“Azyaşlıların zorakılığa meyli cəmiyyət üçün ciddi siqnaldır” – Ekspert


Digərləri 06 Fev 2026 16:44:00 67 0

“Azyaşlıların zorakılığa meyli cəmiyyət üçün ciddi siqnaldır” – Ekspert

"Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş vermiş hadisə təkcə ağır cinayət faktı deyil, eyni zamanda cəmiyyət üçün ciddi bir siqnaldır. Bir neçə gün əvvəl Hacıqabulda 12 yaşlı uşağın digər azyaşlıya bıçaqla xəsarət yetirməsi, bu gün isə 10-cu sinif şagirdinin müəllimə odlu silahdan atəş açması artıq təsadüf hal kimi qiymətləndirilə bilməz. Hadisələrin coğrafiyası və forması fərqli olsa da, mahiyyət eynidir: yetkinlik yaşına çatmayanların zorakılığa meyllənməsi faktı ortadadır".

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

Müşfiq Ələsgərli bildirib ki, müəllimlə şagird arasında hansı səbəbdən gərginliyin yaranması mahiyyəti dəyişmir: "Problemin əsas qayəsi şagirdin etiraz və reaksiya formasıdır. Mübahisənin odlu silahdan istifadə səviyyəsinə çatması dərin sosial-psixoloji deformasiya göstəricisidir. Bu cür davranış modelləri təsadüfən formalaşmır. Heç bir şübhəm yoxdur ki, belə hallar sosial şəbəkələrin və rəqəmsal platformaların uşaqlar üzərində artan neqativ təsiri fonunda meydana çıxır".

Ekspert qeyd edib ki, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış və sosial şəbəkələrdə kütləvi şəkildə yayılan qısa videoçarxlar - reels, shorts və s. uşaqlara hər gün yüzlərlə zorakılıq, silah, kriminal həyat tərzi və aqressiv davranış nümunələri təqdim edir. Nəticədə zorakılıq adi, qəhrəmanlıq isə silah və güc üzərindən təqdim olunan davranış modelinə çevrilir.

"Doğrudur, "Facebook", "YouTube" kimi iri platformalar azyaşlıların zərərli məzmundan qorunması üçün müəyyən mexanizmlər tətbiq edirlər, 12-13 yaşdan aşağı uşaqların hesab açmasını formal olaraq məhdudlaşdırmağa çalışırlar. Valideyn nəzarəti alətləri də mövcuddur. Lakin bu tədbirlərin effektivliyi ciddi sual altındadır. Bir valideyn öz övladına məhdudiyyət tətbiq etsə belə, həmin uşağın dostunun telefonundan, yaxud başqa platformalar vasitəsilə eyni məzmuna çıxış əldə etməyəcəyinə heç bir təminat yoxdur. Yaxud, uşaqların 13-16 yaş baryerini anonim profillərlə aşmayacaqlarına da təminat yoxdur.

Üstəlik, məsələ təkcə "Facebook" və "YouTube"la bitmir. Dünyada sayı 200-ü ötmüş sosial şəbəkə və video-paylaşım platforması fəaliyyət göstərir. Onların böyük əksəriyyətində yaş filtrləri formal xarakter daşıyır və faktiki olaraq işləmir. Pornoqrafik materiallar, silah nümayişləri, kriminal çağırışlar, qanunsuz oyunlar və zorakı davranışlar heç bir real nəzarət mexanizmi olmadan tirajlanır. Bu isə psixoloji cəhətdən formalaşmaqda olan uşaqlar üçün birbaşa təhlükədir.

İki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir like
  • 06 Fev 16:43  
Digərləri İki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

arrow Ətraflı
Güllələnən müəllimin vəziyyəti ağırdır like
  • 06 Fev 16:41  
Digərləri Güllələnən müəllimin vəziyyəti ağırdır

06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən tə

arrow Ətraflı
Qazaxıstanda məktəbli sinif yoldaşlarına balta ilə hücum etdi like
  • 06 Fev 16:40  
Dünya Qazaxıstanda məktəbli sinif yoldaşlarına balta ilə hücum etdi

Qazaxıstanın Kulsary şəhərində məktəbli balta ilə sinif yoldaşların�

arrow Ətraflı
Türkiyəli aktrisa vəfat etdi like
  • 06 Fev 16:34  
Şou-biznes Türkiyəli aktrisa vəfat etdi

Türkiyənin məşhur "Yeşilçam" filminin aktrisalarından Nevin Efe

arrow Ətraflı
Əlikram efirdə AĞLADI: “Özümə bağışlaya bilmirəm” like
  • 06 Fev 16:30  
Şou-biznes Əlikram efirdə AĞLADI: “Özümə bağışlaya bilmirəm”

Müğənni Əlikram Bayramov "Günə Uğurla" verilişinin canlı efir

arrow Ətraflı
Güclü külək gəlir  Sarı XƏBƏRDARLIQ like
  • 06 Fev 16:28  
Digərləri Güclü külək gəlir Sarı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralı

arrow Ətraflı
Həmin şagird silahı liseyə belə gətirib like
  • 06 Fev 16:22  
Kriminal Həmin şagird silahı liseyə belə gətirib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda yerləşən "İdrak" liseyin

arrow Ətraflı
Azərbaycan XİN Pakistana başsağlığı verdi like
  • 06 Fev 16:16  
Siyasət Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslamabadda məsciddə baş verən

arrow Ətraflı
"Xalqın mədəni sərvəti" layihəsini təqdim edilib like
  • 06 Fev 16:10  
Digərləri "Xalqın mədəni sərvəti" layihəsini təqdim edilib

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi "Xalqın mə

arrow Ətraflı
"O uşaqdır, cavab vermədim, anası Rəqsanə ilə danışdım" like
  • 06 Fev 16:00  
Şou-biznes "O uşaqdır, cavab vermədim, anası Rəqsanə ilə danışdım"

Müğənni Ülviyyə Namazova "Evli bir insan sevirəm" adlı mahnıs�

arrow Ətraflı
18,5 milyonluq talan işi: Sabiq rəhbərin ailə əmlakı müsadirədən xilas edildi like
  • 06 Fev 15:55  
Digərləri 18,5 milyonluq talan işi: Sabiq rəhbərin ailə əmlakı müsadirədən xilas edildi

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasit�

arrow Ətraflı
ABŞdə polis helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlar var like
  • 06 Fev 15:42  
Dünya ABŞdə polis helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlar var

Fevralın 4-də ABŞ-ın Arizona ştatının Flagstaff şəhəri yaxınlığınd

arrow Ətraflı
Bir gündə ikinci məktəb zorakılığı: Şagird döyülərək xəstəxanalıq oldu like
  • 06 Fev 15:40  
Digərləri Bir gündə ikinci məktəb zorakılığı: Şagird döyülərək xəstəxanalıq oldu

Məktəbdə baş verən hadisələr bitmək bilmir. Növbəti belə insident Sum

arrow Ətraflı
“Xalq rəssamı Kazım Kazımzadənin həyat və yaradıcılığı” adlı mühazirə keçirilib like
  • 06 Fev 15:34  
Digərləri “Xalq rəssamı Kazım Kazımzadənin həyat və yaradıcılığı” adlı mühazirə keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyinin 90 illiyinə həsr olunmuş tədbirlə

arrow Ətraflı