Yatırım olaraq gümüş almağa dəyər? AÇIQLAMA
Digərləri 10 Fev 2026 21:00:00 76 0
Son dövrlərdə sosial şəbəkələrdə bəzi xarici iqtisadçılar və maliyyə bloqerləri ddia edirlər ki, gümüşün qiyməti gələcəkdə daha da bahalaşacaq və bu metalı almaq çətinləşəcək. Onlar insanlara yatırım olaraq gümüş almağı tövsiyə edirlər. Hətta qiymətlərdə müşahidə olunan son artımlardan sonra məşhur "Pandora" markası məhsul istehsalında gümüşdən imtina etməsi də bu iddiaları gücləndirən amillər sırasında göstərilir.
Bu xəbəri də oxu: Bakıda iş saatları dəyişə bilər 07:0015:00
Bəs, maraqlıdır, insanlar həqiqətəndə yatırım üçün gümüş almalıdırlar?
Mövzu ilə bağlı Son.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, gümüş və digər qiymətli metallara yatırım imkanlarla yanaşı, ciddi risklər də daşıyır. Onun sözlərinə görə, son dövrlərdə gümüşün qiymətində artım müşahidə olunsa da, bu tendensiyanın uzunmüddətli olacağına zəmanət yoxdur.
Ekspert qeyd edib ki, gümüşün qiyməti bazar şərtləri, iqtisadi göstəricilər, valyuta dəyişiklikləri, eləcə də tələb və təklif balansından asılı olaraq dalğalanır:
"Gümüş fiziki metal olduğu üçün müəyyən qoruyucu xüsusiyyətə malikdir və inflyasiya qarşısında nisbətən müdafiə rolu oynaya bilər. Amma qiymətinin sürətlə yüksəldiyi kimi, eyni sürətlə düşmə riski də mövcuddur".
A.Nəsirli vurğulayıb ki, bəzi iri brendlərin, o cümlədən "Pandora" kimi şirkətlərin istehsal strategiyalarında dəyişiklik etməsi gümüş bazarında müəyyən siqnal kimi dəyərləndirilə bilər. Lakin bu amil təkbaşına investisiya qərarı vermək üçün əsas sayılmamalıdır.
Keçmiş "Survivor" iştirakçısı Didem Ceran 2026-cı ilin əvvəli
ABŞ Ticarət Palatası fevralın 9-10-da Bakıda keçirilən və Azərbaycana y
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət g�
Prezident İlham Əliyev Trampdan başqa dünyada həm İsraillə, həm də Tür
Bəzi bürclər üçün 2026-cı il digərlərinə nisbətən daha çətin keç�
Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökum�
Səudiyyə Ərəbistanında küçələrdə satılan "iPhone 17" modell
Market rəflərində yüzlərlə fərqli məhsul görünsə də, əslində onlar
Biz çalışırıq ki, iki ölkə arasında hər hansı bir toqquşma yenidən b
Bu, ABŞ-ın xarici siyasətində də özünü göstərir - biz istərdik ki, bi
Bağlantılar, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi ilə biz sülhə, inki�
Biz Azərbaycana bəzi məsələlərdə, o cümlədən su təchizatı baxımınd
Bu gün biz dostluğuna görə Azərbaycana təşəkkür etmək üçün buraday�
Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərh�
