Aİ Trampı razı salmaq üçün plan qurdu: "Apple" və "Meta" cərimələnəcək
Dünya 28 Mar 2025 16:55:00 94 0
Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampla münasibətləri gərginləşdirməmək üçün Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində Apple və Meta şirkətlərinə daha kiçik məbləğdə cərimələr tətbiq etməyi qərara alıb.
Bu xəbəri də oxu: Avropa hərbi qrupları Ukraynaya göndərilir
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Məlumatlı mənbələrin sözlərinə görə, Apple böyük ehtimalla cərimələnəcək və App Store qaydalarını dəyişdirməyə məcbur ediləcək. Söhbət proqram tərtibatçılarının istifadəçiləri platformadan kənar təkliflərə yönləndirməsinə qoyulan məhdudiyyətlərdən gedir.
Tənzimləyicilər həmçinin Apple-ın veb-brauzer seçim ekranının dizaynına dair başqa bir araşdırmanı da yekunlaşdıracaq, lakin bu dəfə əlavə sanksiyalar tətbiq edilməyəcək.
Meta da cərimələnəcək və şirkətin "ya razılaş, ya da ödə" modelini dəyişdirməsi tələb olunacaq. Hazırda bu sistem istifadəçiləri ya onların məlumatlarının izlənməsinə razılıq verməyə, ya da abunə haqqı ödəyərək məhsullardan reklamsız istifadə etməyə məcbur edir.
DMA-ya əsasən, texnologiya nəhəngləri ümumi qlobal dövriyyələrinin 10%-i həcmində cərimələnə bilərlər ki, bu da Apple və Meta üçün milyardlarla dollar demək olardı.
Lakin üç rəsmi şəxsin sözlərinə görə, Avropa Komissiyası daha kiçik cərimələr tətbiq etməyi planlaşdırır. Bunun səbəbi DMA-nın hələ yeni qüvvəyə minməsi və qəbul edilən qərarların məhkəmədə mübahisələndirilə biləcəyidir.
Bu tədbirlər Brüsselin DMA-nın icrasını təmin etmək cəhdlərinin bir hissəsidir. Qanunun əsas məqsədi texnologiya nəhənglərinin rəqəmsal iqtisadiyyatda dominantlığını məhdudlaşdırmaqdır. Bununla belə, Aİ Vaşinqtonla açıq qarşıdurmadan çəkinməyə çalışır.
Rəsmilərin bildirdiyinə görə, dekabrda fəaliyyətə başlayan yeni Avropa Komissiyası iri texnologiya şirkətlərinin qanunvericiliyə əməl etməsinə daha çox diqqət yetirir və milyardlarla avroluq cərimələr tətbiq etməyi prioritet hesab etmir.
Avropa İttifaqı xəbərdarlıq edir: ən azı 72 saat ərzində yaşamaq üç�

Şuşa şəhərinin Qarabağ küçəsində 10 bina inşa edilir.

Ermənistanın Baş naziri Nikol Paşinyanla müdafiə naziri Suren Papikyanın

Dünyaca məşhur aktrisa və model Meqan Foks dördüncü dəfə ana olub.

ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən i�

Azərbaycan Tibb Universitetinin (ATU) II Daxili xəstəliklər kafedrasının p

Bir sıra ölkələrdə X sosial şəbəkəsinin işində fasilələr yaranıb.

Qazax şəhərində çayxanada başlayan baxışma üstündəki mübahisə bıç

Türkiyənin məşhur aktyoru Celil Nalçakan əməliyyat olub.

Azərbaycanda bank və bank olmayan kredit təşkilatları vətəndaşlara müə

Bu gün Taylandda baş verən zəlzələ səbəbindən məktəblər bağlanıb.

"Melissa Group" tikinti şirkətinə daxil olan "FEBA" MTK-n

İtaliyada kişi arvadını it yuvasında saxlayıb və onu alt paltarında kü�

Məşhur rusiyalı aktrisa Alena Kolomina çoxdankı arzusundan - Azərbaycanın
