ABŞdə tutuquşu qatilin tapılmasına kömək edib
Digərləri 10 Fev 2026 10:23:00 205 0
ABŞ-ın Miçiqan ştatında danışan bir tutuquşu polisin qatilin izinə düşməsinə kömək edib. Quş eyni ifadəni dəfələrlə təkrarlayırdı və bu da istintaq üçün əsas ipucu olub.
Son.az-ın məlumatına görə, bu barədə Mirror nəşri yazıb.
Polis Martin və Qlenna Düramın evinə gəldikdə, kişinin bədənində beş güllə yarası ilə ölü vəziyyətdə, qadını isə güllə yarası almış halda aşkar edib. Ev sahibəsi hələ sağ idi. O, baş verənlər barədə heç nə bilmədiyini bildirib və atəş açanı görmədiyini israrla deyib.
İstintaq dalana dirənmişdi. Ta ki, müstəntiqlər evdə yaşayan Afrika boz tutuquşusuna diqqət yetirənədək. Bad adlı quş davamlı olaraq mərhum sahibinin səsi ilə "Atma" ifadəsini təkrarlayırdı. Öldürülən kişinin keçmiş həyat yoldaşı və valideynləri Badın cinayət gecəsi deyilən sözləri təkrarlaya biləcəyini ehtimal ediblər.
Daha sonra hüquq-mühafizə orqanları qadın tərəfindən yazılmış bir neçə vida məktubu tapıblar. Həmçinin məlum olub ki, cütlük maddi çətinliklər yaşayırmış.
Nəticədə detektivlər qadının ərini öldürdüyü və daha sonra özünə qəsd etməyə cəhd göstərdiyi qənaətinə gəliblər. Qlenna birinci dərəcəli qətldə təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib.
Ayxan Son.az
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nəsimi Rayon İcra Ha
Son vaxtlar Rusiya-Ukrayna müharibəsində həlak olan bəzi Azərbaycan vətə
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Əfqan Cəlilov Elvin Cə
ABŞ-ın Merilend ştatının Rokvill şəhərində yerləşən yuxarı sinif m�
Ramazan ayının Qədr (Əhya) gecələrinin tarixləri məlum olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba
Dünən xəbər verdiyimiz kimi, Azərbaycan Futzal Federasiyasının (AFF) pre
Rusiyalı məşhur aktrisa və teleaparıcı Anfisa Çexova ikinci dəfə ailə
Yasamal rayonu, Bakı dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Fevralın 10-u saat 12:00-da Heydər məscidində sabiq deputat Fəzail Ağamal�
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar ol
Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi ölkəmi
9 fevral tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Beyn�
"O qədər arzularım var ki... Arzusunda olduğum şeyi gerçəkləşməd�
Texnologiya nəhəngi "Meta"nın qurucusu Mark Zukerberq smartfonları
