Pensiya artımı kimlərə şamil olunacaq?
Digərləri 09 Fev 2026 18:45:00 292 0
Prezident İlham Əliyev bu gün "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sənədlə 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 9,3 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır.
Bu xəbəri də oxu: Yuxuda uşaq paltarı görmək nə deməkdir?
Son.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
O, bildirib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur:
""Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.
Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Artımlar 1 milyon 100 min vətəndaşımıza şamil olunacaq".
Trendyol Milan-Kortina 2026 üçün hazırladığı Olimpiya geyim kolleksiyası
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Devid
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əm
Türkiyənin ən zəngin 10 məşhur qadını ilə bağlı maraqlı paylaşım d
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ermənistana səfər edib.
Siyəzən rayonu sakini olan Vətən müharibəsi qazisi Cəfərov İzzət Zau
Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsinə aid islahatları �
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdiril�
Bəzi qidalar uşaqların beyin inkişafına mənfi təsir göstərə bilər.
Müğənni Şəbnəm Tovuzlu açıqlaması ilə diqqət çəkib.
Xəbər verdiyimiz kimi, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayo
Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin ba
Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi
