyirik. İmtahana hansı mövzuların daxil ediləcəyini Elm və Təhsil Nazirliyi ilə müzakirə edirik və bu, birgə qərar əsasında müəyyən olunur".

Məleykə Abbaszadə ingilis dili fənninin buraxılış imtahanlarında tətbiqinə də toxunub: "İngilis dili üzrə buraxılış imtahanı bütün şagirdlər üçün keçirilir. Bir il əvvəl IX siniflər üçün yeni imtahan modelini tətbiq etdik. Bu model üzrə IX sinfi bitirən şagirdlər XI sinifdə də buraxılış imtahanını yeni formatda verəcəklər. Hazırda həmin şagirdlər X sinifdə oxuyurlar və 2027-ci ildə esse yazmaq üçün yeni modelə uyğun şəkildə hazırlaşırlar". Son.az 

Elnarə Abdullayeva həyat yoldaşı ilə FOTO paylaşdı like
  • 11 Fev 19:02  
Şou-biznes Elnarə Abdullayeva həyat yoldaşı ilə FOTO paylaşdı

Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşı Elxanla fotosunu paylaşı

arrow Ətraflı
"Kinobox" və "Mahnı TV"yə lisenziya verildi like
  • 11 Fev 18:50  
Digərləri "Kinobox" və "Mahnı TV"yə lisenziya verildi

11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasın

arrow Ətraflı
İcra başçısına yeni müavin təyin olundu like
  • 11 Fev 18:46  
Digərləri İcra başçısına yeni müavin təyin olundu

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

arrow Ətraflı
“Azərbaycanda internetin sürəti ilə bağlı yenilik  200 meqabit olacaq” like
  • 11 Fev 18:33  
Digərləri “Azərbaycanda internetin sürəti ilə bağlı yenilik 200 meqabit olacaq”

Azərbaycanda internetin sürəti 200 meqabit olacaq. Son.az xəbər verir k

arrow Ətraflı
Prezident tapşırıq verdi  Hər bir dövlət qurumunda bu sahəyə bir müavin ayrılacaq like
  • 11 Fev 18:29  
Siyasət Prezident tapşırıq verdi Hər bir dövlət qurumunda bu sahəyə bir müavin ayrılacaq

Hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, s

arrow Ətraflı
Prezident: Dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq like
  • 11 Fev 18:01  
Siyasət

Biz bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərk�

arrow Ətraflı
"Övladlarımı zorla əlimdən alıblar, uşaqlıqlarını GÖRƏ BİLMƏDİM" like
  • 11 Fev 17:45  
Şou-biznes "Övladlarımı zorla əlimdən alıblar, uşaqlıqlarını GÖRƏ BİLMƏDİM"

Müğənni Sabina Selcan şəxsi həyatı ilə bağlı təsirli açıqlamalar ve

arrow Ətraflı
Prezident İlham Əliyev: Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır like
  • 11 Fev 17:39  
Digərləri Prezident İlham Əliyev: Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır

Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu

arrow Ətraflı
"iPhone17"də daha bir problem üzə çıxdı like
  • 11 Fev 17:34  
Digərləri "iPhone17"də daha bir problem üzə çıxdı

İstifadəçilər bu dəfə də iPhone 17-də çat problemindən şikayətlənir

arrow Ətraflı
"Atlanaatlana oxuyur, biədəb görünür" like
  • 11 Fev 17:27  
Şou-biznes "Atlanaatlana oxuyur, biədəb görünür"

Əməkdar artist Ruhəngiz Musəvi "Öz aramızda" verilişində müas

arrow Ətraflı