AZAL bayramlarla əlaqədar Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir
Digərləri 10 Fev 2026 15:11:00 193 0
Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə hava daşımalarına tələbat ənənəvi olaraq artır. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeyd olunan dövrdə bu istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.
Son.az xəbər verir ki, hazırda qüvvədə olan uçuş cədvəlinə əsasən, bayramlar ərəfəsində və istirahət günlərində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gün ərzində 8-10 müntəzəm reysin (gediş-gəliş 16-20 reys) yerinə yetirilməsi planlaşdırılıb. Zərurət yarandığı halda tələbata uyğun olaraq uçuşların sayının daha da artırılması nəzərdə tutulur. Beləliklə, Naxçıvan istiqamətində hava nəqliyyatı əlaqəsinin müntəzəmliyi və fasiləsizliyi planlama zamanı əsas götürülür. Qeyd edək ki, mülki aviasiya fəaliyyəti təsdiq edilmiş uçuş əməliyyat planı çərçivəsində həyata keçirilir. Sözügedən plan uçuş cədvəlinin formalaşdırılmasını, hava gəmilərinin uçuşlara hazırlanmasını, məcburi texniki və əməliyyat yoxlamalarının aparılmasını, eləcə də təhlükəsizlik və xidmət keyfiyyətinə yönəlmiş digər tədbirləri əhatə edir. Bununla əlaqədar olaraq hava daşımalarının səmərəli təşkili məqsədilə sərnişinlərə səyahətlərini öncədən planlaşdırmaq məsləhət görülür. Aviabiletləri aviaşirkətin azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür. Aysel Son.az
Aparıcı və aktyor Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılova ilə
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Baza
Kiçik ədliyyə müşaviri Ülvi Etibar oğlu Ələkbərli Gəncə şəhər İc
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 1992-ci il təvəllüdlü hamilə �
Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxananın Kardiologiya İnsti
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilər
Avropa İttifaqına üzv ölkələrin ümumi hərbi büdcəsi 10 il ərzində il
"Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"da media mat
Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Ko
Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin
Ödənişli avtomagistrallarda sürət həddi müəyyənləşəcək.
Mütəxəssislər mədə xərçənginin yaranma riskini artıran əsas amilləri
Milli Məclis sabiq deputat Fəzail Ağamalının vəfatı ilə əlaqədar başs
