Turşu yeyərkən iki dəfə düşünün: Faydalıdır, yoxsa zərərli?
Digərləri 08 Fev 2026 19:00:00 81 0
Qış süfrələrinin əvəzolunmazı olan turşu, tərkibindəki probiotiklər sayəsində immun sistemini gücləndirsə də, hər kəs üçün eyni dərəcədə təhlükəsiz deyil. Mütəxəssislər bildirirlər ki, yanlış hazırlanan və ya həddindən artıq istehlak edilən turşu ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Bu xəbəri də oxu: 17 qəpiyə satılırdı İndi 13 milyon dollardır
Son.az xəbər verir ki, turşunun tərkibindəki yüksək miqdarda duz (natrium) bədəndə suyun toplanmasına (ödem) və qan təzyiqinin qəfil yüksəlməsinə səbəb olur.
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün turşu infarkt və ya insult riskini artıra bilər.
Həddindən artıq duz qəbulu böyrəkləri yorur və daş yaranma riskini artırır.
Turşunun faydalı olması üçün onun fermentasiya prosesindən keçməsi lazımdır.
Təbii yolla, sirkə və ya limonla evdə hazırlanan turşular bağırsaq florasını qoruyan canlı bakteriyalarla (probiotik) zəngindir.
Fabrik üsulu ilə hazırlanan bəzi turşularda son istifadə tarixini uzatmaq üçün istifadə olunan qatqı maddələri və həddindən artıq sirkə turşusu faydalı bakteriyaları öldürə bilər.
Turşu kəskin turşuluğa malik olduğu üçün aşağıdakı problemləri olanlara tövsiyə edilmir:
Qastrit və xora: Mədə divarını qıcıqlandıraraq ağrıları artıra bilər.
Reflüks: Turşunun qəbulu mədə turşusunun qida borusuna sızmasını sürətləndirir və yanma hissi yaradır.
Turşu suyu idmançılar üçün əzələ qıcolmalarını azaldan bir vasitə kimi tanınsa da, tərkibindəki turşu diş minasına zərər verə bilər. Onu içdikdən sonra ağzı su ilə yaxalamaq məsləhətdir.
Turşunu yeməzdən əvvəl bir qədər suda saxlamaq və ya yumaq duz miqdarını qismən azaldır.
Turşu ilə yanaşı bol su için ki, duz bədəndən daha asan xaric olunsun.
Tərkibini bildiyiniz, qatqısız və az duzlu ev turşularına üstünlük verin. Lalə Qüdrətova Son.az
Qərbi Azərbaycan İcması ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025
Aparıcı Zümrüd Bədəlova iddialı açıqlaması ilə gündəmə gəlib.
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi q
Bu gün "Neftçi" və "Qarabağ" komandalarının əvəzedic
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, "Sulutəpə" dairəsi isti
Suriya ilə Səudiyyə Ərəbistanı arasında aviasiya, infrastruktur, su, təh
İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və rəqəm
"Düzgün ailə seçimi etsəydim, bu gün övladsız qalmazdım"
"Pişik Günel" ləqəbi ilə tanınan Günel Ələkbərova geyim tər
Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisinin işdən çıxarıld�
Vaxtilə ABŞ-də cəmi 10 sentə ( günün məzənnəsi ilə təxminən 17 qəp
Beş yaşlı Çarli Teviner İngiltərənin Plimut şəhərindəki çimərliklə
Əməkdar artist Almaz Ələsgərova ailə faciəsi ilə bağlı ilk dəfə dan�
